Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-341/2024 03.07.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X5 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh3 iştirakı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər-borcalan Atakişiyeva Gültəkin Həbibilla qızının vərəsələri Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki işə 03 iyul 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC (mətndə iddiaçı) cavabdehlər-mərhum borcalan Atakişiyeva Gültəkin Həbibilla qızının vərəsələri Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 (mətndə cavabdehlər) qarşı cavabdehlərdən nəğd kredit üzrə 1534,59 manat əsas borc, 5,12 manat faiz borcu, cəmi 1539,71 manat borc, ödənilmiş 35,40 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirdi ki, "xxxx" ASCnin Oğuz şöbəsi ilə Atakişiyeva Gültəkin Həbibilla qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********76 saylı kredit müqaviləsinə əsasən ona illik 20 faizlə 30 ay müddətinə 2000 manat məbləğində nəğd kredit verilmişdir. X3 Həbibilla qızı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Şəki Regional ”ASAN xidmət” mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 4983 nömrəli məktubu və ona əlavə edilmiş elektron notariat informasiya sistemindən çıxarışla müəyyən edilmişdir ki, X4 Həbibilla qızının qanun üzrə vərəsələri Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4dır. Bankın Şəki filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Atakişiyeva Gültəkin Həbibilla qızının banka nəğd kredit üzrə ödənilməmiş 1534,59 manat əsas borc, 5,12 manat faiz borcu, cəmi 1539,71 manat borcu qalmışdır. Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 X4 Həbibilla qızından qalmış mirası qəbul etsələr də, miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişlər. İddiaçı tərəf mübahisənin məhkəmədən kənar qaydada həlli üçün səy göstərsə də, cavabdehlər öz öhdəliklərini yerinə yetirməmişdir. Kredit öhdəlikləri qanuna uyğun olaraq borcalan tərəfindən, hazırki halda isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 1146, 1255 və 1306.1-ci maddələrinin tələbləri rəhbər tutulmaqla onun vərəsələri tərəfindən yerinə yetirliməlidir. X4 Həbibilla qızının kredit borcu sığortalanmamış, habelə X4 Həbibilla qızının kredit borcu Bank tərəfindən bağışlanılmamışdır. İddia ərizəsi ilə tələb olunan kredit borcu məbləğinin ödənilməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında izahat verərək bildirdi ki, mərhum Gültəkin Atakişiyeva onun həyat yoldaşı olub. O, xx.xx.2020-ci il tarixdə bankdan 2000 manat kredit götürsə də xx.xx.2020-ci ildə vəfat etdiyindən krediti ödəyə bilməyib. Sonradan maddi imkanlaı olmadığından kredit ödənilməyib. Bundan əlavə onlara kredit borcunun sığorta tərəfindən ödəniləcəyi bildirilib. Kredit verilərkən 20 manat komissiya haqqı tutulub. 1980 manat pul nəğd verilib. Mərhumun 37 sot torpaq sahəsindən ibarət miras payı olub. Vərəsəlik açılıb, torpağı sənədləşdiriblər. Sığorta olunmayıbsa krediti ödəyəcəklər, yəni digər cavabdehlər övladlarıdır. Kredit məbləğinə də etirazı yoxdur. O özü təqaüdündən ayda 30-40 manat olmaqla ödəniş edə bilər. Qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, BPM**********76 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Oğuz şöbəsi tərəfindən Atakişiyeva Gültəkin Həbibilla qızına şəxsi istehlak məqsədləri ilə 30 ay müddətinə illik 20 % dərəcəsi ilə 2000 manat məbləğində nəğd kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC-nin Oğuz şöbəsi tərəfindən Atakişiyeva Gültəkin Həbibilla qızına şəxsi istehlak məqsədləri ilə 30 ay müddətinə illik 20 % dərəcəsi ilə verilmiş 2000 manat kredit borcunun (557,43 manat faiz əlavə olunmaqla) ödənişinin xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 85,30 manat, sonuncu ay 83,73 manat olmaqla xx.xx.2022-ci il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İş materiallarında olan ölüm haqqında AZ-İİ 932981 saylı şəhadətnamənin surətindən görünür ki, Atakişiyeva Gültəkin Həbibilla qızı xx.xx.2020-ci il tarixdə ölmüş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 39 nömrə ilə qeyd edilmişdir. Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin iş materiallarında olan, "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-ci il tarixli, 4983 saylı məktubundan görünür ki, X4 Həbibilla qızının qanun üzrə vərəsələri Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4dır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, PKİD/1275 saylı xəbərdarlıqdan görünür ki, Atakişiyeva Gültəkin Həbibilla qızının vərəsəsi olan cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 miras passivinin qaytarılması ilə xəbərdarlıq edilmiş, kreditlə bağlı öhdəliklər tam yerinə yetirilmədiyi təqdirdə yaranacaq məsuliyyət barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışında öz əksini tapmış cədvəldən görünür ki, Atakişiyeva Gültəkin Həbibilla qızına xx.xx.2020-ci il tarixdə 30 ay müddətinə, illik 20 faizlə verilmiş 2000 manat nəğd kreditin ödənişi 465,41 manat əsas, 90,37 manat faiz borcu hissəsində həyata keçirilmiş, onun ödənilməmiş əsas borcu 1534,59 manat, faiz borcu 5,12 manat, cəmi borcu 1539,71 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. (739-cu maddə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixədək olan redaksiyada verilib.) Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, iş materialları ilə təsdiq edilir ki, xx.xx.2020-ci il tarixli, BPM**********76 saylı kredit müqaviləsinə əsasən Atakişiyeva Gültəkin Həbibilla qızına 30 ay müddətinə, illik 20 %-lə 2000 manat nəğd kredit verilmiş, Atakişiyeva Gültəkin Həbibilla qızı xx.xx.2020-ci il tarixdə ölmüş, Atakişiyeva Gültəkin Həbibilla qızının vəfat etdiyi tarixə banka nəğd kredit üzrə ödənilməmiş 1534,59 manat əsas borc, 5,12 manat faiz borcu, cəmi 1539,71 manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 onun vərəsəsi olaraq mərhum X1 qalmış mirası notarial qaydada qəbul etmişdir, lakin xəbərdarlıq edilməsinə baxmayaraq mərhumdan qalan kredit borcunu ödəməmişlər, halbuki mülki qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlər vərəsə olaraq miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə payına mütənasib surətdə borclu kimi tam ödəməyə borcludurlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, nəqd kredit üzrə ödənilməmiş 1534,59 manat əsas borc, 5,12 manat faiz borcu, cəmi 1539,71 manat borc X3 Həbibilla qızının vərəsəsi olan cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehlərdən 35,4 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 xx.xx.2020-ci il tarixli, BPM**********76 saylı kredit müqaviləsi üzrə 1534,59 manat əsas borc, 5,12 manat faiz borcu, cəmi 1539,71 (bir min beş yüz otuz doqquz manat yetmiş bir qəpik) manat borc, 35,40 (otuz beş manat qırx qəpik) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-341/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-341/2024
03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver