Məhkəmə qərarları › İş №e-2(054)-224/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-224/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-224/2024 09.04.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, iddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə 09 aprel 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Bank "xxxx" ASC (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehlə bank arasında bağlanmış xx.xx.2022-ci il tarixli, FN-00743-00/22A saylı kredit müqaviləsindən irəli gələn, xx.xx.2024-cü il tarixə ödənilməmiş 7100,83 manat əsas, 716 manat faiz, 236,30 manat dəbbə borcu, cəmi 8053,13 manat borcun, 101 manat dövlət rüsumu, 0,40 manat bank xərcinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə iddianı müdafiə etdiklərini, əlavə sübutlarının olmadığını bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, FN-00743-00/22A saylı kredit müqaviləsinə əsasən ona istehlak məqsədilə illik 22 faizlə 48 ay müddətinə 8000 manat kredit verilmişdir. Müqavilənin tələbinə baxmayaraq cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon və rəsmi qaydada edilmiş xəbərdarlıqlara baxmayaraq müqavilə üzrə öhdəliklərin icrasında gecikmələr yarandığından məhkəməyə müraciət edilmişdir. Cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş 7100,83 manat əsas, 716 manat faiz, 236,30 manat dəbbə borcu, cəmi 8053,13 manat borcun, 101 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, FN-00743-00/22A saylı kredit müqaviləsindən görünür ki, Bank "xxxx" ASC tərəfindən Cavabdeh istehlak məqsədilə illik 22 faizlə 48 ay müddətinə 8000 manat kredit verilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, FN-00743-00/22A saylı kredit müqaviləsinə 1 saylı Əlavə olan ödəniş cədvəlindən görünür ki, 8000 manat əsas, 4098,34 manat faiz (cəmi 12098,34) borcunun ödənişinin xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 252,04-252,05 manat, sonuncu ay 252,07 manat olmaqla xx.xx.2026-cı il tarixdə başa çatdırılması barədə borcalan məlumatlandırılmış və onun tərəfindən cədvəl imzalanmışdır. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, RİED-2024/138 saylı arayışdan görünür ki, Cavabdeh banka xx.xx.2022-ci il tarixdə 252 AZN, xx.xx.2023-cü il tarixdə 251,08 AZN, xx.xx.2023-cü il tarixdə 242,56 AZN, xx.xx.2023-cü il tarixdə 262,48 AZN, xx.xx.2023-cü il tarixdə 5,88 AZN, xx.xx.2023-cü il tarixdə 253 AZN, xx.xx.2023-cü il tarixdə 250 AZN, xx.xx.2023-cü il tarixdə 247,49 AZN, xx.xx.2023-cü il tarixdə 7,51 AZN, xx.xx.2023-ü il tarixdə 237,28 AZN, xx.xx.2023-cü il tarixdə 12,72 AZN ödəniş etmiş, onun qalan borcu xx.xx.2024-cü il tarixə hesablanmış 7100,83 AZN əsas, 716 AZN faiz borcu, 236,3 AZN dəbbə pulu olmaqla, cəmi 8053,13 AZN təşkil edir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MXD-2024/149 saylı bildirişdən görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məsuliyyət barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. (739-cu maddə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixədək olan redaksiyada verilib.) Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2022-ci il tarixli, FN-00743-00/22A saylı kredit müqaviləsi üzrə Cavabdeh banka xx.xx.2022-ci il tarixdə 252 AZN, xx.xx.2023-cü il tarixdə 251,08 AZN, xx.xx.2023-cü il tarixdə 242,56 AZN, xx.xx.2023-cü il tarixdə 262,48 AZN, xx.xx.2023-cü il tarixdə 5,88 AZN, xx.xx.2023-cü il tarixdə 253 AZN, xx.xx.2023-cü il tarixdə 250 AZN, xx.xx.2023-cü il tarixdə 247,49 AZN, xx.xx.2023-cü il tarixdə 7,51 AZN, xx.xx.2023-ü il tarixdə 237,28 AZN, xx.xx.2023-cü il tarixdə 12,72 AZN ödəniş etmiş, onun qalan borcu xx.xx.2024-cü il tarixə hesablanmış 7100,83 AZN əsas, 716 AZN faiz borcu, 236,3 AZN dəbbə pulu olmaqla, cəmi 8053,13 AZN təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cəmi 8053,13 AZN məbləğində borc iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehdən 101 (bir yüz bir manat) AZN dövlət rüsumu və 0,40 AZN bank xərci iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2022-cu il tarixli, FN-00743-00/22A saylı kredit müqaviləsi üzrə Cavabdeh 7100,83 AZN əsas, 716 AZN faiz borcu, 236,3 AZN dəbbə pulu olmaqla, cəmi 8053,13 AZN (səkkiz min əlli üç manat on üç qəpik) AZN və 101 (bir yüz bir manat) AZN dövlət rüsumu və 0,40 (qırx qəpik) AZN bank xərci alınaraq iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar