Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-186/2023 05.04.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Salehov Əbülfət Qara oğlunun iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC (mətndə iddiaçı) Cavabdeh (mətndə cavabdeh) qarşı xx.xx.2021-ci il tarixli, RGVD4199280A118 saylı kredit müqaviləsinə əsasən 11503,11 AZN əsas, 1752,24 AZN faiz, cəmi 13255,35 AZN borc, xx.xx.2019-cu il tarixli, BRED1402120A125 saylı kredit kartı müqaviləsinə əsasən 243,39 AZN əsas, 72,73 AZN faiz, cəmi 316,12 AZN borcun və 130,71 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə məhkəməyə daxil olmuş elektron ərizəsi ilə iddia ilə bağlı zəruri hesab edilən bütün sənədlərin mülki işə əlavə edildiyini bildirmiş, bütün məhkəmə iclaslarında işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RGVD4199280A118 saylı kredit müqaviləsinə əsasən borcalana illik 28 % olmaqla 42 ay müddətinə 13128,35 AZN məbləğində kredit verilmişdir. Habelə iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BRED1402120A125 saylı kredit kartı müqaviləsinə əsasən ona xx.xx.2022-ci il tarixədək istifadə edilməsi üçün şəxsi istehlak məqsədilə 500 AZN məbləğində bərpa olunan kredit xətti açılmışdır. Kredit müqavilələrinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, banka olan borcunu tam qaytarmamışdır. Bank tərəfindən borcalana dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilsə də, öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. Qeyd olunanlara və mülki qanunvericiliyə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli, RGVD4199280A118 saylı kredit müqaviləsinə əsasən 11503,11 AZN əsas, 1752,24 AZN faiz, cəmi 13255,35 (on üç min iki yüz əlli beş manat otuz beş qəpik) AZN borc, xx.xx.2019-cu il tarixli, BRED1402120A125 saylı kredit kartı müqaviləsinə əsasən 243,39 AZN əsas, 72,73 AZN faiz, cəmi 316,12 AZN borcun və 130,71 manat dövlət rüsumunun tutularaq İddiaçıASC-yə ödənilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X1 izahat verərək bildirdi ki, cavabdeh oğludur. Hərbiçi işləyərkən o həqiqətən xx.xx.2021-ci il tarixdə İddiaçı ASC ilə bağladığı kredit müqaviləsinə əsasən 42 ay müddətinə 13128 AZN kredit götürmüşdür. Habelə “Birkart” müqaviləsinə əsasən ona xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə 500 AZN kredit xətti açılmışdır. Kredit götürdükdən sonra işdən çıxmış, maddi vəziyyəti pisləşmişdir. Sakit iddia ərizəsi ilə tələb edilən kredit məbləğlərini qəbul edir, lakin borcunu birdəfəyə ödəmək imkanı yoxdur, hissələrlə ödəmək istəyir. Qanunauyğun qərar çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan xx.xx.2021-ci il tarixli, RGVD4199280A118 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh gündəlik tələbat məqsədilə 42 ay müddətinə, illik 28 %-lə 13128,35 AZN məbləğində kredit vermişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, RGVD4199280A118 saylı kredit müqaviləsinə əlavədən (ödəniş cədvəli) görünür ki, borcalan Cavabdeh 42 ay müddətinə illik 28 %-lə verilmiş kredit ödənişinin-13128,35 AZN əsas, 7622,39 AZN faiz, cəmi 20750,74 AZN məbləğin xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 493,73 AZN, sonuncu ay 507,81 AZN olmaqla xx.xx.2025-ci il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2019-cu il tarixli, BRED1402120A125 saylı kredit kartına dair müqavilədən görünür ki, İddiaçı ASC Cavabdeh xx.xx.2022-ci il tarixədək 500 AZN məbləğində bərpa olunan kredit xətti açmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, 16/84998 saylı bildirişin surətindən görünür ki, götürülmüş kreditlə bağlı öhdəliklərin tam yerinə yetirilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 15/742 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə iddiaçıya xx.xx.2021-ci il tarixli, RGVD4199280A118 saylı kredit müqaviləsinə əsasən 11503,11 AZN əsas, 1752,24 AZN faiz, cəmi 13255,35 AZN borc, xx.xx.2019-cu il tarixli, BRED1402120A125 saylı kredit kartı müqaviləsinə əsasən 243,39 AZN əsas, 72,73 AZN faiz, cəmi 316,12 AZN borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh iddiaçıya xx.xx.2023-cü il tarixə xx.xx.2021-ci il tarixli, RGVD4199280A118 saylı kredit müqaviləsinə əsasən 11503,11 AZN əsas, 1752,24 AZN faiz, cəmi 13255,35 AZN borc, xx.xx.2019-cu il tarixli, BRED1402120A125 saylı kredit kartı müqaviləsinə əsasən 243,39 AZN əsas, 72,73 AZN faiz, cəmi 316,12 AZN borcu yaranmış, xəbərdarlıq edilsə də, həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehdən 130,71 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, RGVD4199280A118 saylı kredit müqaviləsinə əsasən 11503,11 AZN əsas, 1752,24 AZN faiz, cəmi 13255,35 (on üç min iki yüz əlli beş manat otuz beş qəpik) AZN borc, xx.xx.2019-cu il tarixli, BRED1402120A125 saylı kredit kartı müqaviləsinə əsasən 243,39 AZN əsas, 72,73 AZN faiz, cəmi 316,12 (üç yüz on altı manat on iki qəpik) AZN və 130,71 (bir yüz otuz manat yetmiş bir qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-186/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-186/2023
05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver