Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-254/2023 30.05.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC (mətndə iddiaçı) Cavabdeh (mətndə cavabdeh) qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 30 iyun 2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, müqavilə üzrə 4763,58 manat əsas kredit borcu, 419,88 manat faiz borcu, cəmi 5183,46 manat borcun və 72,24 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndələri Nümayəndə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli, X1 xx.xx.2023-cü il tarixli ərizələrlə ilə iş üzrə bütün məhkəmə iclaslarının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.Cavabdeh göndərilmiş məhkəmə bildirişləri zərflərin üzərinə əlavə edilmiş “F-20”-də “bu ünvanda yaşamır” qrafası işarələnməklə məhkəməyə geri qaytarılmış, onun qeydiyyat ünvanına uyğun olaraq ünvan 1ildirişlərinə cavab olaraq nümayəndəlik xx.xx.2023-cü il tarixli, 5-68-12/2-42/2023 saylı, xx.xx.2023-cü il tarixli, 5-68-12/2-45/2023 saylı və xx.xx.2023-cü il tarixli, 5-68-12/2-49/2023 saylı məktublarla Cavabdeh nümayəndəlikdə daimi qeydiyyatda olmasına baxmayaraq kənddə yaşamadığını və yaşadığı ünvanın məlum olmadığını, bu səbəbdən məhkəmə sənədinin çatdırılmasının mümkün olmadığını, sənədin nümayəndəlikdə saxlanmaqla vətəndaşa çatdırılması mümkün olan kimi əlavə məlumat veriləcəyini bildirmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən borcalan Cavabdeh 18 ay müddətinə illik 14 % olmaqla 5000 manat məbləğində kredit verilmişdir. Bank tərəfindən borcalana xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. xx.xx.2023-cü il tarixədək borcalanın banka olan 4763,58 manat əsas, 419,88 manat faiz borcu ödənilməmişdir. Qeyd edilənlərə əsasən və mülki qanunvericilik normaları nəzərə alınmaqla müqavilənin vaxtından əvvəl ləğv edilməsi, cəmi 5183,46 manat borcun və 72,24 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilənin surətindən görünür ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında imzalanmış həmin müqavilə ilə borcalana 18 ay müddətinə, şəxsi ehtiyacların ödənilməsi məqsədi ilə illik 14 %-lə 5000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əlavə ödəniş cədvəlinin surətindən görünür ki, 5000 manat əsas kredit məbləği, 600,29 manat faiz məbləği, cəmi 5600,29 manat kreditin ödənişinin xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 294,75 manat, sonuncu ay 294,79 manat olmaqla xx.xx.2023-cü il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli, 6-3/0/08-5829 saylı pretenziyadan görünür ki, götürülmüş kreditlə bağlı öhdəliklərin tam yerinə yetirilməsi cavabdehdən tələb olunmuş, əks halda müqaviləyə vaxtından əvvəl xitam verilməsi də daxil olmaqla məsuliyyət tədbirləri barədə xəbərdarlıq edilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 236,42 manat əsas borcdan, 63,58 manat faiz borcundan ödəniş etmiş, onun xx.xx.2023-cü il tarixə iddiaçıya 4763,58 manat əsas, 419,88 manat faiz, cəmi 5183,46 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 294,75 manat ödəniş etməli olsa da, o xx.xx.2022-ci il tarixdə cəmi 296,87 manat (236,42 manat əsas borc, 59,89 manat faiz borcu), xx.xx.2022-ci il tarixdə 3,13 manat faiz borcu olmaqla, cəmi 300 manat ödəniş etmiş, həmin məbləğə uyğun olaraq ona 0,56 manat cərimə hesablanmış, beləliklə onun xx.xx.2023-cü il tarixə iddiaçıya 4763,58 manat əsas kredit borcu (5000-236,42), 419,88 manat faiz borcu, cəmi 5183,46 manat borcu qalmış, borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə xx.xx.2022-ci il tarixdə pretenziya göndərilsə də, həmin borcun ödənilməsi borcalan tərəfindən təmin edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinə xitam verilməli, cavabdehdən xx.xx.2023-cü il tarixə yaranmış 4763,58 manat əsas kredit borcu, 419,88 manat faiz borcu, cəmi 5183,46 manat kredit borcu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehdən ödənilmiş 72,24 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 30 iyun 2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinə xitam verilsin, müqaviləyə əsasən Cavabdeh 4763,58 manat əsas, 419,88 manat faiz, cəmi 5183,46 (beş min bir yüz səksən üç manat qırx altı qəpik) manat kredit borcu və 72,24 (yetmiş iki manat iyirmi dörd qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-254/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-254/2023
30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver