Məhkəmə qərarları › İş №e-2(054)-119/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-119/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-119/2024 04.04.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər-borcalan Seyidov Adil Seyid oğlunun vərəsələri Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki işə 04 aprel 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC (mətndə iddiaçı) cavabdehlər-borcalan Seyidov Adil Seyid oğlunun vərəsələri Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 (mətndə cavabdeh) qarşı cavabdehlərdən xx.xx.2017-ci il tarixli, 665-xx.xx.2017-SM102 saylı kredit müqaviləsi üzrə 917,84 manat əsas borc, 197,46 manat faiz borcu olmaqla, cəmi 1115,3 manat kredit borcunun, ödənilmiş 31,15 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. İddiaçının nümayəndəsi Nurlan Məmmədov məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə zəruri sübutların məhkəməyə təqdim olunduğunu bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, "xxxx" ASC-nin Şəki filialı ilə Seyidov Adil Seyid oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 665-xx.xx.2017-SM102 saylı kredit müqaviləsinə əsasən ona şəxsi istehlak məqsədilə illik 29 faizlə 24 ay müddətinə 1200 manat məbləğində nəğd kredit verilmişdir. X2 Seyid oğlu xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Oğuz rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 327 nömrəli məktubu və ona əlavə edilmiş elektron notariat informasiya sistemindən çıxarışla müəyyən edilmişdir ki, X3 Seyid oğlunun qanun üzrə vərəsələri Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 adına vərəsəlik işi açılmış, miras əmlak Oğuz rayonu Xaçmaz kəndində yerləşən 1,8488 ha və 1,5535 ha torpaq sahələrindən ibarətdir. Bankın Şəki filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Seyidov Adil Seyid oğlunun banka ödənilməmiş 917,84 manat əsas borcu, 197,46 manat faiz borcu olmaqla, cəmi 1115,3 manat borcu qalmışdır. Cavabdehlər X3 Seyid oğlundan qalmış mirası qəbul etsələr də miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişlər. İddiaçı tərəf mübahisənin məhkəmədən kənar qaydada həlli üçün səy göstərsə də, cavabdehlər öz öhdəliklərini yerinə yetirməmişlər. Kredit öhdəlikləri qanuna uyğun olaraq borcalan tərəfindən, hazırki halda isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 1146, 1255 və 1306.1-ci maddələrinin tələbləri rəhbər tutulmaqla onun vərəsələri tərəfindən yerinə yetirliməlidir. Cavabdehlərdən xx.xx.2017-ci il tarixli, 665-xx.xx.2017-SM102 saylı kredit müqaviləsi üzrə 917,84 manat əsas borc, 197,46 manat faiz borcu olmaqla, cəmi 1115,3 manat kredit borcunun, ödənilmiş 31,15 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 xx.xx.2024-cü il tarixdə məhkəmənin elektron ünvanına daxil olmuş ərizəsi ilə bildirmişdir ki, X3 Seyid oğlunun kredit borcunun Sığorta şirkəti tərəfindən qarşılanıb-qarşılanmaması araşdırılmışdır. Müəyyən edilmişdir ki, X3 Seyid oğlunun vəfatından sonra bank tərəfindən zəruri sənədlər "xxxx" Sığorta Şirkətinə təqdim edilmiş, Şirkət xx.xx.2018-ci il tarixli, PHŞ-**********7 saylı məktubla sığorta ödənişinin həyata keçirilməsindən imtina etmişdir. Buna səbəb isə Seyidov Adil Seyid oğlunun sığorta müqaviləsi rəsmiləşdirilərkən mövcud xəstəliyi barədə məlumatı sığorta şirkətindən gizlətməsi olmuşdur. (Qeyd edilən məktubun surəti həmin ərizəyə qoşma olaraq məhkəməyə təqdim edilmişdir). Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, mərhum Adil Seyidov onun və cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 atası, Cavabdeh3 əridir. Atası həqiqətən sözügedən kredit müqaviləsinə əsasən bankdan 1200 manat kredit götürüb. Atası vəfat edəndə banka yaxınlaşaraq lazımi sənədləri təqdim etmişdir. 2023-cü ildə Bakıdan-bankdan zəng etmiş, atasını soruşmuşlar. Onun vəfat etdiyini deyib. Aradan 6 il keçdikdən sonra pul tələb edirlər. Atası ilə sığorta müqaviləsi bağlanılıb, deyiblər ki, kredit borcu sığorta şirkəti tərəfindən ödəniləcək. Atası dializ xəstəsi olub, kredit də məhz onun müalicəsi üçün götürülüb. Tələb olunan faiz məbləği şişirdilib. Məbləğə etirazı yoxdur. Hissələrlə ödəyəcək. Qanuni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 665-xx.xx.2017-SM102 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Şəki filialı tərəfindən Seyidov Adil Seyid oğluna şəxsi istehlak məqsədləri ilə 24 ay müddətinə illik 29 % dərəcəsi ilə 1200 manat məbləğində nəğd kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC-nin Şəki filialı tərəfindən Seyidov Adil Seyid oğluna şəxsi istehlak məqsədləri ilə 24 ay müddətinə illik 29 % dərəcəsi ilə verilmiş 1200 manat kredit borcunun (395,35 manat faiz əlavə olunmaqla) ödənişinin xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay 66,50 manat, sonuncu ay 65,85 manat olmaqla xx.xx.2019-cu il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İş materiallarında olan ölüm haqqında AZ-İ 912775 saylı şəhadətnamənin surətindən görünür ki, Seyidov Adil Seyid oğlu xx.xx.2018-ci il tarixdə ölmüş, bu barədə Oğuz rayon Xaçmaz kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 07 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon Notariat Ofisinin iş materiallarında olan, "xxxx" ASC-nin Zaqatala filialına ünvanlanmış xx.xx.2023-ci il tarixli, 327 saylı məktubundan və ona əlavə edilmiş elektron notariat informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə X3 Seyid oğlunun qanun üzrə vərəsələri Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 adına vərəsəlik işi açılmış, miras əmlak Oğuz rayonu Xaçmaz kəndində yerləşən 1,8488 ha və 1,5535 ha torpaq sahələrindən ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, PKİD/941 saylı xəbərdarlıqdan görünür ki, borcalan Seyidov Adil Seyid oğlunun vərəsələri Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 miras passivinin qaytarılması ilə bağlı xəbərdarlıq edilmiş, kreditlə bağlı öhdəliklər tam yerinə yetirilmədiyi təqdirdə məsuliyyət daşıdıqları barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışında öz əksini tapmış cədvəldən görünür ki, Seyidov Adil Seyid oğluna xx.xx.2017-ci il tarixdə 24 ay müddətinə, illik 29 faizlə verilmiş 1200 manat nəğd kreditin ödənişi 282,16 manat əsas, 191,18 manat cərimə faiz borcu hissəsində həyata keçirilmiş, onun ödənilməmiş əsas borcu 917,84 manat, faiz borcu 197,46 manat, cəmi borcu 1115,3 manatdır. "xxxx" Sığorta Şirkətinin iş materiallarında olan, Azərbaycan Beynəlxalq Bankının Şəki filialına ünvanlanmış xx.xx.2018-ci il tarixli, PHŞ-**********7 saylı məktubunun surətindən görünür ki, sığorta şəhadətnaməsinin tərkib hissəsi sayılan, kredit götürən şəxslərin həyatının müddətli sığortası üzrə xx.xx.2017-ci il tarixli ərizə formasında sığortalı onda heç bir sidik-cinsiyyət orqanlarının xəstəliklərinin olmamasını öz imzası ilə təsdiq etsə də, təqdim edilmiş tibbi sənədlərlə X3 Seyid oğlunun 2016-cı ildən hemodializ xəstəsi olduğu, beləliklə sığortalının sığorta təminatına daxil olmadan öncə xəstə olması təsdiq edildiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 911.2-ci və 935.1.6-cı maddələri nəzərə alınmaqla sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. (739-cu maddə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023cü il tarixədək olan redaksiyada verilib.) Həmin Məcəllənin 935.1.6-cı maddəsinə əsasən sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Həmin Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədikdə, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, iş materialları ilə təsdiq edilir ki, xx.xx.2017-ci il tarixli, 665-xx.xx.2017- SM102 saylı kredit müqaviləsinə əsasən Seyidov Adil Seyid oğluna 24 ay müddətinə, illik 29 %-lə 1200 manat nəğd kredit verilmiş, Seyidov Adil Seyid oğlu xx.xx.2018-ci il tarixdə ölmüş, Seyidov Adil Seyid oğlunun banka nəğd kredit üzrə ödənilməmiş 917,84 manat əsas, 197,46 manat faiz olmaqla, cəmi 1115,3 manat borcu qalmışdır. Bu, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışında öz əksini tapmışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 onun vərəsəsi olaraq X3 Seyid oğlundan qalmış mirası notarial qaydada qəbul etmişlər, lakin onlara xəbərdarlıq edilməsinə baxmayaraq mərhumdan qalan kredit borcunu ödəməmişlər, halbuki mülki qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlər vərəsə olaraq miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə payına mütənasib surətdə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, nəqd kredit üzrə ödənilməmiş 917,84 manat əsas, 197,46 manat faiz borcu X3 Seyid oğlunun vərəsələri olan cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehdən 31,15 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. X3 Seyid oğlunun vərəsələri-cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 xx.xx.2017-ci il tarixli, 665-xx.xx.2017-SM102 saylı kredit müqaviləsi üzrə 917,84 manat əsas borc, 197,46 manat faiz borcu olmaqla, cəmi 1115,3 (bir min bir yüz on beş manat otuz qəpik) manat kredit borcu, 31,15 (otuz bir manat on beş qəpik) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar