Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-200/2023 13.04.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı- 10 yanvar 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 193 manat alimentin məbləğinin artırılaraq 220 manat müəyyən edilməsi və 50 manat mediasiya xərcinin cavabdehdən tutulması barədə iddia qaldırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehlə xx.xx.2014-cü ildə el adəti ilə ailə qurmuşdur. Nikahlarını 22.08. 2014-cü ildə rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2015-ci il tarixdə Əli adlı övladı doğulmuşdur. Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(054)- 1301/2016 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşağın saxlanılması üçün cavabdehin qazancından və başqa gəlirlərindən sabit pul məbləğində hər ay 117 manat alimentin tutulması qərara alınmışdır. Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(054)-416/2019 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq 160 manat, xx.xx.2021-ci il tarixli, 2(054)-166/2021 saylı qətnaməsi ilə 175 manat müəyyən edilmişdir. Alimentin artırılması tələbi ilə yenidən məhkəməyə müraciət etmiş, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(054)-208/2022 saylı qətnaməsi ilə alimentin məbləği artırılmış, 193 manat müəyyən edilmişdir. Cavabdehin aliment borcu yoxdur, amma bəzi hallarda icra məmuru zəng etdikdən sonra ödəyir. Cavabdehin gəliri ilə bağlı dəqiq məlumat və sübut təqdim edə bilmir, amma birlikdə yaşayarkən 4 kranı və sürücüləri olduğunu bilirdi. Cavabdeh övladına əlavə yardım etmir, deyir ki, alimenti ödəyirəm. Cavabdeh ondan əvvəl ailə qurub, övladı olmayıb. Sonra onunla ailə qurub, bir övladı var. Ayrıldıqdan sonra yenə ailə qurub, ondan da övladı yoxdur. Buna baxmayaraq cavabdeh yeganə övladının əlavə xərclərini düşünmür. Oğlunun burun-boğazına əməliyyat olunmalıdır. Özü xəsətəxanada xadimə işləyir, əlinə çatan əmək haqqı 321-322 manatdır. Bu məbləğ keçən il daha aşağı idi. Onun hazırki əmək haqqı və 193 manat alimentlə isə ailənin saxlanması mümkün deyil. Hazırda alimentin qanunla müəyyən edilmiş məbləği 220 manatdır. İddianın qanun çərçivəsində təmin edilməsi, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin məbləğini artıraraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu ildə Azərbaycan Respublikası Oğuz rayonu Muxas kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Muxas kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1983-cü ildə Azərbaycan Respublikası Beyləqan rayonu Milabad qəsəbəsində anadan olmuş, yaşayış yeri Beyləqan rayon Milabad qəsəbəsidir. İşə əlavə edilmiş doğum haqqında AZ-İİİ 461139 saylı şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2015-ci il tarixdə Oğuz şəhərində anadan olmuş, bu barədə Beyləqan rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 61 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(054)-208/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh ilə birgə nikahından xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş 175 manat alimentin məbləği artırılaraq hər ay 193 manat sabit pul məbləğində müəyyən edilmişdir. İşə əlavə edilmiş nikahın pozulması haqqında AZ-İ 346160 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı ilə olan nikah pozulmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2017-ci ildə 21 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə -qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 193 manat, 2023-cü il tarixli Qanunla 220 manat nəzərdə tutulmuşdur. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin 2014-cü il tarixli birgə nikahından 2015-ci ildə bir oğlu doğulmuşdur. Tərəflərin nikahı 2016-cı ildə pozulmuş, uşağın saxlanılması üçün həmin vaxt 117 manat alimentin cavabdehdən tutulması qət edilmişdir. İddiaçı daha sonra məhkəməyə 2019-cu ildə müraciət etmiş, alimentin məbləği 160 manat müəyyən edilmişdir. Cavabdehin növbəti müraciətlərinə əsasən alimentin məbləği 2021-ci ilin may ayında artırılaraq 175 manat, 2022-ci ilin iyun ayında 193 manat müəyyən edilmişdir. İddiaçı hazırda alimentin artırılaraq qanunla müəyyən edilmiş 220 manat məbləğində müəyyən edilməsini tələb edir. İddiaçı tərəfindən cavabdehin qazancı ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edilənlərə qiymət verərək bildirir ki, qanunvericiliyə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hazırki iş üzrə müəyyən edilənlərə əsasən iddiaçı tərəfindən ailə və maddi vəziyyətində dəyişiklik, yəni maddi vəziyyətinin pisləşməsi ilə bağlı, habelə cavabdehin qazancının artması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir, əksinə iddiaçı özünün əmək haqqında qismən də olsa artımın olduğunu bildirmişdir. Buna baxmayaraq məhkəmə hesab edir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, iddiaçının himayəsində olan uşağın minimal maddi ehtiyacları, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği və uşağın mənafeyi nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, bir uşağın saxlanılması üçün alimentin (vəsaitin) miqdarı artırılmaqla, hər ay 200 manat həddində, sabit pul məbləğində müəyyən edilməlidir. Bundan əlavə iddiaçı mediasiya təşkilatına ödədiyi 50 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir. Bu fakt Şəki 1 saylı mediasiya təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞŞ/1/00132 saylı arayış” və xx.xx.2023-cü il tarixli, BPM**********90 saylı mədaxil qəbzi ilə təsdiq edilmişdir. İşin hallarına uyğun olaraq məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay 200 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq 10 yanvar 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Cavabdeh mediasiya təşkilatına ödənilmiş 50 manat pul alınıb iddiaçıya ödənilsin. Artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-200/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-200/2023
13.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver