Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-340/2024 17.07.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X10 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh-borcalan Cabbarov Əbülfət Məmmədhənifə oğlunun vərəsəsi Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki işə 17 iyul 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC (mətndə iddiaçı) cavabdeh-mərhum borcalan Cabbarov Əbülfət Məmmədhənifə oğlunun vərəsəsi Cavabdeh (mətndə cavabdeh) qarşı ondan nəğd kredit üzrə 732,43 manat əsas borc, 0 manat faiz borcu, cəmi 732,43 manat borc, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə1 xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş məlumatla xidməti zərurətlə bağlı ezamiyyətdə olduğundan məhkəmə iclasında iştirakının mümkün olmayacağını bildirmiş, işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, "xxxx" ASC-nin “Oğuz” şöbəsi ilə Cabbarov Əbülfət Məmmədhənifə oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********76 saylı kredit müqaviləsinə əsasən ona illik 17 faizlə 24 ay müddətinə 1500 manat məbləğində nəğd kredit verilmişdir. X8 Məmmədhənifə oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Oğuz rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 479 nömrəli məktubu və ona əlavə edilmiş elektron notariat informasiya sistemindən çıxarışla mərhum Cabbarov Əbülfət Məmmədhənifə oğlunun qanun üzrə vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Bankın Şəki filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cabbarov Əbülfət Məmmədhənifə oğlunun banka nəğd kredit üzrə ödənilməmiş 732,43 manat əsas borc, 0 manat faiz borcu, cəmi 732,43 manat borcu qalmışdır. Cavabdeh mərhum Cabbarov Əbülfət Məmmədhənifə oğlundan qalmış mirası qəbul etsə də miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişdir. İddiaçı tərəf mübahisənin məhkəmədən kənar qaydada həlli üçün səy göstərsə də, cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Kredit öhdəlikləri qanuna uyğun olaraq borcalan tərəfindən, hazırki halda isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 1146, 1255 və 1306.1-ci maddələrinin tələbləri rəhbər tutulmaqla onun vərəsəsi tərəfindən yerinə yetirliməlidir. İddia ərizəsi ilə tələb olunan kredit borcu məbləğinin ödənilməsi xahiş edlmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş məlumatla bildirmişdir ki, mərhum Cabbarov Əbülfət Məmmədhənifə oğlunun kredit borcu sığortalanmamış, habelə mərhumun ölümündən sonra qalıq borc məbləği hər hansı sığorta şirkəti tərəfindən ödənilməmişduir. Məhkəmə iclaslarında cavabdeh X5 izahat verərək bildirmişdir ki, Cabbarov Əbülfət Məmmədhənifə oğlu onun əri olub, onkoloji xəstəlik səbəbli 2021-ci ildə vəfat etmişdir. Həmin vaxt belə güman etmişdir ki, əri təqaüdçü olduğundan dövlət tərəindən qalıq borc bağışlanacaq. Ərinin adına ev yoxdur. Hazırda yaşadığı ev ona atasından qalıb. Torpaq islahatı zamanı bütün ailəyə, yəni ona, ərinə və üç qızına 0,28 ha həyətyanı, həmçinin digər iki şəxsə (7 nəfər) 2,308 ha pay torpağı verilib. Bir qızı da bu yaxınlarda onkoloji xəstəlik səbəbli vəfat edib. Buna görə hazırda tələb olunan kredit borcunu birdəfəyə ödəməyə maddi imkanı yoxdur. Borcun təqaüdü vasitəsilə ödənilməsinə etiraz etmir. Qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, BPM**********76 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Oğuz şöbəsi tərəfindən Cabbarov Əbülfət Məmmədhənifə oğluna şəxsi istehlak məqsədləri ilə 24 ay müddətinə illik 17 % dərəcəsi ilə 1500 manat məbləğində nəğd kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC-nin Oğuz şöbəsi tərəfindən Cabbarov Əbülfət Məmmədhənifə oğluna şəxsi istehlak məqsədləri ilə 24 ay müddətinə illik 17 % dərəcəsi ilə verilmiş 1500 manat kredit borcunun (279,74 manat faiz əlavə olunmaqla) ödənişinin xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 74,20 manat, sonuncu ay 73,14 manat olmaqla xx.xx.2021-ci il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İş materiallarında olan ölüm haqqında AZ-İİ 146663 saylı şəhadətnamənin surətindən görünür ki, Cabbarov Əbülfət Məmmədhənifə oğlu xx.xx.2021-ci il tarixdə ölmüş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 08 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon Notariat Ofisinin iş materiallarında olan, "xxxx" ASC-nin Zaqatala filialına ünvanlanmış xx.xx.2023-ci il tarixli, 479 saylı məktubundan və ona əlavə edilmiş elektron notariat informasiya sistemindən çıxarışdan görünür ki, mərhum Cabbarov Əbülfət Məmmədhənifə oğlunun qanun üzrə vərəsəsi Cavabdehdır. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 017F (********) saylı şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 65 saylı qərarı ilə Cavabdeh, Cabbarov Əbülfət Məmmədhənifə oğluna, X1, X2 və X3 0,28 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Oğuz rayon Bayan kəndində yerləşən 2,308 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cabbarov Əbülfət Məmmədhənifə oğlu da daxil olmaqla ümumi birgə mülkiyyət hüququ ilə 7 nəfər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində 159 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, PKİD/1263 saylı xəbərdarlıqdan görünür ki, Cabbarov Əbülfət Məmmədhənifə oğlunun vərəsəsi olan Cavabdeh miras passivinin qaytarılması ilə xəbərdarlıq edilmiş, kreditlə bağlı öhdəliklər tam yerinə yetirilmədiyi təqdirdə məsuliyyət daşıdığı barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışında öz əksini tapmış cədvəldən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə 24 ay müddətinə, illik 17 faizlə verilmiş 1500 manat nəğd kreditin ödənişi 767,57 manat əsas, 209,24 manat faiz borcu hissəsində həyata keçirilmiş, onun ödənilməmiş əsas borcu 732,43 manat, faiz borcu 0 manat, cəmi borcu 732,43 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. (739-cu maddə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixədək olan redaksiyada verilib.) Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, iş materialları ilə təsdiq edilir ki, xx.xx.2019-cu il tarixli, BPM**********76 saylı kredit müqaviləsinə əsasən Cabbarov Əbülfət Məmmədhənifə oğluna 24 ay müddətinə, illik 17 %-lə 1500 manat nəğd kredit verilmiş, Cabbarov Əbülfət Məmmədhənifə oğlu xx.xx.2021-ci il tarixdə ölmüş, Cabbarov Əbülfət Məmmədhənifə oğlunun vəfat etdiyi tarixə banka nəğd kredit üzrə ödənilməmiş 732,43 manat əsas borc, 0 manat faiz borcu, cəmi 732,43 manat borcu qalmışdır. Cavabdeh onun vərəsəsi olaraq mərhum Cabbarov Əbülfət Məmmədhənifə oğlundan qalmış mirası qəbul etmişdir, lakin ona xəbərdarlıq edilməsinə baxmayaraq mərhumdan qalan kredit borcunu ödəməmişdir, halbuki mülki qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh vərəsə olaraq miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə payına mütənasib surətdə borclu kimi tam ödəməyə borcludur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, nəqd kredit üzrə ödənilməmiş 732,43 manat əsas borc, 0 manat faiz borcu, cəmi 732,43 manat borc X8 Məmmədhənifə oğlunun vərəsəsi olan cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehdən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, BPM**********76 saylı kredit müqaviləsi üzrə 732,43 manat əsas borc, 0 manat faiz borcu, cəmi 732,43 (yeddi yüz otuz iki manat qırx üç qəpik) manat borc, 30 (otuz) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-340/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-340/2024
17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver