Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-264/2024 05.03.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Mən, Oğuz Rayon Məhkəməsinin hakimi X1, Kreditor MMC-nin Borclu qarşı pul tələbinə dair məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim: Kreditor MMC borclu, xx.xx.1998-ci il təvəllüdlü Borclu qarşı xx.xx.2022-ci il tarixli, OGK6201104 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 620 manat əsas borc, müqavilə üzrə hesablanmış 200 manat faiz borcu, 100 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 920 manat pulun alınaraq kreditorun hesabına ödənilməsi tələbinin təmin olunması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə əmrinin verilməsi barədə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, tələb mahiyyətinə görə Kreditor MMC ilə Borclu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, OGK6201104 saylı borc müqaviləsi üzrə yaranmış borcun ödənilməsi olmaqla ərizədə nisyə alqı-satqı müqaviləsinə əsasən 620 manat əsas borc, müqavilə üzrə hesablanmış 200 manat faiz borcunun borcludan tutulması tələbinin təmin edilməsinə dair məhkəmə əmri çıxarılması xahiş edilsə də, ərizəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 1119 saylı maliyyə arayışı ilə borclunun müqaviləyə müvafiq olaraq ödənilməmiş 620 manat əsas (qalıq) borcunun olduğu bildirildiyindən məhkəmə əmrinin verilməsindən imtina edilməli və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa bu halda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin baxılmanın sadələşdirilmiş qaydasının yolverilməzliyinə dair 279cu maddəsinin 2-ci bəndinin 1-ci yarımbəndinə əsasən verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa, 2-ci yarımbəndinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilir. Həmin Məcəllənin 279.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Həmin Məcəllənin 279.4-cü maddəsinə görə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında (hazırki halda kiçik iddia) iddia verməsinə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266, 279-280-ci maddələrini rəhbər tutaraq qərara aldım : Kreditor MMC-nin cavabdeh Borclu qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsindən imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə qaytarılsın. xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən "xxxx" ASC-yə ödənilmiş 100 manat dövlət rüsumu Kreditor MMC-yə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-264/2024
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-264/2024
05.03.2024 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver