Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-315/2022 24.08.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli “Kredit xətti” müqaviləsi üzrə 297,55 manat əsas borc, 44,07 manat faiz borcu, 169,05 manat cərimə, xx.xx.2021-ci il tarixli “Nağd pul krediti” müqaviləsi üzrə 2700,00 manat əsas borc, 370,87 manat faiz borcu, 372,10 manat cərimə və 59,54 manat dövlət rüsumu məbləğinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə oğlu məhkəməyə ərizə göndərərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021ci il tarixli “Kredit xətti” müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 25 % dərəcəsi ilə 36 ay müddətinə 300 (üç yüz) manat məbləğində kredit xətti ayrılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Nağd pul krediti” müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 23 % dərəcəsi ilə 24 ay müddətinə 2700 (iki min yeddi yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə istifadə etdiyi kreditə görə əsas borc və faiz borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh “Kredit xətti” və “Nağd pul krediti” müqavilələri üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin ödənişi qaydalarına riayət etməmişdir. Hazırda cavabdehin iddiaçıya xx.xx.2021-ci il tarixli “Kredit xətti” müqaviləsi üzrə 297,55 manat əsas borc, 44,07 manat faiz borcu, 169,05 manat cərimə, xx.xx.2021-ci il tarixli “Nağd pul krediti” müqaviləsi üzrə 2700,00 manat əsas borc, 370,87 manat faiz borcu, 372,10 manat cərimə - cəmi 3954,04 manat borcu vardır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmiş, onunla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlikləri icra etməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda, bank müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə və ya birtərəfli qaydada müqaviləni vaxtından əvvəl ləğv edə bilər. Cavabdeh müqavilələrdən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 59,54 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli “Kredit xətti” müqaviləsi üzrə 297,55 manat əsas borc, 44,07 manat faiz borcu, 169,05 manat cərimə, xx.xx.2021-ci il tarixli “Nağd pul krediti” müqaviləsi üzrə 2700,00 manat əsas borc, 370,87 manat faiz borcu, 372,10 manat cərimə - cəmi 3954,04 manat borc və 59,54 manat dövlət rüsumu məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş kreditin alınması üçün və bank hesabının açılması haqında ərizələr, xx.xx.2021-ci il tarixli “Kredit xətti” müqaviləsi, xx.xx.2021-ci il tarixli “Nağd pul krediti” müqaviləsi, ödəniş cədvəlləri, pretenziya məktubları, xx.xx.2022-ci il tarixli maliyyə arayışları, xx.xx.2022-ci il tarixli mədaxil qəbzi ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Kredit xətti” müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 25 % dərəcəsi ilə 36 ay müddətinə 300 (üç yüz) manat məbləğində kredit xətti ayrılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Nağd pul krediti” müqaviləsinə əsasən isə iddiaçı tərəfindən cavabdehə illik 23 % dərəcəsi ilə 24 ay müddətinə 2700 (iki min yeddi yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin, istifadə etdiyi kreditə görə əsas borc və faiz borcunu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehə müqavilə müddətində kredit borcunun tam şəkildə ödənilməsi qaydası ilə əlaqədar ödəniş cədvəli təqdim edilmişdir. Cavabdeh onunla iddiaçı arasında bağlanmış müqavilələr üzrə üzərinə düşən öhdəliklərini icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi ondan tələb edilmiş, müqavilələr üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə ona xəbərdarlıq edilmiş, əks halda, məhkəməyə müraciət ediləcəyi izah edilmişdir. Hazırda cavabdehin xx.xx.2021-ci il tarixli “Kredit xətti” müqaviləsi üzrə 297,55 manat əsas borc, 44,07 manat faiz borcu, xx.xx.2021-ci il tarixli “Nağd pul krediti” müqaviləsi üzrə 2700,00 manat əsas borc, 370,87 manat faiz borcu vardır. Bundan başqa, borcun gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixli “Kredit xətti” müqaviləsi üzrə 169,05 manat və xx.xx.2021-ci il tarixli “Nağd pul krediti” müqaviləsi üzrə 372,10 manat cərimə hesablanmışdır. Cavabdeh müqavilələrdən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 59,54 manat dövlət rüsumu ödənilmişdir. İşin qeyd edilən halları cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Hazırda iddiaçı xx.xx.2021-ci il tarixli “Kredit xətti” müqaviləsi üzrə 297,55 manat əsas borc, 44,07 manat faiz borcu, 169,05 manat cərimə, xx.xx.2021-ci il tarixli “Nağd pul krediti” müqaviləsi üzrə 2700,00 manat əsas borc, 370,87 manat faiz borcu, 372,10 manat cərimə cəmi 3954,04 manat borc və 59,54 manat dövlət rüsumu məbləğinin tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış müqavilələrə və həmin müqavilələrə əlavə edilmiş digər sənədlərə istinad edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və iddia tələbinə münasibətini bildirməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən - cərimə azaldılmaqla təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Nağd pul krediti” müqaviləsinin 6.1.3-cü maddəsinə əsasən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda, bank müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə və ya birtərəfli qaydada müqaviləni vaxtından əvvəl ləğv edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən xx.xx.2021-ci il tarixli “Kredit xətti” müqaviləsi üzrə 297,55 manat əsas borc, 44,07 manat faiz borcu, xx.xx.2021-ci il tarixli “Nağd pul krediti” müqaviləsi üzrə 2700,00 manat əsas borc və 370,87 manat faiz borcu tutulmasına dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, xx.xx.2021ci il tarixli “Kredit xətti” müqaviləsi üzrə 169,05 manat, xx.xx.2021-ci il tarixli “Nağd pul krediti” müqaviləsi üzrə 372,10 manat cərimə məbləğləri həmin müqavilələrin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da, həmin məbləğlər faiz borcu ilə müqayisədə yüksək məbləğlərdir. Cərimənin miqdarının yüksək olması cavabdehin mülkiyyət maraqlarının qorunması baxımından da məqsədə müvafiq deyildir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehin maddi vəziyyəti nəzərə alınmaqla iddia tələbinin cərimə məbləğləri tutulmasına dair hissələri qismən - xx.xx.2021-ci il tarixli “Kredit xətti” müqaviləsi üzrə 40,00 manat, xx.xx.2021-ci il tarixli “Nağd pul krediti” müqaviləsi üzrə isə 60,00 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddia tələbinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 59,54 manat dövlət rüsumu məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair hissəsi təmin edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2021-ci il tarixli “Kredit xətti” müqaviləsi üzrə 297,55 manat əsas borc, 44,07 manat faiz borcu, 40,00 manat cərimə, xx.xx.2021-ci il tarixli “Nağd pul krediti” müqaviləsi üzrə 2700,00 manat əsas borc, 370,87 manat faiz borcu, 60,00 manat cərimə və məhkəməyə müraciət etmək üçün ödənilmiş 59,54 manat dövlət rüsumu - cəmi 3572 (üç min beş yüz yetmiş iki) manat 03 (üç) qəpik tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(054)-315/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-315/2022
24.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver