Məhkəmə qərarları › İş №e-2(054)-31/2024

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-31/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-31/2024 16.02.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB ASC (mətndə iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı (mətndə cavabdehlər) iddiaçı ilə X1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1511nkSHEK/14 saylı kredit müqaviləsi üzrə 298,35 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun mərhumun vərəsələri olan cavabdehlərdən tutulması barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat”ın müddəalarını əhatə edən 23-1-ci fəslinə uyğun olaraq cavabdehlərə MPM-in 47, 284-1, 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələrinin məzmununu əhatə edən məhkəmə bildirişi göndərilmiş, Cavabdeh3 xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş etirazına əsasən həmin tarixli qərardadla iş üzrə iddia icraatına keçilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə həmin tarixdə məhkəməyə ərizə ilə müraciət edərək cavabdehlər tərəfindən borc tam olaraq ödənildiyinə görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh3 xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə cavabdehlər tərəfindən banka olan borcun tam ödənildiyini bildirmiş və məhkəmə baxış iclasının iştirakları olmadan keçirilərək işə xitam verilməsini xahiş etmişdir. Ərizəyə "xxxx" KB ASC-nin hesabına xx.xx.2023-cü il tarixdə xx.xx.2014-cü il tarixli, 1511nkSHEK/14 saylı kredit müqaviləsi üzrə ödənilmiş 300 manat vəsaitlə bağlı qəbz əlavə edilmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini araşdırıb hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı "xxxx" KB ASC-nin (mətndə iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı (mətndə cavabdehlər) iddiaçı ilə X1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1511nkSHEK/14 saylı kredit müqaviləsi üzrə 298,35 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun mərhumun vərəsələri olan cavabdehlərdən tutulması tələbinə dair iddiadan imtinası qəbul edilsin və mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar