Məhkəmə qərarları › İş №e-2(054)-206/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-206/2023

05.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-206/2023 05.04.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X14 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili İsmayılov İsmayıl Mayıl oğlunun, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı-25 oktyabr 2008-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 70 manat alimentin məbləğinin artırılaraq 220 manat müəyyən edilməsi barədə iddia qaldırmışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı və cavabdeh nikahlarını 25 dekabr 2006-cı ildə rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan onların 25 oktyabr 2008-ci il tarixdə Ayişə adlı övladı doğulmuşdur. Oğuz Rayon Məhkəməsinin 04 fevral 2016-cı il tarixli, 2(054)-61/2016 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, 2008-ci il təvəllüdlü Ayişənin saxlanılması üçün cavabdehin qazancından və başqa gəlirlərindən sabit pul məbləğində hər ay 70 manat alimentin tutulması qərara alınmışdır. Həmin vaxtdan sonra İddiaçı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etməmişdir. Artıq 6 ildən çox vaxt keçmiş, Ayişə 15 yaşın içindədir. Onun xərcləri artmışdır, iddiaçı isə işləmir, gəlirləri yoxdur. Buna görə də verilən alimentin məbləğinin hazırki yaşayış minimumuna uyğunlaşdırılması zərurəti yaranmışdır. Belə ki, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu artırılaraq 220 manat müəyyən edilmişdir. İddianın təmin edilməsi, cavabdehdən 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin məbləğini artıraraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, 2017-ci ildə ikinci dəfə ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2017-ci ildə Abdulhəmid, xx.xx.2019-cu ildə Məryəm, xx.xx.2022-ci ildə Duyğu adlı övladları doğulmuşdur. Özünün daimi iş yeri yoxdur, 2-ci qrup əlil kimi 220 manat təqaüd alır. Əmək qabiliyyətsiz olduğundanonu işə qəbul etmirlər. Anası ilə birgə yaşayır, onun təqaüdü ilə uşaqlarının yaşayışını təmin edir. Birinci nikahından olan övladına 70 manatdan artıq təqaüd verə bilmir. Əgər iddiaçı uşağa baxa bilmirsə, uşağı ona versin.İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini, habelə cavabdehi dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının mülki işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının mülki işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1981-ci ildə Azərbaycan Respublikası Oğuz rayonu Padar kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Padar kəndidir. İşə əlavə edilmiş doğum haqqında AZ-İİ 191179 saylı şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2008-ci ildə Oğuz şəhərində anadan olmuş, bu barədə Oğuz rayon İHB Padar kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 46 nömrə iə qeyd edilmş, atası Cavabdeh, anası X3r. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(054)-61/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh oğlu ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2005-cu il tarixli nikah pozulmuş, Cavabdeh qazancından və başqa gəlirlərindən sabit pul məbləğində hər ay 70 manat alimentin tutularaq, xx.xx.2008-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X2 xeyrinə verilməsi qət edilmişdir. İşə əlavə edilmiş nikah haqqında AZ-İİ 230987 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X8 xx.xx.2017-ci ildə nikah bağlamış, bu barədə Qəbələ Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 429 nömrə ilə qeyd edilmiş, nikah bağlandlqdan sonra ər-arvada Abduyev soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında AZ-İİİ 982936 saylı şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2017-ci ildə Şəki şəhərində anadan olmuş, bu barədə Qəbələ Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 926 nömrə iə qeyd edilmş, atası Cavabdeh, anası X5r. İşə əlavə edilmiş doğum haqqında AZ-İV 275890 saylı şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2019-cu ildə Şəki şəhərində anadan olmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 149 nömrə iə qeyd edilmş, atası Cavabdeh, anası X5r. İşə əlavə edilmiş doğum haqqında AZ-İV 701046 saylı şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2022-ci ildə Şəki şəhərində anadan olmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 61 nömrə iə qeyd edilmş, atası Cavabdeh, anası X5r. Azərbaycan Respublikası TƏBİB “Oğuz Rayon Mərkəzi Xəstəxanası”X21 işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, PHŞ-6-64/1-A-xx-xx/2023 saylı arayışından görünür ki, Cavabdeh Oğuz RMXnin poliklinika şöbəsinin “Ruhi-Əsəb” kabinetində 1998-ci il tarixdən “F07.0 Epilepsiya səbəbli şəxsiyyət dəyişikliyi” diaqnozu ilə dispanser qeydiyyatdadır. Xəstəliyə görə 2-ci qrup əlildir. Azərbaycan Respublikası ƏƏSMN X1 Sistemi sosial müavinət və təqaüd haqqında xx.xx.2023-cüil tarixli, ********** saylı arayışından görünür ki, Cavabdeh ümumi xəstəlikdən 2-ci qrup əlilliyə görə 220 manat müavinət alır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə -qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 220 manat nəzərdə tutulmuşdur. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin birgə evliliyindən 2008-ci il təvəllüdlü övladı vardır.Tərəflərin nikahı 2016-cı ildə məhkəmə qaydasında pozulmuş, həmin vaxt cavabdehdən hər ay 70 manat alimentin tutulması qərara alınmışdır. Keçən illər ərzində iddiaçı alimentin artırılması üçün müraciət etməmiş, cavabdeh isə uşağın saxlanılması üçün əlavə maddi yardım etməmişdir. Cavabdeh 2017-ci ildə yenidən ailə qurmuş, həmin nikahdan 2017, 2019 və 2022ci il təvəllüdlü 3 övladı vardır. İddiaçı hazırda alimentin artırılaraq yaşayış minimumu həddində, yəni 220 manat müəyyən edilməsini xahiş edir. Cavabdeh 220 manat müavinət aldığına dair arayışı məhkəməyə təqdim etməklə 70 manatdan artıq məbləği ödəmək imkanının olmadığını bildirir və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə qeyd edilənlərə qiymət verərək bildirir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, iddiaçının himayəsində olan 2008, cavabdehin himayəsində olan 2017, 2019 və 2022-ci il təvəllüdlü uşaqların minimal maddi ehtiyacları, 2023-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, 2008-ci il təvəllüdlü Ayişə üçün tutulan alimentin (vəsaitin) miqdarı qismən artırılmalı, hər ay 120 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay 120 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq, 25 oktyabr 2008-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar