Məhkəmə qərarları › İş №e-2(054)-132/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-132/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-132/2024 06.03.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X7 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər-borcalan X4 vərəsələri Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki işə 06 mart 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC (mətndə iddiaçı) cavabdehlər-borcalan X4 vərəsələri Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 (mətndə cavabdeh) qarşı cavabdehlərdən xx.xx.2014cü il tarixli, 20-xx.xx.2014-SM102-PLL2 saylı kredit müqaviləsi üzrə 167 manat əsas borc, 183,45 manat faiz borcu, cəmi 350,45 manat kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 izahat verərək bildirdi ki, "xxxx" ASC-nin Şəki filialı ilə X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 20xx.xx.2014-SM102-PLL2 saylı kredit müqaviləsinə əsasən ona şəxsi istehlak məqsədilə illik 26 faizlə 24 ay müddətinə 2100 manat məbləğində nəğd kredit verilmişdir. X2 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Oğuz rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 327 nömrəli məktubu və ona əlavə edilmiş elektron notariat informasiya sistemindən çıxarışla müəyyən edilmişdir ki, X1 qanun üzrə vərəsələri Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 adına vərəsəlik işi açılmış, miras əmlak Oğuz rayonu Xaçmaz kəndində yerləşən 0,469666 ha və 1,115279 ha torpaq sahələrindən ibarətdir. Bankın Şəki filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən X4 vəfat etdiyi tarixə banka ödənilməmiş 167 manat əsas borcu, 183,45 manat faiz borcu, cəmi 350,45 manat borcu qalmışdır. Ölüm şəhadətnaməsi vaxtında banka təqdim edilməyib, ona görə faiz hesablanması davam edib.Cavabdehlər mərhum X3 qalmış mirası qəbul etsələr də miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişlər. İddiaçı tərəf mübahisənin məhkəmədən kənar qaydada həlli üçün səy göstərsə də, cavabdehlər öz öhdəliklərini yerinə yetirməmişlər. Kredit öhdəlikləri qanuna uyğun olaraq borcalan tərəfindən, hazırki halda isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 1146, 1255 və 1306.1-ci maddələrinin tələbləri rəhbər tutulmaqla onun vərəsələri tərəfindən yerinə yetirliməlidir. Cavabdehlərdən xx.xx.2014-cü il tarixli, 20xx.xx.2014-SM102-PLL2 saylı kredit müqaviləsi üzrə 167 manat əsas borc, 183,45 manat faiz borcu, cəmi 350,45 manat kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdehlər Cavabdeh3 və Cavabdeh1 izahat verərək bildirmişlər ki, mərhum analarının adına olan kreditn digər cavabdehlərə aidiyyəti yoxdur, çünki kredit bacı-qardaş olaraq onların ehtiyacı üçün götürülüb. Əslində borcu ödəyiblər, lakin bununla bağlı sənəd təqdim edə bilmirlər. Borcları varsa az-az ödəməyə etiraz etmirlər. Qanuni qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 20-xx.xx.2014-SM102-PLL2 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Şəki filialı tərəfindən X5 şəxsi istehlak məqsədləri ilə 24 ay müddətinə illik 26 % dərəcəsi ilə 2100 manat məbləğində nəğd kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC-nin Şəki filialı tərəfindən X5 şəxsi istehlak məqsədləri ilə 24 ay müddətinə illik 26 % dərəcəsi ilə verilmiş 2100 manat kredit borcunun (615,26 manat faiz əlavə olunmaqla) ödənişinin xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay 113,14 manat olmaqla xx.xx.2016-cı il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İş materiallarında olan ölüm haqqında AZ-İİ 769475 saylı şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə ölmüş, bu barədə Oğuz rayon Xaçmaz kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 26 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon Notariat Ofisinin iş materiallarında olan, "xxxx" ASC-nin Zaqatala filialına ünvanlanmış xx.xx.2023-ci il tarixli, 327 saylı məktubundan və ona əlavə edilmiş elektron notariat informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə X1 qanun üzrə vərəsələri Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 adına vərəsəlik işi açılmış, miras əmlak Oğuz rayonu Xaçmaz kəndində yerləşən 0,469666 ha və 1,115279 ha torpaq sahələrindən ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, PKİD/937 saylı xəbərdarlıqdan görünür ki, borcalan X4 vərəsələri Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 miras passivinin qaytarılması ilə bağlı xəbərdarlıq edilmiş, kreditlə bağlı öhdəliklər tam yerinə yetirilmədiyi təqdirdə məsuliyyət daşıdıqları barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışında öz əksini tapmış cədvəldən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə 24 ay müddətinə, illik 26 faizlə verilmiş 2100 manat nəğd kreditin ödənişi 1933 manat əsas, 663,53 manat faiz borcu hissəsində həyata keçirilmiş, o xx.xx.2016-cı il tarixdə vəfat etdikdən sonra ödənilməmiş əsas borcu 167 manat, faiz borcu 183,45 manat, cəmi borcu 350,45 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. (739-cu maddə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixədək olan redaksiyada verilib.) Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, iş materialları ilə təsdiq edilir ki, xx.xx.2014-cü il tarixli, 20-xx.xx.2014-SM102- PLL2 saylı kredit müqaviləsinə əsasən X5 24 ay müddətinə, illik 26 %-lə 2100 manat nəğd kredit verilmiş, X6 xx.xx.2016-cı il tarixdə ölmüş, X4 banka nəğd kredit üzrə ödənilməmiş 167 manat əsas, 183,45 manat faiz olmaqla, cəmi 350,45 manat borcu qalmışdır. Bu, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışında öz əksini tapmışdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 onun vərəsəsi olaraq mərhum X3 qalmış mirası notarial qaydada qəbul etmişlər, lakin onlara xəbərdarlıq edilməsinə baxmayaraq mərhumdan qalan kredit borcunu ödəməmişlər, halbuki mülki qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlər vərəsə olaraq miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə payına mütənasib surətdə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, nəqd kredit üzrə ödənilməmiş 167 manat əsas, 183,45 manat faiz borcu, cəmi 350,45 manat məbləğ borclu-X1 vərəsələri olan cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehlərdən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. X1 vərəsələri-cavabdehlər-Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 xx.xx.2014-cü il tarixli, 20-xx.xx.2014-SM102-PLL2 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 167 manat əsas borc, 183,45 manat faiz borcu, cəmi 350,45 (üç yüz əlli manat qırx beş qəpik) manat kredit borcu, 30 (otuz) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar