Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-358/2022 08.08.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Оğuz Rayon Məhkəməsinin hakimi Nümayəndə2 sədrliyi, X1 kаtibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı BOKT "xxxx" MMC sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 345,95 manat əsas borc, 72,54 manat faiz borcu, 148,94 manat cərimə borcu və 26,09 manat əldən çıxmış fayda - cəmi 593,52 manat borc və 30,00 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx.xx.2022-ci il tarixdə cavabdehlərə rəsmi qaydada göndərilməklə izah edilmişdir ki, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. Eyni zamanda, cavabdehlərə izah edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdehlər xx.xx.2022-ci il tarixdə bildirişi almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazlarını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişlər. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müraciəti əsasında onlarla iddiaçı arasında xx.xx.2019-cu il tarixli “Birgə Borcluluq” müqaviləsi bağlanmışdır. Birgə borcluların vəkil edilmiş nümayəndəsi Cavabdeh2 ilə bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 18 ay müddətinə illik 30 % olmaqla 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Kredit borcunun ödənilməsinin təminatı olaraq Cavabdeh3 ilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit və zaminlik müqavilələrinin şərtlərinə görə müqavilələrdən irəli gələn öhdəliklərə görə cavabdehlər müştərək məsuliyyət daşıyırlar. Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmiş, tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Cavabdeh2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə hazırda iddiaçıya 345,95 manat əsas borc, 72,54 manat faiz borcu, 148,94 manat cərimə borcu və 26,09 manat əldən çıxmış fayda - cəmi 593,52 manat borcu qalmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmiş, iddiaçı tərəfindən 30,00 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı 593,52 manat borc, 30,00 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə iddiaçı arasında xx.xx.2019-cu il tarixli “Birgə Borcluluq” müqaviləsi bağlanmışdır. Birgə borcluların vəkil edilmiş nümayəndəsi Cavabdeh2 ilə bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 18 ay müddətinə illik 30 % olmaqla 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Kredit borcunun ödənilməsinin təminatı olaraq Cavabdeh3 ilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər onlarla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklərini lazımi qaydada icra etmədiklərinə görə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 30,00 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cavabdehlərdən cəmi 593,52 manat borc və 30,00 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. Cavabdehlər iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc (kredit) müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 345,95 manat əsas borc, 72,54 manat faiz borcu, 148,94 manat cərimə borcu və 26,09 manat əldən çıxmış fayda - cəmi 593,52 manat borc, həmçinin, 30,00 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasına dair iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 345,95 manat əsas borc, 72,54 manat faiz borcu, 148,94 manat cərimə borcu, 26,09 manat əldən çıxmış fayda və 30,00 manat dövlət rüsumu - cəmi 623 (altı yüz iyirmi üç) manat 52 (əlli iki) qəpik müştərək qaydada tutularaq iddiaçı BOKT "xxxx" MMC-nin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Nümayəndə2
Məhkəmə qərarları › İş №e-2(054)-358/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-358/2022
08.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver