Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-124/2025 17.04.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Giriş hissə: X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 400 manat borcun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki işə 17 aprel 2025-ci il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təsviri hissə: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehdən 300 manat borcun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmənin elektron poçt ünvanına daxil olmuş iddia həcminin artırılması barədə ərizə ilə cavabdehdən 800 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmənin elektron poçt ünvanına daxil olmuş ərizəsi ilə cavabdehin 400 manat ödəniş etdiyini, ona 400 manat borcunun qaldığını bildirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmənin elektron poçt ünvanına daxil olmuş ərizəsi ilə, cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş teleqramla işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, “New Well” firmasında rəhbər vəzifədə çalışır.İşlə əlaqədar cavabdehlə birlikdə işləmişdir. Cavabdeh sonuncu dəfə ondan 300 manat dəyərində məhsul almış, lakin heç bir ödəniş etməmişdir. Buna görə də şirkətin müdiriyyəti həmin məhsulların borc məbləğini onun aylıq gəlirindən tutur. Buna görə 300 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddianın həcmini artıraraq 800 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmiş, xx.xx.2025-ci il tarixdə isə iddia həcmini azaldaraq borcun 400 manat olduğunu bildirmiş, iddiasının həmin həcmdə təmin edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçı ilə Bakıda kirayədə qaldığı yerdə tanış olub. Ondan satış məqsədilə kosmetika məhsulları alıb. Pulunu hissələrlə ödəyib. Onun iddiaçıya əvvəlcə 280 manat borcu olub, onu xx.xx.2025-ci ildə kart vasitəsilə ödəyib. Cavabdeh məhkəmə iclası arasında zəng vurub əri Hüseynə verdiyi 500 manat borcunu da tələb etdiyini bildirib. Həmin məbləğ həqiqətən Esmira tərəfindən əri Hüseynin adına xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 100 manat olmaqla kart vasitəsi ilə göndərilib.Bu vəsait ailənin xərclərinə sərf edilib.Əri Hüseyn xx.xx.2024-cü il tarixdə bıçaqlanaraq qətlə yetirilmişdir. İddiaçıya 500 manat məbləği hər dəfə 100 manatdan olmaqla hissələrlə ödəməyi təklif edib. Qanuni qərar çıxarılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdə Rusiya Federasiyasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2001-cü ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 xx.xx.1998-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. "xxxx" KB ASC İdarə Heyətinin sədri Fərid Abuşov tərəfindən imzalanmaqla təsdiq edilmiş və işə əlavə edilmiş çıxarışın surətindən görünür ki, İddiaçı tərəfindən Hüseyn F. adlı şəxsə xx.xx.2025-ci il tarixdə 400 manat məbləğdə pul göndərilmişdir "xxxx" KB ASC İdarə Heyətinin sədri Fərid Abuşov tərəfindən imzalanmaqla təsdiq edilmiş və işə əlavə edilmiş çıxarışın surətindən görünür ki, İddiaçı tərəfindən Hüseyn F. adlı şəxsə xx.xx.2025-ci il tarixdə 100 manat məbləğdə pul göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənimn 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı “New Well” firmasında işləməklə cavabdehə satmaq üçün kosmetika məhsulları vermiş, həmin məhsullara görə hesablanmış 300 manat borc cavabdeh tərəfindən ödənilmişdir. Bundan başqa iddiaçı tərəfindən cavabdehin əri Hüseyn Feyzullayevin adına kart vasitəsilə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə müvafiq olaraq 400 manat və 100 manat məbləğlərdə pul vəsaiti köçürülmüşdür. Hüseyn Feyzullayev xx.xx.2024-cü il tarixdə bıçaqlanaraq öldürülmüşdür. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə iddia həcmini artıraraq cavabdehdən 800 manat pulun tutulmasını xahiş etmiş, cavabdeh mərhum ərinin adına köçürülmüş 500 manat pulun evin ehtiyaclarına xərcləndiyini bildirmişdir. Məhkəmə iclası gedişində cavabdeh tərəfindən aparıılan ödənişləri nəzərə alan iddiaçı iddia həcmini azaldaraq cavabdehdən 400 manat pulun və 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmiş, cavabdeh də xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə məhkəməyə daxil olmuş teleqramlarla 400 manat borcunun qaldığını və məhkəmədə çıxarılacaq qərarla razı olduğunu bildirmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Nəticə hissə: Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh borca görə 400 (dörd yüz) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-124/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-124/2025
17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver