Məhkəmə qərarları › İş №e-2(054)-298/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-298/2022

29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-298/2022 29.06.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Оğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli 360-EMB-0244-21 nömrəli kredit müqaviləsi üzrə 1685,70 manat əsas borc, 252,86 manat cərimə, həmçinin, 39,39 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı - cəmi 1978,35 manat borc məbləğinin Cavabdeh tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx.xx.2022-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə izah edilmişdir ki, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. Eyni zamanda, cavabdehə izah edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh bildirişi xx.xx.2022-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin müraciəti əsasında onunla iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 360-EMB-0244-21 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik faiz olmadan 18 ay müddətinə 1896,00 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə kredit borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmiş, onunla iddiaçı arasında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. xx.xx.2021-ci il tarixli 360- EMB-0244-21 nömrəli kredit müqaviləsi üzrə hazırda cavabdehin iddiaçıya 1685,70 manat əsas borcu qalmış, borcun gecikdirilməsinə görə 252,86 manat cərimə hesablanmışdır. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 39,39 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Hazırda cavabdehin xx.xx.2021-ci il tarixli 360-EMB-0244-21 nömrəli kredit müqaviləsi üzrə 1685,70 manat əsas borc, 252,86 manat cərimə - cəmi 593,60 manat borcu qalmışdır. İddiaçı cavabdehdən cəmi 593,60 manat borc, həmçinin, 39,39 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı məbləğlərinin ödənilməsini tələb edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, cavabdehin müraciəti əsasında onunla iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 360-EMB-0244-21 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik faiz olmadan 18 ay müddətinə 1896,00 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə kredit borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli 360-EMB-0244-21 nömrəli kredit müqaviləsi üzrə hazırda cavabdehin iddiaçıya 1685,70 manat əsas borcu qalmış, borcun gecikdirilməsinə görə 252,86 manat cərimə hesablanmışdır. Cavabdeh onunla iddiaçı arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə borcun ödənilməsi tələbi ilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 39,39 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən cəmi 593,60 manat borc, həmçinin, 39,39 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı məbləğlərinin ödənilməsini tələb edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc (kredit) müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən xx.xx.2021-ci il tarixli 360-EMB-0244-21 nömrəli kredit müqaviləsi üzrə 1685,70 manat əsas borc məbləği tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən xx.xx.2021-ci il tarixli 360-EMB-0244-21 nömrəli kredit müqaviləsi üzrə 252,86 manat cərimə məbləği tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 39,39 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 360-EMB-0244-21 nömrəli kredit müqaviləsi üzrə 1685,70 manat əsas borc, 252,86 manat cərimə, 39,39 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı - cəmi 1978 (bir min doqquz yüz yetmiş səkkiz) manat 35 (otuz beş) qəpik tutularaq iddiaçı BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar