Məhkəmə qərarları › İş №e-2(054)-224/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-224/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-224/2025 07.05.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Giriş hissə: X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun və dövlət rüsumunun tutulması tələbinə dair mülki işə 07 may 2025-ci il tarixdə Oğuz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" KB ASC (mətndə iddiaçı) Cavabdeh (mətndə cavabdeh) qarşı xx.xx.2023-cü il tarixli, 5582nkSHEKb/23 saylı kredit müqaviləsi üzrə (xx.xx.2023-cü il tarixli ərizə-anket) 12557,98 AZN əsas borc, 2318,37 AZN faiz borcu, 63 AZN cərimə, cəmi 14939,35 AZN borcun və 135,22 manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixli elektron ərizəsi ilə mülki iş üzrə bütün məhkəmə iclaslarının iştirakları olmadan keçirilməklə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh göndərilmiş məhkəmə bildirişi zərfin üzərinə əlavə edilmiş “F-20”-də “evdə yoxdur” yazılmaqla məhkəməyə geri qaytarılmış, onun ünvanına uyğun ünvan 1irişinə cavab olaraq nümayəndəlik xx.xx.2025-ci il tarixli, 5-68-12/2-18/2025 saylı məktubla Cavabdeh nümayəndəlik ərazisində yaşamadığını, nümayəndəlik ərazisinə gələn kimi sənədin ona veriləcəyini və məhkəməyə rəsmi məlumat veriləcəyini bildirmişdir. Məhkəmə bildirişi xx.xx.2025-ci il tarixdə Cavabdeh məxsus şəxsi elektron kabinetdə yerləşdirilsə də o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185-ci maddələrinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli ərizə-anketə uyğun olaraq bağlanmış xx.xx.2023-cü il tarixli, 5582nkSHEKb/23 saylı kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 14000 AZN məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli ərizə-anket və imza nümunəsini imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli, 01U/21 saylı ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtlərini qəbul etdiyini bildirmişdir. Tərəflər arasında bağlanmış ümumi oferta müqaviləsinə əsasən borcverən qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş, onun xx.xx.2025-ci il tarixə iddiaçıya 12557,98 AZN əsas borc, 2318,37 AZN faiz borcu, 63 AZN cərimə, cəmi 14939,35 AZN kredit borcu yarandığından iddianın həmin məbləğdə təmin edilməsi, habelə ödənilmiş 135,22 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli ərizə-anket və ona əlavə edilmiş elektron çıxarışlardan görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli, 5582nkSHEKb/23 saylı kredit müqaviləsi əsasında 60 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə aylıq ödəniş 436 AZN olmaqla 14000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, kredit məbləği ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə Cavabdeh məlumat verilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, BANK/PİKMD/1265528 saylı maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə iddiaçıya xx.xx.2023-cü il tarixli, 5582nkSHEKb/23 saylı kredit müqaviləsi üzrə (xx.xx.2023-cü il tarixli ərizə-anket) 12557,98 AZN əsas borc, 2318,37 AZN faiz borcu, 63 AZN cərimə olmaqla, cəmi 14939,35 AZN borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 744.1-ci maddəsinə əsasən kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh xx.xx.2025-ci il tarixə iddiaçıya xx.xx.2023cü il tarixli, 5582nkSHEKb/23 saylı kredit müqaviləsindən (xx.xx.2023-cü il tarixli ərizə-anket) irəli gələn ödənilməmiş 12557,98 AZN əsas borc, 2318,37 AZN faiz borcu, 63 AZN cərimə, cəmi 14939,35 AZN borcu yaranmış, həmin borcun ödənilməsi borcalan tərəfindən təmin edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 12557,98 AZN əsas borc, 2318,37 AZN faiz borcu, 63 AZN cərimə, cəmi 14939,35 AZN pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən cavabdehdən ödənilmiş 135,22 AZN dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 5582nkSHEKb/23 saylı kredit müqaviləsi üzrə (xx.xx.2023cü il tarixli ərizə-anket) 12557,98 AZN əsas borc, 2318,37 AZN faiz borcu, 63 AZN cərimə, cəmi 14939,35 (on dörd min doqquz yüz otuz doqquz manat otuz beş qəpik) AZN pul vəsaiti və 135,22 (bir yüz otuz beş manat iyirmi iki qəpik) AZN dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar