Məhkəmə qərarları › İş №e-2(054)-155/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-155/2022

08.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-155/2022 08.04.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Оğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, X1 kаtibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı ASC sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13.03.2020-ci il tarixli kredit müqaviləsi üzrə 2790,06 manat əsas borc, 1153,11 manat faiz borcu cəmi 3943,17 manat borc, 59,44 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı məbləğinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 11.03.2022-ci il tarixdə cavabdehlərə rəsmi qaydada göndərilməklə izah edilmişdir ki, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. Eyni zamanda, cavabdehlərə izah edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdehlər 15.03.2022-ci il tarixdə bildirişi almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazlarını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişlər. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 müraciəti əsasında onunla iddiaçı arasında bağlanmış 13.03.2020-ci il tarixli kredit müqaviləsinə əsasən həmin tarixdə iddiaçı tərəfindən ona illik 25 % olmaqla 36 ay müddətinə 3800 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh istifadə etdiyi kreditə görə ödəniş qrafiki üzrə hər ay əsas borcu və faiz borcunu ödəməklə müqavilə müddəti ərzində kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, 13.03.2020-ci il tarixli tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda, Cavabdeh1 onunla birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Kredit və zaminlik müqavilələrinin şərtlərinə görə müqavilələrdən irəli gələn öhdəliklərə görə cavabdehlər müştərək məsuliyyət daşıyırlar. Cavabdeh2 kredit kredit müqaviləsinin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Hazırda Cavabdeh2 13.03.2020-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya 2790,06 manat əsas borc, 1153,11 manat faiz borcu - cəmi 3943,17 manat borcu qalmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmiş, iddiaçı tərəfindən 59,44 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı məbləği ödənilmişdir. İddiaçı 3943,17 manat borc, 59,44 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 13.03.2020-ci il tarixli kredit müqaviləsinə əsasən həmin tarixdə iddiaçı tərəfindən ona illik 25 % olmaqla 36 ay müddətinə 3800 manat məbləğində kredit verilmişdir. 13.03.2020-ci il tarixli tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda, Cavabdeh1 onunla birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdehlər onlarla iddiaçı arasında bağlanmış 13.03.2020-ci il tarixli kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərinə görə borcun ödənilməsi tələbi ilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 59,44 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı məbləği ödənilmişdir. Hazırda iddiaçı cavabdehlərdən 3943,17 manat borc, 59,44 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının ödənilməsini tələb edir. Cavabdehlər iddiaçının tələbinə dair hər hansı etiraz, dəlillər və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc (kredit) müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin 13.03.2020-ci il tarixli kredit müqaviləsi üzrə 2790,06 manat əsas borc, 1153,11 manat faiz borcu - cəmi 3943,17 manat borc məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin 59,44 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 13.03.2020-ci il tarixli kredit müqaviləsi üzrə 2790,06 manat əsas borc, 1153,11 manat faiz borcu, 59,44 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı - cəmi 4003 (dörd min üç) manat 01 (bir) qəpik müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar