Məhkəmə qərarları › İş №e-2(054)-183/2025

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-183/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-183/2025 02.04.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi X1, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı ləğv prosesində olan "xxxx" ASC Cavabdeh3 qarşı 263,76 manat ödənilməmiş əsas borc, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 42,48 manat faiz borcu, cəmi 306,24 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat”ın müddəalarını əhatə edən 23-1-ci fəslinə uyğun olaraq cavabdehə MPM-in 47, 284-1, 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələrinin məzmununu əhatə edən məhkəmə bildirişi göndərilmiş, bildiriş xx.xx.2024-cü il tarixdə cavabdehə çatdırılsa da, cavabdehin iddiaya qarşı etirazı indiyədək məhkəməyə daxil olmamışdır. İşə baxılması mümkün hesab edilmişdir. İddiaçının nümayəndəsi X2 xx.xx.2025-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə zərurət yarandığından iddia ərizəsinin dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsinin ərizəsini araşdırıb hesab edirəm ki, iddia ərizəsi və dövlət rüsumu qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-cu maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266–268 -ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. xx.xx.2025-ci il tarixli, **********52 saylı mədaxil qəbzinə əsasən “ASAN ödəniş” sisteminə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar