Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-325/2022 31.08.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə İddiaçı “FİNCA Azerbaijan” X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı “FİNCA Azerbaijan” X1-Bank Kredit Təşkilatı məhkəməyə müraciət edərək xx.xx.2014cü il tarixli **********0002 nömrəli kredit müqaviləsi üzrə 721,78 ABŞ dolları əsas borc və 32,30 manat dövlət rüsumu məbləğinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********0002 nömrəli kredit müqaviləsinə əsasən ona illik 24 % dərəcəsi ilə 12 ay müddətinə 10.000 ABŞ dolları miqdarında kredit verilmişdir. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəli əsasında Cavabdeh2 müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 11.360 ABŞ dolları əsas borc və faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən Cavabdeh2 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda, Cavabdeh1 onunla birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh2 xx.xx.2014-cü il tarixli **********0002 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya 721,78 ABŞ dolları əsas borcu qalmışdır. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmiş, onlarla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklər icra edilməmişdir. Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 32,30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda xx.xx.2014-cü il tarixli **********0002 nömrəli kredit müqaviləsi üzrə 721,78 ABŞ dolları əsas borc və ödənilmiş 32,30 manat dövlət rüsumu məbləğini müştərək qaydada cavabdehlərdən tələb edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Məhkəmə cavabdehlərin məhkəməyə gəlmədiklərinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehlərin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli **********0002 nömrəli kredit müqaviləsi, həmin kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəli, kassa məxaric orderi, kredit borcunun ödənilməsi ilə əlaqədar 2019-cu il ərzində ayrı-ayrı vaxtlarda iddiaçı təşkilatın əməkdaşları ilə cavabdeh arasında olan danışıqlar üzrə elektron sistemdən çıxarış, xx.xx.2022-ci il tarixli maliyyə arayışı və tərəflər arasında restrukturizasiya müqaviləsi bağlanması üçün cavabdehlərə müraciət edilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli arayış ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixdə iddiaçıdan 12 ay müddətinə illik 24 % olmaqla 10.000 (on min) ABŞ dolları miqdarında kredit götürmüşdür. Cavabdeh2 müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 11.360 ABŞ dolları əsas borc və faiz borcunu ödəməli olması ilə bağlı ödəniş cədvəli təqdim edilmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh2 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda, Cavabdeh1 onunla birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh2 xx.xx.2014-cü il tarixli **********0002 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya 721,78 ABŞ dolları əsas borcu qalmışdır. Cavabdehlərə şifahi və yazılı xəbərdarlıq edilmiş, əks halda, borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi izah edilmişdir. Eyni zamanda, cavabdehlər kredit borcları restrukturizasiya edilməli olan şəxslərin dairəsinə daxil edilmişlər, onlar dəfələrlə restrukturizasiyaya dəvət edilmələrinə baxmayaraq iddiaçı təşkilata müraciət edilmədiyindən restrukturizasiya müqaviləsinin bağlanması mümkün olmamışdır. Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 32,30 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı xx.xx.2014-cü il tarixli **********0002 nömrəli kredit müqaviləsi üzrə 721,78 ABŞ dolları əsas borc və 32,30 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi kredit müqaviləsinin şərtlərinə və həmin müqaviləyə əlavə edilmiş digər sənədlərə istinad edir. Cavabdehlər məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmiş və iddia tələbinə münasibət bildirməmişlər. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və iddiaçının iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc (kredit) müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2014-cü il tarixli **********0002 nömrəli kredit müqaviləsi üzrə 721,78 ABŞ dolları əsas borcun cavabdehlərdən müştərək qaydada tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 439.1-ci maddəsinə görə pul öhdəliyi manatla ifadə olunmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun məhkəmə qətnaməsi haqqında 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndində qeyd edilmişdir ki, alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər qətnamədə Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə hesab edir ki, cavabdehlərdən tutulmalı olan 721,28 ABŞ dolları miqdarında pul məbləğinin qətnamənin icra olunduğu günə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalı olması hazırki qətnamədə göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 32,30 manat dövlət rüsumu məbləği də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2014-cü il tarixli **********0002 nömrəli kredit müqaviləsi üzrə borc məbləği olaraq qətnamənin icra olunduğu günə ABŞ dollarının AR Mərkəzi Bankının Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla 721,28 ABŞ dolları əsas borc və 32,30 manat dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı “FİNCA Azerbaijan” X1-Bank Kredit Təşkilatının hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(054)-325/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-325/2022
31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver