Məhkəmə qərarları › İş №e-2(054)-277/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-277/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-277/2023 05.07.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X4 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə 05 iyul 2023-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı (iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (cavabdehlər) qarşı cavabdehlərdən müştərək qaydada 1779,25 manat əsas borcun, 372,22 manat faiz borcunun, cəmi 2151,47 manat borc məbləğinin və dövlət rüsumu kimi ödənilmiş 41,51 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şəki filialı ilə Cavabdeh1 arasında bağlanmış 15 oktyabr 2014-cü il tarixli, 802M saylı kredit müqaviləsinə əsasən heyvandarlığın inkişafı məqsədi ilə ona 24 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 və Cavabdeh3 ilə 15 oktyabr 2014-cü il tarixdə müvafiq olaraq 916Z və 917Z saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin 6.5-ci bəndinə əsasən, borcalan həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq kreditin və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən borcalan Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olsa da müqavilənin şərtlərinə əməl etməmişdir. Borclu xx.xx.2018-ci il tarixə 2900 manat əsas borcdan, 1205 manat isə faiz borcundan ödəniş aparmış, qalan 2100 manat əsas, 373 manat faiz borcunun, cəmi 2473 manat borcun ödənilməsini təmin etmədiyindən məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(054)- 157/2019 saylı qərardadı məhkəmə əmrinin verilməsindən imtina edilmiş, həmin qərardadla iddia icraatı qaydasında məhkəməyə müraciət hüququnun olması izah edilmişdir. Borclu xx.xx.2021-ci il tarixə əvvəlki ödənişlə birgə cəmi 3220,75 manat əsas borcdan, 1205,25 manat isə faiz borcundan ödəniş aparmış, qalan borcun ödənilməsini təmin etməmişdir. 2022ci ilin iyun ayında 1779,25 manat əsas, 372,22 manat faiz borcunun, cəmi 2151,47 manat borcun tutulması üçün cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(054)-304/2022 saylı qərardadı ilə bir sıra sənədlərin iddia ərizəsinə əlavə edilmədiyi əsası ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan şikayət verilməmişdir. Cavabdeh1 xx.xx.2019-cu il tarixdə borcundan sonuncu dəfə 40 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli fərmanının icrası ilə bağlı iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli, 1949 saylı məktubla Cavabdeh1 1779,25 manat vaxtı keçmiş kredit borcunun restrukturizasiyası məqsədilə xx.xx.2019-cu il tarixindən gec olmayaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şəki filialına müraciət etməsi tövsiyə edilmişdir. Həmin məktub xx.xx.2019-cu il tarixdə aidiyyəti üzrə cavabdehə çatdırılsa da o, filiala müraciət etməmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit X2 xx.xx.2020-ci il tarixli qərarı ilə restrukturizasiyanın aparılmasının son müddəti xx.xx.2020-ci il tarix müəyyən edilmiş, bu barədə xx.xx.2020-ci il tarixli, 1453 saylı məktubla yenidən Cavabdeh1 xx.xx.2020-ci il tarixdən gec olmayaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şəki filialına müraciət etməsi tövsiyə edilmiş, bu halda faizlərin silinəcəyi, 1779,25 manat qalıq əsas borcun ödənilməsi üçün illik 1 faiz olmaqla 5 il müddətinə yeni müqavilə bağlanacağı ona bildirilmişdir. Həmin sənəd borcluya xx.xx.2020-ci il tarixdə çatdırılmışdır. Cavabdeh1 yenə də filiala müraciət etməmişdir. Qeyd edilən hallar nəzərə alınmaqla iddia müddəti ötürülməmişdir, yəni iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdən hesablanmaqla 3 illik müddət 2023-cü ilin sonunda bitir. İddianın təmin edilməsini, cavabdehlərdən müştərək qaydada 1779,25 manat əsas borcun, 372,22 manat faiz borcunun, cəmi 2151,47 manat borc məbləğinin və dövlət rüsumu kimi ödənilmiş 41,51 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, həqiqətən iddiaçı ilə onun arasında sözügedən kredit müqaviləsi imzalanmış, ona 24 ay müddətinə ödənilmək şərtilə 5000 manat kredit verilmişdir. İş üzrə digər cavabdehlərlə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2016-cı il müəyyən edilmişdir. Qanunla kredit müqaviləsi üzrə borcun tələb müddəti 3 il müəyyən edilmişdir. Həmin mövqedən yanaşdırda mübahisələndirilən borcun tələbi ilə bağlı iddia müddəti xx.xx.2019-cu ildə bitsə də iddiaçı 2023-cü ildə müraciət etməklə müddəti ötürmüşdür. Bir müddət Tərtərdə işləyib, ona görə restrukturizasiya ilə bağlı göndərilən məktublar müraciət üçün göstərilən müddət keçdikdən sonra ona təqdim olunub, buna görə də banka müraciət etməyib. Sonuncu 40 manat ödənişi 2019-cu ilin fevralında edib. İddia müddətinin tətbiq olunması, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddianı qəbul etməmiş, qeyd edilən borcun onlara aid olmadığını bildirmiş və müddətin ötürüldüyü əsas tutulmaqla iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 802M saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC BOKT Cavabdeh1 heyvandarlıq (iri və xırda buynuzlu) məqsədilə 24 ay müddətinə illik 27 %-lə 5000 AZN məbləğində kredit vermiş, həmin müqavilə üzrə öhdəliklər tərəflərin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 802M saylı kredit müqaviləsinə əlavə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 24 ay müddətinə illik 27 faizlə verilmiş 5000 manat əsas, 1525,63 manat faiz kredit məbləğinin ödənişinin xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay 271,90 manat olmaqla xx.xx.2016-cı il tarixdə başa çatdırılması nəzərdə tutulmuş, tərəflər cədvəli imzalamışlar. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 916Z saylı və 917Z saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2014-cü il tarixli, 802M saylı kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilənədək borcalan ilə birlikdə kredit təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 459, 460 və 461 saylı bildirişlərdən görünür ki, xx.xx.2014-cü il tarixli, 802M saylı kredit müqaviləsi üzrə 2151,47 manat kredit borcunun 10 təqvim günü ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məlumat verilmişdir. Cavabdeh1 kredit borcunun xx.xx.2021-ci il tarixə olan vəziyyəti barədə iş materiallarında olan məlumatdan görünür ki, xx.xx.2014-cü il tarixdə verilmiş 5000 manat kredit borcu üzrə 3220,75 manat əsas borcdan, 1205,25 manat faiz borcundan ödəniş edilmiş, qeyd edilən tarixə borclunun vaxtı keçmiş 1779,25 manat əsas, 372,22 manat faiz borcu olmaqla, cəmi 2151,47 manat iddia məbləği müəyyən edilmişdir. Cavabdeh1 məxsus kredit borcu ilə bağlı iş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, borclu sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 40 manat ödəniş etmişdir. Oğuz Rayon Məhkəməsinin iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 2(054)- 157/2019 saylı qərardadının surətindən görünür ki, kreditor İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulmasına dair məhkəmə əmrinin verilməsi barədə ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. Oğuz Rayon Məhkəməsinin iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, e-2(054)- 304/2022 saylı qərardadının surətindən görünür ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 1949 saylı bildirişin və xəbərnamənin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının icrası ilə bağlı xx.xx.2014-cü il tarixli, 802M saylı kredit müqaviləsi üzrə 1779,25 manat vaxtı keçmiş kredit borcunun restrukturizasiyaı məqsədilə xx.xx.2019-cu il tarixindən gec olmayaraq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şəki filialına müraciət etməsi Cavabdeh1 bildirilmiş, məktub xx.xx.2019-cu il tarixdə Rəhimov İmaməddinə təqdim edilmişdir. İddiaçı QSC Bank Olmayan Kredit X2 iş materiallarına əlavə edilmiş problemli borcu olan fiziki şəxslərin 2012-ci ilin yanvar ayının 1-dən 2019-cuilin fevral ayının 28-dək aldıqları kreditlər üzrə ödənilməmiş, vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi barədə xx.xx.2020-ci il tarixli, 86 saylı qərarının surətindən görünür ki, restrukturizasiyanın aparılmasının son müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 1453 saylı bildirişin və xəbərnamənin surətindən görünür ki, İddiaçı QSC-yə problemli borcu olan fiziki şəxslərin 2012-ci ilin yanvar ayının 1-dən 2019-cu ilin fevral ayının 28-dək aldıqları kreditlər üzrə ödənilməmiş, vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi barədə xx.xx.2020-ci il tarixli, 86 saylı qərarının icrası ilə bağlı xx.xx.2014-cü il tarixli, 802M saylı kredit müqaviləsi üzrə 1779,25 manat vaxtı keçmiş kredit borcunun restrukturizasiyaı məqsədilə xx.xx.2020-ci il tarixindən gec olmayaraq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şəki filialına müraciət etməsi Cavabdeh1 bildirilmiş, məktub xx.xx.2020-ci il tarixdə qonşu İsrafilov Nüsbədə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən ... öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biri olduğundan məhkəmə həmin məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinin tərəflərin diqqətinə çatdırılmasını zəruri hesab edir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, 2000ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir.Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarının məzmunundan göründüyü kimi, yeni və ya əvvəlki Mülki Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinin tətbiq edilməsinin yeganə meyarı hüquq münasibətlərinin yaranması tarixidir. Qərarda həmçinin qeyd edilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyin yoxlanması çətin və qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Beləliklə iş materialları ilə təsdiq edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 802M saylı kredit müqaviləsinə əsasən ona heyvandarlığın inkişafı məqsədilə 24 ay müddətə illik 27 faizlə 5000 manat məbləğində kredit verilmiş, kredit üzrə öhdəliklərin təminatı məqsədilə həmin vaxt digər cavabdehlərlə zaminlik müqavilələri imzalanmışdır. Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olsa da müqavilənin şərtlərinə əməl etməmişdir. Borclu xx.xx.2018-ci il tarixə 2900 manat əsas borcdan, 1205 manat isə faiz borcundan ödəniş aparmış, qalan 2100 manat əsas, 373 manat faiz borcunun, cəmi 2473 manat borcun ödənilməsini təmin etmədiyindən iddiaçı tərəfindən məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(054)-157/2019 saylı qərardadı məhkəmə əmrinin verilməsindən imtina edilmiş, həmin qərardadla iddia icraatı qaydasında məhkəməyə müraciət hüququnun olması izah edilmişdir. Borclu xx.xx.2021-ci il tarixə əvvəlki ödənişlə birgə cəmi 3220,75 manat əsas borcdan, 1205,25 manat isə faiz borcundan ödəniş aparmış, qalan borcun ödənilməsini təmin etməmişdir. İddiaçı 2022-ci ilin iyun ayında 1779,25 manat əsas, 372,22 manat faiz borcunun, cəmi 2151,47 manat borcun tutulması üçün cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(054)-304/2022 saylı qərardadı ilə bir sıra sənədlərin iddia ərizəsinə əlavə edilmədiyi əsası ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışa görə Cavabdeh1 sonuncu dəfə xx.xx.2019-cu il tarixdə borcundan 40 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli fərmanının icrası ilə bağlı iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli, 1949 saylı məktubla Cavabdeh1 1779,25 manat vaxtı keçmiş kredit borcunun restrukturizasiyası məqsədilə xx.xx.2019-cu il tarixindən gec olmayaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şəki filialına müraciət etməsi tövsiyə edilmişdir. Həmin məktub xx.xx.2019-cu il tarixdə aidiyyəti üzrə cavabdehə çatdırılsa da o, filiala müraciət etməmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit X2 xx.xx.2020-ci il tarixli qərarı ilə restrukturizasiyanın aparılmasının son müddəti xx.xx.2020-ci il tarix müəyyən edilmiş, bu barədə xx.xx.2020-ci il tarixli, 1453 saylı məktubla yenidən Cavabdeh1 xx.xx.2020-ci il tarixdən gec olmayaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şəki filialına müraciət etməsi tövsiyə edilmiş, bu halda faizlərin silinəcəyi, 1779,25 manat qalıq əsas borcun ödənilməsi üçün illik 1 faiz olmaqla 5 il müddətinə yeni müqavilə bağlanacağı ona bildirilmişdir. Həmin sənəd ona xx.xx.2020-ci il tarixdə çatdırılmışdır. Cavabdeh1 yenə də filiala müraciət etməmişdir. İddiaçı tərəf hesab edir ki, İdarə Heyətinin xx.xx.2020-ci il tarixli qərarı ilə restrukturizasiyanın aparılmasının son müddəti xx.xx.2020-ci il tarix müəyyən edildiyindən və borclunun həmin müddətədək müraciət etməsi gözlənildiyindən, iddia müddətinin axımı da həmin tarixdən hesablandığından iddiaçı tərəfindən məhkəməyə müraciət üçün müəyyən edilən 3 illik iddia müddəti ötürülməmişdir. Məhkəmə qeyd edilənlərə qiymət verərək bildirir ki, iddia müddətinin hesablanması və tətbiqi Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda sadalanan normaları ilə müəyyən edilir. Həmin normalara əsasən hazırki iş üzrə Cavabdeh1 kredit borcu üzrə ödəniş apardığı sonuncu tarix olan xx.xx.2019-ci il nəzərə alınmaqla iddiaçı 2022-ci ilin 25 fevralınadək olan müddətdə məhkəməyə iddia ərizəsi ilə müraciət etməkdə haqlı olmuşdur. İş materiallarından da görünür ki, cavabdeh restrukturizasiya üçün müəyyən edilmiş xx.xx.2020-ci ilədək olan müddətdə iddiaçıya müraciət etmədiyindən iddiaçı xx.xx.2021-ci il tarixli bildirişlərlə əsas borclu və zaminlərə müraciət edərək kredit bocunun 10 təqvim günü müddətində ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə onlara xəbərdarlıq etmişdir. İddiaçının həmin vaxtdan sonra məhkəməyə müraciət etməsi üçün təxminən 1 ilədək müddəti olsa da, məhkəməyə iddia ərizəsi ilə yalnız 2022-ci ilin iyun ayında müraciət edilmiş, lakin iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarılmışdır. Məhkəmə araşdırma nəticəsində müəyyən edilən halları nəzərə alaraq hesab edir ki, Cavabdeh1 tərəfindən iddia müddətinin tətbiqi haqqında verilmiş ərizəyə əsasən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 41,51 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərdən müştərək qaydada 1779,25 manat əsas borcun, 372,22 manat faiz borcunun, cəmi 2151,47 manat borc məbləğinin və dövlət rüsumu kimi ödənilmiş 41,51 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar