Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-293/2022 02.06.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Oğuz Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək müəyyən e t d i m: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13.10.2021-ci il tarixli 333395-CNS-27823 nömrəli kredit müqaviləsi üzrə 2700,00 manat əsas borc, 370,87 manat faiz borcu, 372,10 manat cərimə - cəmi 3442,97 manat borc, 13.10.2021-ci il tarixli 333395-OVR-16684 nömrəli kredit xətti müqaviləsi üzrə 297,55 manat əsas borc, 44,07 manat faiz borcu, 169,05 manat cərimə - cəmi 511,07 manat borc və məhkəməyə müraciət etmək üçün ödənilmiş 59,54 manat dövlət rüsumu məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin 25.05.2022-ci il tarixli 2 (054) - 280 / 2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-cü maddəsinin tələblərinə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardadda qeyd edilmişdir ki, məhkəməyə təqdim olunmuş iddia ərizəsindən görünür ki, iddia tələbinin əsaslandığı hallara dair sübutların siyahısı, eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə göstərilməsi zəruri olan digər məlumatlar (cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, onun rəsmi qeydə alındığı ünvanı, olduğu halda - iş yerinin ünvanı, elektron poçt ünvanı) tam şəkildə iddia ərizəsində göstərilməmişdir. Bundan əlavə, ərizədə cavabdehin cərimə borcunun 13.10.2021-ci il tarixli 333395-CNS-27823 nömrəli kredit müqaviləsi üzrə 372,10 manat, 13.10.2021-ci il tarixli 333395-OVR-16684 nömrəli kredit xətti müqaviləsi üzrə 169,05 manat təşkil etdiyi qeyd edilsə də, həmin məbləğlərin necə hesablandığı iş materiallarından müəyyən edilmir. Ərizəyə əlavə edilən maliyyə arayışları isə verilmiş tələbi təsdiq etmək üçün yetərli deyildir. Eyni zamanda, iddia tələbinin əsaslandığı hallara dair iddia ərizəsinə əlavə edilmiş sənədlər (xüsusilə də kredit müqavilələri və həmin müqavilələrə əlavə edilən ödəniş cədvəlləri, kreditin verilməsi üçün cavabdehin müraciəti barədə ərizə) oxunması mümkün olmayan şəkildə məhkəməyə təqdim edilmişdir. Belə bir vəziyyətdə verilmiş tələbi təsdiq edən sənədləri oxuyub məzmununu müəyyən etmək mümkünsüz qədər çətindir. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldığından həmin nöqsanın işin icraatı dövründə aradan qaldırılması da mümkün deyildir. Həmin əsaslarla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, eyni zamanda, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra həmin tələb üzrə yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. İddiaçı məhkəmənin həmin qərardadında qeyd olunanlara əməl etməyərək eyni məzmunlu ərizə ilə və həmin sənədlərlə yenidən Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. İş materallarını nəzərdən keçirərək hesab edirəm ki, hazırki ərizə və ona əlavə edilmiş sənədlər də geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1, 284-4.1.3 və 284- 4.1.4-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa; ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Qeyd olunanlara əsasən hazırki tələb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsinə uyğun olmadığından, hazırki ərizənin də qəbul olunmasından imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda, iddiaçıya təkrarən izah edilir ki, iddia ərizəsinin qəbul olunmasından imtina edilməsi qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra həmin tələb üzrə yenidən aidiyyəti üzrə məhkəməyə müraciət edilməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150, 152, 263, 264, 266-268, 284-cü maddələrinin tələblərini rəhbər tutaraq, qərara a l d ı m: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(054)-293/2022
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-293/2022
02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver