Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-30/2024 02.02.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə 02 fevral 2024-cü il tarixdə Oğuz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC (mətndə iddiaçı) Cavabdeh (mətndə cavabdeh) qarşı sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli, BRCB1084239B299 saylı kredit kartı müqaviləsinə əsasən 2028,31 AZN əsas, 395,49 AZN faiz, cəmi 2423,80 AZN borcun və 44,24 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən iddianın qiyməti nəzərə alınmaqla ərizə xx.xx.2023-cü il tarixdə sadələşdirilmiş qaydada baxılması üçün icraata qəbul edilmiş, cavabdehin iddia ərizəsində qeyd edilmiş ünvanına rəsmi qaydada bildiriş göndərilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə borcu qəbul etmədiyini bildirərək işə iddia icraatı qaydasında baxılmasını xahiş etdiyindən xx.xx.2023-cü il tarixli qərardadla işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə məhkəməyə daxil olmuş elektron ərizələri ilə iddia ilə bağlı zəruri hesab edilən bütün sənədlərin mülki işə əlavə edildiyini bildirmiş, bütün məhkəmə iclaslarında işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB1084239B299 saylı kredit kartı müqaviləsinə əsasən ona illik 27 faiz dərəcəsi ilə xx.xx.2026-cı il tarixədək istifadə edilməsi üçün 2030 AZN məbləğində bərpa olunan kredit xətti açılmışdır.Bu müqaviləyə görə Bank Müştəriyə “Birbank Cashback” ödəniş kartı verir, həmin karta bağlı bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpa olunan kredit xətti ayırır, həmin karta bağlı və ya xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açır, müştəri isə kartdan və ya kredit xəttindən istifadə edir, yaranmış borclarını, habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada və bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəyir. Göründüyü kimi kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilir. Kredit müqavilələrinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, banka olan borcunu tam qaytarmamışdır. Bank tərəfindən borcalana dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilsə də, öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. Qeyd olunanlara və mülki qanunvericiliyə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli, BRCB1084239B299 saylı kredit kartı müqaviləsinə əsasən 2028,31 AZN əsas, 395,49 AZN faiz, cəmi 2423,80 AZN borcun və 44,24 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi xahiş olunmuşdur. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, xəstədir, Oğuz MRX-da qeydiyyatdadır. Bankdan alınmış kredit məbləği onun tərəfindən təsdiqlənməyib. Krediti qohumu olan Aygün adlı xanım götürmüşdür. Video-çəkilişi də həmin xanım həyata keçirib, onu aldadıb. Bir gün Aygüngildə qalıb, sonra evə gəlib. Pensiya alır. İddianı qəbul etmir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli, BRCB1084239B299 saylı Birbank Cashback kredit xətti (kart) müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh xx.xx.2026-cı il tarixədək şəxsi istehlak məqsədilə 2030 AZN məbləğində bərpa olunan kredit xətti açmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, 16/44603 saylı bildirişin surətindən görünür ki, götürülmüş kreditlə bağlı öhdəliklərin tam yerinə yetirilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 15/6007 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023cü il tarixə xx.xx.2023-cü il tarixli, BRCB1084239B299 saylı kredit kartı müqaviləsinə əsasən 2028,31 AZN əsas, 395,49 AZN faiz, cəmi 2423,80 AZN borcu vardır. İşdə olan video-diskdən görünür ki, görüntülərdə əks olunan şəxs həqiqətən cavabdeh olub DİN müvafiq proqramı vasitəsilə onun şəxsiyyətinin eyniləşdirilməsi həyata keçirilmişdir. Azərbaycan Respublikası TƏBİB “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin işdə olan xx.xx.2024-cü il tarixli, 18-1-64/1-M-xx-xx/2024 saylı arayışından görünür ki, Cavabdeh xəstəxananın poliklinika şöbəsinin “ruhi-əsəb” kabinetində “F07.0 üzvi mənşəli şəxsiyyət pozğunluğu.Kəskinləşmiş şəxsiyyət və davranış pozğunluğu, tez-tez baş verən qıcolma tutmaları” diaqnozu ilə dispanser qeydiyyatdadır. İşdə olan “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh pensiyası 327,21 AZN-dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə 2030 AZN məbləğində kredit verilmiş, onun iddiaçıya xx.xx.2023-cü il tarixə xx.xx.2023-cü il tarixli, BRCB1084239B299 saylı kredit kartı müqaviləsinə əsasən 2028,31 AZN əsas, 395,49 AZN faiz, cəmi 2423,80 AZN borcu yaranmış, xəbərdarlıq edilsə də, həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir.Məhkəmə cavabdehin özünün xəstə olduğu səbəbi ilə aldadılaraq kreditin onun qohumu olan qadın tərəfindən istifadə edildiyinə dair arqumentini qəbul etmir və bildirir ki, Oğuz Rayon Məhkəməsinin “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə qoşulduğu vaxtdan hal-hazıradək müddət ərzində Cavabdeh fəaliyyət qabiliyyətli olmaması, məhdud fəaliyyət qabiliyyətli olması və ya barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə hər hansı məlumat (qərar) aşkar edilməmişdir.Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaya cavab verməli şəxs cavabdeh olduğundan iddia tələbi də ona münasibətdə təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehdən 44,24 AZN dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, BRCB1084239B299 saylı kredit kartı müqaviləsinə əsasən 2028,31 AZN əsas, 395,49 AZN faiz, cəmi 2423,80 (iki min dörd yüz iyirmi üç manat səksən qəpik) AZN kredit borcu və 44,24 (qırx dörd manat iyirmi dörd qəpik) AZN dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova Azərbaycan Respublikası Samux Rayon Məhkəməsi AZ 5100, Samux şəhəri, Telefon: (022) 275-10-68 Arif Nəbiyev küçəsi 40 Faks: (022) 275-10-68 2(058)-546/2020 21 avqust 2020-ci il Füzuli küçəsi 71 Surəti: X1 Samux rayon, Zazalı ərazi dairəsi, Tatılı kəndi Samux Rayon Məhkəməsinin 2(058)-546/2020 saylı, 21 avqust 2020-ci il tarixli qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: qətnamənin surəti “ ” vərəq. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-30/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-30/2024
02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver