Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-117/2024 31.01.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin mərhum X1 vərəsələri olan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərdən kredit borcunun tutulması tələbinə dair işə məhkəmənin binasında hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mərhum X2 ilə iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********95 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 644,98 manat əsas, 0,01 manat faiz olmaqla, cəmi 644,99 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının mərhumun vərəsələri olan cavabdehlərdən tutulması tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçı xx.xx.2024-cüil tarixdə məhkəməyə daxil olmuş ərizə ilə cavabdehlər tərəfindən kredit borcunun və məhkəmə rüsumunun tam şəkildə ödənildiyini bildirərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi ərizəni araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-cu maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı "xxxx" ASC-nin mərhum X1 vərəsələri olan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərdən kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-117/2024
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-117/2024
31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver