Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-166/2024 09.04.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc və dövlət rüsumu tələbinə dair mülki işə 09 aprel 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış kredit borcunun restrukturizasiyasına dair xx.xx.2023-cü il tarixli, 344706-CNS-46117 saylı müqaviləyə əsasən xx.xx.2023-cü il tarixə olan 9416,09 AZN əsas, 381,2 AZN faiz, 98,90 AZN cərimə, cəmi 9896,19 AZN borcun və 118,96 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə daxil olmuş ərizəsi ilə iş yükünün artması səbəbli iştirakı olmadan işə baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Cavabdeh göndərilmiş məhkəmə bildirişi zərfin üzərinə əlavə edilmiş “F-20”-də “bu ünvanda yaşamır” qrafası işarələnməklə məhkəməyə geri qaytarılmış, onun ünvanına uyğun olaraq Oğuz rayon İHB xaçmaz İƏD üzrə nümayəndəliyinə göndərilmiş məhkəmə bildirişlərinə cavab olaraq nümayəndəlik xx.xx.2024-cü il tarixli, 5-68-12/2-44/2024 saylı və xx.xx.2024-cü il tarixli, 5- 68-12/2-71/2024 saylı məktublarla Cavabdeh qeydiyyatda olmasına baxmayaraq kənddə yaşamadığını bildirmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit borcunun restrukturizasiyasına dair xx.xx.2023-cü il tarixli, 344706-CNS-46117 saylı müqaviləyə əsasən borclu kapitallaşdırılmış 9416,09 AZN borcunun illik 11 faiz dərəcəsi ilə hesablanmaqla 59 ay müddətinə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Borclu öhdəliklərini lazımi şəkildə icra etməmiş, nəticədə onun xx.xx.2023-cü il tarixə banka 9416,09 AZN əsas, 381,2 AZN faiz, 98,90 AZN cərimə, cəmi 9896,19 AZN borcu yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə borcluya dəfələrlə xəbərdarlıq edilmiş, lakin öhdəliklər icra edilməmişdir. Məhkəməyə müraciət edilərkən 118,96 AZN dövlət rüsumu ödənilmişdir.Müqavilə şərtləri pozulduğundan qüvvədə olan mülki qanunvericilik normaları nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşə əlavə edilmiş kredit borcunun restrukturizasiyasına dair xx.xx.2023-cü il tarixli, 344706-CNS-46117 saylı müqavilənin surətindən görünür ki, Bank VTB (Azərbaycan) ASC kapitallaşdırılımış borcun ödənilməsi məqsədilə Cavabdeh illik 11 % olmaqla 59 ay müddətinə istehlak məqsədilə 9416,09 AZN məbləğində kredit vermişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 344706-CNS-46117 saylı kredit müqaviləsinə 1 saylı Əlavənin surətindən görünür ki, Cavabdeh verilmiş 9416,09 manat əsas, 3244,1 manat faizlə birgə cəmi 12660,19 manat kreditin ödənişinin xx.xx.2023-cü il tarixdən başlayaraq 86,31 manatdan olmaqla artan məbləğlə xx.xx.2028-ci il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 6770/P saylı pretenziyadan görünür ki, xx.xx.2023-cü il tarixli, 344706-CNS-46117 saylı krediti müqaviləsindən irəli gələn pul tələblərinin yerinə yetirilməsi cavabdehdən tələb olunmuş, əks halda məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli, 344706-CNS-46117 saylı krediti müqaviləsi üzrə Cavabdeh həmin tarixə borcu-9416,09 AZN əsas, 381,2 AZN faiz, 98,90 AZN cərimə olmaqla, cəmi 9896,19 AZN-dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən ... öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Beləliklə, iş materialları ilə təsdiq edilir ki, Cavabdeh iddiaçıya kredit borcunun restrukturizasiyasına dair xx.xx.2023-cü il tarixli, 344706-CNS-46117 saylı müqaviləyə əsasən 14 dekabr 2023-cü il tarixə 9416,09 manat əsas, 381,2 manat faiz, 98,90 manat cərimə olmaqla, cəmi 9896,19 manat borcu yaranmış, xəbərdarlıq edilsə də, həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən və mülki qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi qismən təmin edildiyindən təmin edilmiş məbləğə uyğun olaraq Cavabdeh 118,96 AZN dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış kredit borcunun restrukturizasiyasına dair xx.xx.2023-cü il tarixli, 344706-CNS-46117 saylı müqaviləyə əsasən cavabdehdən xx.xx.2023-cü il tarixə olan 9416,09 AZN əsas, 381,2 AZN faiz, 98,90 AZN cərimə olmaqla, cəmi 9896,19 (doqquz min səkkiz yüz doxsan altı manat on doqquz qəpik) AZN kredit borcu və ödənilmiş 118,96 (bir yüz on səkkiz manat doxsan altı qəpik) AZN dövlət rüsumu iddiaçının xeyrinə tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-166/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-166/2024
09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver