Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-146/2024 16.01.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Mən, Oğuz Rayon Məhkəməsinin hakimi X2, Kreditor MMC-nin Borclu qarşı pul tələbinə dair məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim: Kreditor MMC borclu, xx.xx.1988-ci il təvəllüdlü Borclu qarşı xx.xx.2020-ci il tarixli, MPKE5824207-M saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 371 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat faiz borcu, xx.xx.2020-ci il tarixli, MPKE5925797 saylı nisyə alqı-satqı nüqaviləsinə əsasən 385 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat faiz borcu, 100 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 1056 manat pulun alınaraq kreditorun hesabına ödənilməsi tələbinin təmin olunması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə əmrinin çıxarılmasına dair ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, ərizə qaytarılmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş 100 manat dəyərində xx.xx.2022-ci il tarixli, ********** saylı mədaxil qəbzi və qəbz haqqında məlumatla müəyyən edildi ki, həmin qəbz sonuncu dəfə Oğuz Rayon Məhkəməsinin 2(054)-174/2023 saylı mülki işinə əlavə edilmişdir. Sözügedən mülki iş materialları nəzərdən keçirilərkən isə müəyyən edildi ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Kreditor MMC-nin borclu X1 qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsindən imtina edilmiş, ərizənin ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə qaytarılması, həmçinin xx.xx.2022-ci il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən "xxxx" ASC-yə ödənilmiş 100 manat dövlət rüsumunun Kreditor MMC-yə qaytarılması qərara alınmışdır. Dövlət rüsumunun qaytarılmasına dair məhkəmənin eyni tarixli və saylı qərarı icra olunması üçün Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, şöbənin icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Mülki iş materiallarına xx.xx.2023-cü il tarixdə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı ödəniş tapşırığına əsasən 100 manat rüsum məbləğinin Soliton MMC-nin hesabına köçürüldüyü, beləliklə icra vərəqəsinin icrasının təmin edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa bu halda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 278.4-cü maddəsinə əsasən ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 278.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 278.2.1. ərizənin verildiyi məhkəmənin adı; 278.2.2. kreditor haqqında məlumatlar: soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin və ya VÖEN nömrəsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 278.2.3. borclu haqqında məlumatlar: soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin və ya VÖEN nömrəsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları);[350] 278.2.4. kreditorun tələbi və onun əsaslandığı hallar; 278.2.5. tələbin əsaslığını təsdiq edən sənədlər; 278.2.6. əlavə edilən sənədlərin siyahısı. Məhkəmə əmrinin çıxarılması barədə ərizə və xx.xx.2023-cü il tarixli maliyyə arayışı nəzərdən keçirilərkən o da müəyyən edildi ki, tələb mahiyyətinə görə Kreditor MMC ilə Borclu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MPKE5824207-M saylı və xx.xx.2020-ci il tarixli, MPKE5925797 saylı borc müqavilələri üzrə yaranmış borcun ödənilməsi olmaqla ərizədə xx.xx.2020-ci il tarixli, MPKE5824207-M saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 371 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat faiz borcu, xx.xx.2020-ci il tarixli, MPKE5925797 saylı nisyə alqı-satqı nüqaviləsinə əsasən 385 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat faiz borcunun borcludan tutulması tələbinin təmin edilməsinə dair məhkəmə əmri çıxarılması xahiş edilsə də, ərizəyə əlavə edilmiş maliyyə arayışı ilə borclunun müqavilələrə müvafiq olaraq ödənilməmiş 371 manat və 385 manat əsas (qalıq) borcunun olduğu bildirilir. Ərizəçinin nəzərinə çatdırılır ki, Oğuz Rayon Məhkəməsinin 2(054)-174/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Kreditor MMC-nin borclu X1 qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsindən məhz qeyd edilən hallar əsas tutulmaqla imtina edilmişdir. Ərizəçinin nəzərinə həmçinin o da çatdırılır ki, qanunla müəyyən edilmiş sənədlər əlavə edilməklə hazırki tələblə bağlı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə (kiçik iddia) məhkəməyə müraciət etmək hüququ da vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 152, 263- 264, 266 -268-ci maddələrini rəhbər tutaraq qərara aldım : Kreditor MMC-nin Borclu qarşı pul tələbinə dair məhkəmə əmrinin çıxarılması tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-146/2024
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-146/2024
16.01.2024 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver