Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-226/2024 16.05.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə 16 may 2024-cü il tarixdə Oğuz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC (mətndə iddiaçı) Cavabdeh (mətndə cavabdeh) qarşı xx.xx.2023-cü il tarixli, RGTK9748528A168 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 5723,97 AZN əsas, 86,95 AZN faiz, cəmi 5810,92 AZN vəsaitin və 78,11 AZN dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsi, habelə xx.xx.2024-cü il xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə məhkəməyə daxil olmuş ərizələri ilə bütün zəruri hesab edilən sənədlərin məhkəməyə təqdim edildiyini nəzərə alaraq mülki işə bütün məhkəmə iclaslarında iddiaçı tərəfin iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh qeydiyyat ünvanına uyğun olaraq ünvan 2irişi cavabdehin atası X1 şəxsən təqdim edilmiş, onun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsinə göndərilmiş məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər xx.xx.2024-cü il tarixdə Mustafayev tərəfindən imza edilməklə qəbul edilmişdir. Cavabdehin barəsində məhkəmənin icraatında olmuş 1(054)-24/2023 saylı cinayət işi materialları araşdırılarkən onun digər cəzaçəkmə müəssisəsinə köçürüldüyü müəyyən edildiyindən məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər Cavabdeh cəzasının çəkilməsi üçün köçürüldüyü Penitensiar Xidmət 9 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilmiş, həmin Müəssisənin xx.xx.2024-cü il tarixli, 3-16-17/25/2-455 2024 saylı məktubu ilə cavabdehin sənədləri aldığına dair qəbz məhkəməyə təqdim edilmişdir. Cavabdeh Müəssisənin xx.xx.2024-cü il tarixli, 3-16-17/25/2-840 2024 saylı məktubu ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinə dair ərizəsi nəzərə alınmaqla məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK9748528A168 saylı kredit müqaviləsinə əsasən borcalana gündəlik tələbat məqsədilə illik 20 % dərəcəsi ilə 59 ay müddətinə 6023,92 AZN məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə uyğun olaraq cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Bank tərəfindən borcalana dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilsə də, öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. Qeyd olunanlara və mülki qanunvericiliyə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli, RGTK9748528A168 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 5723,97 AZN əsas, 86,95 AZN faiz, cəmi 5810,92 AZN vəsaitin və 78,11 AZN dövlət rüsumunun tutularaq İddiaçıASC-yə ödənilməsi xahiş olunmuşdur. Cavabdeh 9 saylı Çəzaçəkmə Müəssisəsindən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə bildirmişdir ki, böyük ictimai təhlükə törətməyən cinayət əməlinə görə həbs edilmiş, cəzası xx.xx.2024-cü ildə başa çatır. Himayəsində aliment ödədiyi övladı var. Özü xəstədir, hər ay səhiyyə xərclərinə 350 manat, aliment üçün 120 manat sərf edir. İddia tələbi təmin olunarsa və hər ay ondan 100 manatdan çox məbləğ tutulub iddiaçıya ödənilərsə, maddi vəziyyəti son dərəcə ağır olacaq. Ona görə də hesab edir ki, məhkəmə xx.xx.2024-cü il tarixdə barəsində olan mülki işi baxılmamış saxlayıb rədd edərsə və yaxud iddiaçı ərizəsini geri götürərsə könüllü olaraq hər ay borclu olduğu kredit məbləğinə görə 100 manat ödəyə bilər. İddiaçının kredit məbləğinin ödənilməsinə dair ərizəsinin baxılmamış saxlanılması, əmək pensiyasından hər ay yaşayış və aliment məbləği çıxılmaqla 100 manat pulun xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli, RGTK9748528A168 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh gündəlik tələbat məqsədilə 59 ay müddətinə, illik 20 % -lə 6023,92 AZN məbləğində kredit vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, RGTK9748528A168 saylı kredit müqaviləsinə əlavədən (ödəniş cədvəli) görünür ki, borcalan Cavabdeh 59 ay müddətinə illik 20 %-lə verilmiş kreditin ödənişinin- 6023,92 AZN əsas, 3489,79 AZN faiz, cəmi 9513,71 AZN məbləğin xx.xx.2023-ci il tarixdən başlayaraq hər ay 161,19 AZN, sonuncu ay 164,69 AZN olmaqla xx.xx.2028-ci il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli, 16MH/3453 saylı bildirişin surətindən görünür ki, götürülmüş kreditlə bağlı öhdəliklərin tam yerinə yetirilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, 2024/104/5275 saylı maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli, RGTK9748528A168 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 5723,97 AZN əsas, 86,95 AZN faiz, cəmi 5810,92 AZN borcu vardır. Oğuz Rayon Məhkəməsinin işdə olan 1(054)-24/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinərək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 7 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməklə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və o məhkəmə iclas zalında dərhal həbs edilmiş, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının çəkilmə müddətinin başlanğıcının həbsə alındığı 12 dekabr 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. (739-cu maddə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023cü il tarixədək olan redaksiyada verilib.) Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh iddiaçıya xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli, RGTK9748528A168 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 5723,97 AZN əsas, 86,95 AZN faiz, cəmi 5810,92 AZN borcu yaranmış, xəbərdarlıq edilsə də, həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə cavabdehin ərizəsində göstərilənlərə münasibət olaraq qeyd edir ki, iddiaçının iddia ərizəsini geri götürməsi onun hüququ olmaqla bu barədə məhkəməyə hər hansı məlumat daxil olmamış, bundan əlavə məhkəmə icraatı zamanı iddianın baxılmamış saxlanması ilə bağlı əsaslar müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK9748528A168 saylı kredit müqaviləsi üzrə 5723,97 AZN əsas, 86,95 AZN faiz, cəmi 5810,92 kredit borcu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən cavabdehdən 78,11 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, RGTK9748528A168 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 5723,97 AZN əsas, 86,95 AZN faiz, cəmi 5810,92 (beş min səkkiz yüz on manat doxsan iki qəpik) AZN vəsait və 78,11 (yetmiş səkkiz manat on bir qəpik) AZN dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-226/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-226/2024
16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver