Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-290/2024 06.04.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi X2 iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair işə məhkəmənin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" KB ASC (mətndə iddiaçı) Cavabdeh qarşı (mətndə cavabdeh) iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2906nkSHEK/22 saylı kredit müqaviləsi üzrə 2269,20 manat əsas borc, 531,75 manat faiz borcu, 96,50 manat cərimə olmaqla, cəmi 2897,45 manat borcun və ödənilmiş 49,38 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat”ın müddəalarını əhatə edən 23-1-ci fəslinə uyğun olaraq cavabdehə xx.xx.2024-cü il tarixdə MPM-in 47, 284-1, 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələrinin məzmununu əhatə edən məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə bildirişinin çatdırılmasına dair məlumat məhkəməyə daxil olmamışdır. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək cavabdeh tərəfindən borc tam olaraq ödənildiyinə görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsinin ərizəsini araşdırıb hesab edirəm ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2906nkSHEK/22 saylı kredit müqaviləsi üzrə 2269,20 manat əsas borc, 531,75 manat faiz borcu, 96,50 manat cərimə olmaqla, cəmi 2897,45 manat borcun və ödənilmiş 49,38 manat dövlət rüsumunun cavabdehdən tutulması tələbinə dair iddiadan imtinası qəbul edilsin və mülki işin icraatına xitam verilsin. Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən "xxxx" KB ASC-yə ödənilmiş 49,38 manat dövlət rüsumu iddiaçı "xxxx" KB ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-290/2024
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-290/2024
06.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver