Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-280/2024 15.05.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh-borcalan Cəfərova Qəşəngi Əyyub qızının vərəsəsi Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki işə 15 may 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC (mətndə iddiaçı) cavabdeh-mərhum borcalan Cəfərova Qəşəngi Əyyub qızının vərəsəsi Cavabdeh (mətndə cavabdeh) qarşı ondan nəğd kredit üzrə 1988,07 manat əsas borc, 0,01 manat faiz borcu, cəmi 1988,08 borcun, ödənilmiş 39,88 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 izahat verərək bildirdi ki, "xxxx" ASC-nin Şəki filialı ilə Cəfərova Qəşəngi Əyyub qızı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BPM**********65 saylı kredit müqaviləsinə əsasən ona illik 25 faizlə 60 ay müddətinə 2760 manat məbləğində nəğd kredit verilmişdir. X1 Əyyub qızı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Oğuz rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 427 nömrəli məktubu və ona əlavə edilmiş elektron notariat informasiya sistemindən çıxarışla müəyyən edilmişdir ki, X2 Əyyub qızının qanun üzrə vərəsəsi Cavabdeh adına vərəsəlik işi açılmış, miras əmlak ünvan 1i ünvanında yerləşən 4,9562 ha torpaq sahəsindən ibarətdir. Bankın Şəki filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cəfərova Qəşəngi Əyyub qızının vəfat etdiyi tarixə banka nəğd kredit üzrə ödənilməmiş 1988,07 manat əsas borc, 0,01 manat faiz borcu, cəmi 1988,08 manat borcu qalmışdır. Cavabdeh X2 Əyyub qızından qalmış mirası qəbul etsə də miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişdir. İddiaçı tərəf mübahisənin məhkəmədən kənar qaydada həlli üçün səy göstərsə də, cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Kredit öhdəlikləri qanuna uyğun olaraq borcalan tərəfindən, hazırki halda isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 1146, 1255 və 1306.1-ci maddələrinin tələbləri rəhbər tutulmaqla onun vərəsəsi tərəfindən yerinə yetirliməlidir. X2 Əyyub qızının kredit borcu sığortalanmamış, ümumiyyətlə 2018-ci ilin aprel ayından sonra Bankdan verilən kredit borclarının sığortalanması prosesi dayandırılmış, habelə X2 Əyyub qızının kredit borcu Bank tərəfindən bağışlanılmamışdır. İddia ərizəsi ilə tələb olunan kredit borcu məbləğinin ödənilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, mərhum Qəşəngi Cəfərova həyat yoldaşıdır. Həqiqətən onun adına qeyd edilən kredit götürülmüş, lakin o 2020-ci ildə vəfat etdiyindən kredit borcu tam olaraq ödənilməmişdir. Özü təqaüdçüdür. 366 manat təqüd alır, həmin məbləğdən 120 manat digər kreditin ödənilməsi üçün çıxılır. Borcu qəbul edir, üzərinə düşən vəzifəni yerinə yetirərək tələb olunan borcu ödəyəcəkdir. İddianın qəbul edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, BPM**********65 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Şəki filialı tərəfindən Cəfərova Qəşəngi Əyyub qızına şəxsi istehlak məqsədləri ilə 60 ay müddətinə illik 25 % dərəcəsi ilə 2760 manat məbləğində nəğd kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC-nin Şəki filialı tərəfindən Cəfərova Qəşəngi Əyyub qızına şəxsi istehlak məqsədləri ilə 60 ay müddətinə illik 25 % dərəcəsi ilə verilmiş 2760 manat kredit borcunun (2095,41 manat faiz əlavə olunmaqla) ödənişinin xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 81,1 manat, sonuncu ay 70,51 manat olmaqla xx.xx.2023-cü il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İş materiallarında olan ölüm haqqında AZ-İİ 047680 saylı şəhadətnamənin surətindən görünür ki, Cəfərova Qəşəngi Əyyub qızı xx.xx.2020-ci il tarixdə ölmüş, bu barədə Oğuz rayon Bucaq kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 03 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon Notariat Ofisinin iş materiallarında olan, "xxxx" ASC-nin Zaqatala filialına ünvanlanmış xx.xx.2023-ci il tarixli, 427 saylı məktubundan və ona əlavə edilmiş elektron notariat informasiya sistemindən çıxarışdan görünür ki, X2 Əyyub qızının qanun üzrə vərəsəsi Cavabdeh adına vərəsəlik işi açılmış, miras əmlak Oğuz rayon Bucaq kəndində yerləşən 4,9562 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, PKİD/1116 saylı xəbərdarlıqdan görünür ki, Cəfərova Qəşəngi Əyyub qızının vərəsəsi olan Cavabdeh miras passivinin qaytarılması ilə bağlı xəbərdarlıq edilmiş, kreditlə bağlı öhdəliklər tam yerinə yetirilmədiyi təqdirdə məsuliyyət daşıdığı barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışında öz əksini tapmış cədvəldən görünür ki, Cəfərova Qəşəngi Əyyub qızına xx.xx.2018-ci il tarixdə 60 ay müddətinə, illik 25 faizlə verilmiş 2760 manat nəğd kreditin ödənişi 771,93 manat əsas, 953,10 manat faiz borcu, 2,97 manat cərimə borcu hissəsində həyata keçirilmiş, onun ödənilməmiş borcu 1988,07 manat əsas borc, 0,01 manat faiz borcu, cəmi 1988,08 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. (739-cu maddə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023cü il tarixədək olan redaksiyada verilib.) Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, iş materialları ilə təsdiq edilir ki, xx.xx.2018-ci il tarixli, BPM**********65 saylı kredit müqaviləsinə əsasən Cəfərova Qəşəngi Əyyub qızına 60 ay müddətinə, illik 25 %-lə 2760 manat nəğd kredit verilmiş, Cəfərova Qəşəngi Əyyub qızı xx.xx.2020-ci il tarixdə ölmüş, Cəfərova Qəşəngi Əyyub qızının vəfat etdiyi tarixə banka nəğd kredit üzrə ödənilməmiş 1988,07 manat əsas borc, 0,01 manat faiz borcu, cəmi 1988,08 manat borcu qalmışdır. Cavabdeh onun vərəsəsi olaraq X2 Əyyub qızından qalmış mirası notarial qaydada qəbul etmişdir, lakin ona xəbərdarlıq edilməsinə baxmayaraq mərhumdan qalan kredit borcunu ödəməmişdir, halbuki mülki qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh vərəsə olaraq miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə payına mütənasib surətdə borclu kimi tam ödəməyə borcludur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, nəqd kredit üzrə ödənilməmiş 1988,07 manat əsas borc, 0,01 manat faiz borcu, cəmi 1988,08 manat borc borclu-X2 Əyyub qızının vərəsəsi olan cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən cavabdehdən 39,88 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. X2 Əyyub qızının vərəsəsi-Cavabdeh xx.xx.2018-ci il tarixli, BPM**********65 saylı kredit müqaviləsi üzrə 1988,07 manat əsas borc, 0,01 manat faiz borcu, cəmi 1988,08 (bir min doqquz yüz səksən səkkiz manat səkkiz qəpik) manat borc, 39,88 (otuz doqquz manat səksən səkkiz qəpik) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-280/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-280/2024
15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver