Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-261/2023 15.05.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğvi və kredit borcu tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC (iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (cavabdehlər) qarşı İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 007A********** saylı kredit müqaviləsinin və xx.xx.2022-ci il tarixli, 007R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada xx.xx.2022-ci il tarixli, 007R********** saylı kredit razılaşması üzrə 8510,15 manat əsas kredit borcu, 785,75 manat faiz, 205,94 manat cərimə, cəmi 9501,84 manat, Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə 774,29 manat əsas kredit borcu, 38,58 manat faiz, cəmi 812,87 manat, ümumilikdə 10314,70 manat borcun və 120,94 manat dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi X1 xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş elektron ərizəsi ilə məhkəmə baxışının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 007A********** saylı kredit müqaviləsinə əssən ona 24 ay müddətinə, aylıq 1,9167 faiz dərəcəsi ilə 2000 manat kredit verilmişdir. Müqaviləyə əlavə edilmiş ödəniş planına əsasən 2000 manat əsas kredit və 523,05 manat faiz məbləğinin ödənişinin ayda 105 manat, sonuncu ay isə 108,05 manat olmaqla xx.xx.2023-cü il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələblərini pozaraq kredit müqaviləsi üzrə ödənişləri dəfələrlə yubatmış, kredit və faizləri banka tam olaraq qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1225,71 manat ödəmiş, onun 774,29 manat əsas borcu qalmışdır. Onun xx.xx.2023-cü il tarixə hesablanmış faiz borcu 38,58 manat təşkil edir. Bundan əlavə xx.xx.2022-ci il tarixli, 007L**********05 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən ona 120 ay müddətinə 100000 AZN məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən edilir. Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2022-ci il tarixli, 007R********** saylı kredit razılaşması əsasında cavabdehə aylıq 2,0833 faiz dərəcəsi ilə olmaqla 36 ay müddətinə 10000 AZN məbləğində kredit verilmişdir.Həmin razılaşmaya əlavə edilmiş ödəniş planına əsasən 10000 manat əsas, 4378,96 manat faiz məbləğinin ödənişinin xx.xx.2022-ciil tarixdən başlayaraq hər ay 399 manat, sonuncu ay isə 413,96 manat olmaqla xx.xx.2025ci il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. Sözügedən kredit razılaşması üzrə cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Zaminlər əsas borclu ilə birlikdə məsuliyyət daşıyır və onunla birgə bütün öhdəlikləri icra etməlidir. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələblərini pozaraq kredit razılaşması üzrə ödənişləri dəfələrlə yubatmış, xx.xx.2022-ci il tarixdən kredit və faizləri banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1489,85 manat ödəmiş, onun 8510,15 manat əsas borcu qalmışdır. Onun xx.xx.2023-cü il tarixə 142 gün üçün hesablanmış faiz borcu 785,75 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən hesablanmış cərimə borcu xx.xx.2023cü il tarixə 142 gün üçün 0,1 % hesabı ilə 205,94 manat təşkil edir. Kredit alan müqavilə üzrə öhdəliklərini pozduqda bank müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizləri və krediti vaxtından əvvəl ödəməyi borcalandan tələb etmək hüququna malikdir. Qeyd olunanları nəzərə almaqla Cavabdeh1 ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 007A********** saylı kredit müqaviləsinin və xx.xx.2022-ci il tarixli, 007R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada xx.xx.2022-ci il tarixli, 007R********** saylı kredit razılaşması üzrə 8510,15 manat əsas kredit borcu, 785,75 manat faiz, 205,94 manat cərimə, cəmi 9501,84 manat, Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə 774,29 manat əsas kredit borcu, 38,58 manat faiz, cəmi 812,87 manat, ümumilikdə 10314,70 manat borcun və 120,94 manat dövlət rüsumunun tutulması tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh1 məhkəmə hazırlıq iclasında iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, həqiqətən iddia ərizəsində göstərilmiş iki müqavilə üzrə qeyd edilən kredit məbləğini götürmüşdür. İşdən çıxdığından kredit borcunun ödənişini davam etdirə bilməmişdir. Digər cavabdehlər anası və arvadıdır. İki müqavilə üzrə tələb edilən əsas və faiz borcunu qəbul edir, söz verir ki, həmin pulun hissələrlə ödənilməsini təmin edəcək. Maddi imkanını nəzərə alaraq məhkəmənin cərimə borcunu silməsini, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan xx.xx.2021-ci il tarixli, 007A********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC Cavabdeh1 aylıq 1,9167 % dərəcəsi ilə 24 ay müddətinə 2000 AZN məbləğində kredit vermişdir. İşdə olan xx.xx.2021-ci il tarixli ödəniş planından görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə verilmiş 2000 manat əsas və 523,05 manat faiz kredit ödənişinin xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 105 manat, sonuncu ay 108,05 manat olmaqla xx.xx.2023-cü il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli, 007L**********05 saylı uzunmüddətli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC-nin Şəki filialı Cavabdeh1 120 ay müddətinə 100000 AZN məbləğində kredit xətti açmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, 007L**********05 saylı uzunmüddətli kredit müqaviləsi üzrə həmin tarixli, 007R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC Cavabdeh1 aylıq 2,0833 % dərəcəsi ilə 36 ay müddətinə 10000 AZN məbləğində kredit vermişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 007S**********02 saylı və 007S**********03 saylı zaminlik müqavilələrindən görünür ki, zaminlər Cavabdeh2 və Cavabdeh3 borcalan Cavabdeh1 öhdəliklərini tam icra etməsi üçün bank qarşısında məsuliyyəti öz üzərlərinə götürmüşlər. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş planından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə verilmiş 10000 manat əsas və 4378,96 manat faiz kredit ödənişinin xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 399 manat, sonuncu ay 413,96 manat olmaqla xx.xx.2025-ci il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli xəbərdarlıqların surətindən görünür ki, borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri ilə bağlı cavabdehlərə məlumat verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, 007R********** saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə iddiaçıya 8510,15 manat əsas, 785,75 manat faiz, 205,94 manat cərimə, cəmi 9501,84 manat borcu vardır. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə iddiaçıya 774,29 manat əsas, 38,58 manat faiz, cəmi 812,87 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Azərbaycan Respublikası MM) 385.1ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən ... öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, 007R********** saylı kredit razılaşması üzrə 8510,15 manat əsas, 785,75 manat faiz, 205,94 manat cərimə, cəmi 9501,84 manat, xx.xx.2021-ci il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə 774,29 manat əsas kredit borcu, 38,58 manat faiz, cəmi 812,87 manat, ümumilikdə 10314,70 manat kredit borcu yaranmış, xəbərdarlıq edilməsinə baxmayaraq əsas borclu və zaminlər tərəfindən həmin borcun ödənilməsi təmin olunmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 007A********** saylı kredit müqaviləsi və xx.xx.2022-ci il tarixli, 007R********** saylı kredit razılaşması ləğv edilməli, cavabdehlərdən müştərək qaydada xx.xx.2022-ci il tarixli, 007R********** saylı kredit razılaşması üzrə 8510,15 manat əsas kredit borcu, 785,75 manat faiz, cəmi 9295,9 manat, Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə 774,29 manat əsas kredit borcu, 38,58 manat faiz, cəmi 812,87 manat tutulub iddiaçıya ödənilməlidir. 205,94 manat cərimə borcuna münasibətdə məhkəmə mülki qanunvericiliyin aşağıdakı müddəasını tərəflərin nəzərinə çatdırır. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin cərimə borcunun silinməsinə dair xahişinə münasibətdə bildirir ki, cərimə pulunun (dəbbə) silinməsi mülki qanunvericilikdə nəzərdə tutulmamışdır. Buna baxmayaraq məhkəmə hesab edir ki, iddia tələbinin həmin hissədə qismən, yəni 100 manat məbləğində təmin edilməsi mümkün və ədalətlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi qismən təmin edildiyindən cavabdehlərdən ödənilmiş 120,94 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 007A********** saylı kredit müqaviləsi və xx.xx.2022-ci il tarixli, 007R********** saylı kredit razılaşması ləğv edilsin, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 007R********** saylı kredit razılaşması üzrə 8510,15 manat əsas kredit borcu, 785,75 manat faiz, 100 manat cərimə, cəmi 9395,9 manat, Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə 774,29 manat əsas kredit borcu, 38,58 manat faiz, cəmi 812,87 manat manat kredit borcu və 120,94 (bir yüz iyirmi manat doxsan dörd qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia tələbi 105,94 manat cərimə borcu hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-261/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-261/2023
15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver