Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-234/2024 15.05.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X5 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, cavabdeh X2, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı "xxxx" KB ASC-nin cavabdeh X3 qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair mülki işə 15 may 2024-cü il tarixdə Oğuz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC (mətndə iddiaçı) cavabdeh X3 (mətndə cavabdeh) qarşı xx.xx.2023-cü il tarixli, 751nkSHEKb/23 saylı kredit müqaviləsi üzrə (xx.xx.2021-ci il tarixli, xxxxxxx saylı ərizə) ödənilməmiş 8952,30 AZN əsas borc, 1661,01 AZN faiz borcu, 1,90 AZN cərimə, cəmi 10615,21 AZN borcun və 122,25 AZN dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə bütün məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə X4 arasında xx.xx.2022-ci il tarixli, xxxxxxx saylı ərizəyə uyğun olaraq bağlanmış xx.xx.2023-cü il tarixli, 751nkSHEKb/23 saylı kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 27 faiz dərəcəsi ilə aylıq ödəniş 278 AZN olmaqla 9100 AZN məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli, 01U/21 saylı ümumi oferta ilə tanış olduğunu və onun bütün şərtlərini qəbul etdiyini bildirmişdir.Tərəflər arasında bağlanmış ümumi oferta müqaviləsinə əsasən borcverən qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 17.11-ci bəndinə əsasən müştəri krediti və ona hesablanmış faizləri ödəməyi gecikdirdikdə bank borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 faizi miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə şərtlərini pozmuş, borcunu ödəməkdən yayındığından cavabdehdən xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli, 751nkSHEKb/23 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 8952,30 AZN əsas borc, 1661,01 AZN faiz borcu, 1,90 AZN cərimə, cəmi 10615,21 AZN borcun və 22,25 AZN məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə iddia ərizəsi verildikdən sonra cavabdeh tərəfindən 100 manat ödəniş edildiyini, həmin ödənişin Mülki Məcəllənin tələbinə uyğun olaraq sistem üzrə cavabdehin ödəməli olduğu dövlət rüsumuna silindiyini bildirmiş, cavabdehdən tutulmalı olan dövlət rüsumunun 22,25 manat məbləğində nəzər alınmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 izahat verərək bildirdi ki, 1-ci Qarabağ Müharibəsində iştirak etmiş, ona 2-ci qrup əlillik müəyyən edilmişdir. Buna görə də əlilliklə bağlı müavinət almışdır. Kredit borcunu müavinətlə ödəməyə başlasa da, son dövrdə müavinəti dayandırıldığından gecikmiş kredit borcu yaranmışdır. Himayəsində iki azyaşlı övladı var, biri xəstədir. Ailədə işləyən yoxdur. Əgər borcu qrafikə salınsa, hissələrlə ödəməni həyata keçirməyə çalışacaq. Hələlik isə müalicəyə getməlidir. Qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil eyni məzmunlu izahat verərək qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin, onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli, xxxxxxx saylı ərizədən və ona əlavə edilmiş elektron çıxarışlardan görünür ki, "xxxx" KB ASC tərəfindən X3 xx.xx.2023-cü il tarixli, 751nkSHEKb/23 saylı kredit müqaviləsi əsasında 60 ay müddətinə illik 27 faiz dərəcəsi ilə aylıq ödəniş 278 manat olmaqla 9100 manat məbləğində kredit verilmişdir. İşdə olan 08 sentyabr 2023-cü il tarixli, UB-BANK/PİKMD saylı bildirişin surətindən görünür ki, X1 həmin tarixə olan 9806,40 AZN borcun 3 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə bütün borc məbləği və onun qaytarılması üçün çəkilən xərclərlə bağlı iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan 05 fevral 2024-cü il tarixli, BANK/PİKMD/1164615 saylı maliyyə arayışından görünür ki, cavabdeh X2 iddiaçıya həmin tarixə xx.xx.2023-cü il tarixli, 751nkSHEKb/23 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş borcu 8952,30 AZN əsas borc, 1661,01 AZN faiz borcu, 1,90 AZN cərimə, cəmi 10615,21 AZN-dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. (739-740-cı maddələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixədək olan redaksiyada verilib.) Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh X2 xx.xx.2024-cü il tarixə xx.xx.2023cü il tarixli, 751nkSHEKb/23 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 8952,30 AZN əsas borc, 1661,01 AZN faiz borcu, 1,90 AZN cərimə, cəmi 10615,21 AZN borcu yaranmış, xəbərdarlıq edilsə də, həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 751nkSHEKb/23 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 8952,30 AZN əsas borc, 1661,01 AZN faiz borcu, 1,90 AZN cərimə, cəmi 10615,21 AZN kredit borcu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdeh tərəfindən 100 manat ödənilmiş məbləğin 122,25 manat dövlət rüsumuna silindiyi nəzərə alınmaqla cavabdeh X1 22,25 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh X1 xx.xx.2023-cü il tarixli, 751nkSHEKb/23 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 8952,30 AZN əsas borc, 1661,01 AZN faiz borcu, 1,90 AZN cərimə, cəmi 10615,21 (on min altı yüz on beş manat iyirmi bir qəpik) AZN borc və 22,25 (iyirmi iki manat iyirmi beş qəpik) AZN dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-234/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-234/2024
15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver