Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-218/2024 24.05.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 24 may 2024-cü il tarixdə Oğuz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC (mətndə iddiaçı) Cavabdeh (mətndə cavabdeh) qarşı 1146,77 manat pul vəsaiti və 31,47 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqının (cəmi 31,87 manat) cavabdehdən tutularaq "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat”ın müddəalarını əhatə edən 23-1-ci fəslinə uyğun olaraq cavabdehə MPM-in 47, 284-1, 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələrinin məzmununu əhatə edən məhkəmə bildirişi göndərilmişdir. xx.xx.2024-cü il tarixli qərardadla iddia tələbinin mahiyyəti nəzərə alınmaqla iş üzrə iddia icraatına keçilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəmənin elektron ünvanına daxil olmuş ərizəsi ilə bütün məhkəmə iclaslarının iştirakları olmadan keçirərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddia ərizəsində göstərilmiş ünvanına göndərilmiş məhkəmə bildirişi zərfin üzərinə əlavə edilmiş “F-20”-də “Bakıda yaşayır” yazılmaqla məhkəməyə geri qaytarılmış, onun qeyd edilən ünvanına uyğun olaraq Oğuz rayon İHB Oğuz şəhər İƏD üzrə nümayəndəliyinə göndərilmiş məhkəmə bildirişlərinə cavab olaraq nümayəndəlik xx.xx.2024-ü il tarixli, 5-68-12/2- 033/2024 saylı, xx.xx.2024-ü il tarixli, 5-68-12/2-040/2024 saylı və xx.xx.2024-ü il tarixli, 5- 68-12/2-048/2024 saylı məktublarla cavabdehin qeydiyyatda olmasına baxmayaraq ünvanda yaşamadığını, məhkəmə sənədinin cavabdehin atasına və ögey anasına təqdim edildiyini, lakin onların sənədi götürməkdən imtina etdiyini, məhkəmə sənədinin nümayəndəlikdə saxlanıldığını bildirmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə xxxxxxx saylı ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli “Ümumi oferta”sı ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən “Bu müqaviləyə görə bank müştəriyə cari hesab açılması və hesab üzrə plastik kart vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, müştəri isə bu müqavilənin ayrılmaz hissəsi olan bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə haqq ödəməyi öhdəsinə götürür”.Tərəflər arasında bağlanmış cari hesablar üzrə xidmət müqaviləsinin 3.4.2-ci maddəsinə əsasən müştərinin üzərinə “kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək vəzifəsi qoyulur. Həmin maddəyə əsasən texniki overdraft bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir.” İddiaçı bank tərəfindən açılmış hesab üzrə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixinə ümumilikdə 1146,77 AZN məbləğində texniki overdrafta yol verilmiş, lakin sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Bugünki günə cavabdehin iddiaçı qarşısında 1146,77 AZN məbləğində texniki overdraft üzrə icra edilməmiş öhdəliyi vardır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən mülki qanunvericilik normaları çərçivəsində cəmi 1146,77 manat pulun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 manat xidmət haqqının (31,87 manat) cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli ərizə-anketdən görünür ki, Cavabdeh həmin sənədi imzalamaqla ödəniş kartı ilə aparacağı əməliyyatlar nəticəsində baş verə biləcək silinmələr zamanı overdraft (hesabda vəsait olmadıqda silinmələrin baş verməsi) baş verərsə oferta şərtlərinə uyğun öhdəliyini qəbul etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, UB/RMX/NFT 1284 saylı arayışdan görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh AZ37UBAZ**********1010AZN001 saylı kart hesabına (524375XURVJS3560 saylı kart) xx.xx.2022-ci il tarixdə 996 AZN, 995 AZN və 497,50 AZN məbləğində vəsait köçürülmüş, kartda olan ümumi məbləğ 2488,50 AZN təşkil etmişdir. xx.xx.2022-ci il tarixdə müştərinin kartından 1000 AZN, xx.xx.2022-ci il tarixdə 150 AZN və 1000 AZN vəsait (kartla əməliyyatın məbləğinin xarici hesablaşmalar üçün hesabın valyutasında tranzit hesaba köçürülməsi) silinmiş, kartda olan ümumi məbləğ 344,10 AZN təşkil etmişdir. xx.xx.2022-ci il tarixdə müştərinin kartına 5,60 AZN (UCARD Cavabdeh faizlərin kapitallaşdırılması x/x) vəsait daxil olmuş, kartda olan ümumi məbləğ 344,10 AZN təşkil etmişdir. xx.xx.2023-cü il tarixdə müştərinin kartından 50 AZN və 25 AZN məbləğində vəsait silinmiş, kartda olan ümumi məbləğ 269,10 AZN təşkil etmişdir. xx.xx.2023-cü il tarixdə müştərinin kartından 269 AZN məbləğində (kartla əməliyyatın məbləğinin xarici hesablaşmalar üçün hesabın valyutasında tranzit hesaba köçürülməsi) vəsait silinmiş, ümumi vəsait 0,10 AZN təşkil etmişdir. xx.xx.2023-cü il tarixdə müştərinin kartından 0,10 AZN məbləğində vəsait (ONLİNE TRANZİT 4448ovNFT/23 kredit müqaviləsi üzrə gecikmiş məbləğin müştərinin cari hesabından silinməsi) silinmiş, kartda olan ümumi məbləğ 0,00 AZN təşkil etmişdir.xx.xx.2023-cü il tarixdə müştərinin kartına 130 manat daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə kartdan 130 AZN məbləğində vəsait (ONLİNE TRANZİT 4448ovNFT/23 kredit müqaviləsi üzrə gecikmiş məbləğin müştərinin cari hesabından silinməsi) silinmiş, kartda olan ümumi məbləğ 0,00 AZN təşkil etmişdir. Beləliklə Cavabdeh xx.xx.2023-cü ildə 998,42 AZN overdraft borcu yaranmışdır. Nəticə etibarı ilə xx.xx.2023-cü il tarixə əsas borc 877,41 AZN, həmin borca 193,14 AZN cərimə faizləri hesablanmışdır.Qeyd olunan overdravft borcu üzrə müştərinin borcu xx.xx.2023-cü il tarixə 1070,55 AZN təşkil etmişdir. İşdə olan 10 aprel 2023-cü il tarixli, UB-BANK/PİKMD saylı bildirişin surətindən görünür ki, Cavabdeh həmin tarixə olan 932,91 AZN borcun 3 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə bütün borc məbləği və onun qaytarılması üçün çəkilən xərclərlə bağlı iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan 29 yanvar 2024-cü il tarixli, BANK/PİKMD/1162614 saylı maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya həmin tarixə 4448ovNFT/23 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş borcu- 877,41 AZN əsas borc, 269,36 AZN cərimə, cəmi 1146,77 AZN-dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 14.2.7-ci maddəsinə görə əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. (maddə 1092.1.1.) Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Yenə həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, həqiqətən "xxxx" KB ASC tərəfindən Cavabdeh AZ37UBAZ**********1010AZN001 saylı kart hesabına (524375XURVJS3560 saylı kart) xx.xx.2022-ci il tarixdə 996 AZN, 995 AZN və 497,50 AZN məbləğində vəsait köçürülmüş, kartda olan ümumi məbləğ 2488,50 AZN təşkil etmişdir. Müştəri xx.xx.2022-ci il tarixdən başlamaqla müxtəlif vaxtlarda kart hesabından hissələrlə olmaqla həmin məbləği çıxarsa da məbləğ qaytarılmamışdır. Beləliklə xx.xx.2023-cü il tarixə müştərinin overdraft borcu xx.xx.2023-cü il tarixə 1070,55 AZN (əsas borc 877,41 AZN, 193,14 AZN cərimə) təşkil etmişdir. 29 yanvar 2024-cü il tarixli, BANK/PİKMD/1162614 saylı maliyyə arayışına əsasən Cavabdeh iddiaçıya həmin tarixə 4448ovNFT/23 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş borcu- 877,41 AZN əsas borc, 269,36 AZN cərimə, cəmi 1146,77 AZN olduğundan məhkəmə hesab edir ki, 1146,77 manat pul vəsaitinin cavabdehdən tutulmasına dair iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən cavabdehdən ödənilmiş 31,87 manat dövlət rüsumu (31,47 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı) iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 877,41 manat əsas borc, 269,36 manat cərimə, cəmi 1146,77 (bir min bir yüz qırx altı manat yetmiş yeddi qəpik) manat pul, 31,47 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı, cəmi 31,87 (otuz bir manat səksən yeddi qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASCnin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-218/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-218/2024
24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver