Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-376/2023 24.07.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə 24 iyul 2023-cü il tarixdə Oğuz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC (mətndə iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (mətndə cavabdehlər) qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli, **********01944184 saylı kredit kartı müqaviləsinə əsasən 3123,83 AZN əsas, 240,86 AZN faiz, cəmi 3364,69 AZN borcun və 53,65 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat”ın müddəalarını əhatə edən 23-1-ci fəslinə uyğun olaraq cavabdehlərə MPM-in 47, 284-1, 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələrinin məzmununu əhatə edən məhkəmə bildirişi göndərilmiş, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsinə əsasən xx.xx.2023-cü il tarixli qərardadla iş üzrə iddia icraatına keçilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə1 xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə məhkəməyə daxil olmuş elektron ərizəsi ilə iddia ilə bağlı zəruri hesab edilən bütün sənədlərin mülki işə əlavə edildiyini bildirmiş, bütün məhkəmə iclaslarında işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə işlə əlaqədar məhkəmə iclasında iştirakının mümkün olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********01944184 saylı kredit kartı müqaviləsinə əsasən ona xx.xx.2022-ci il tarixədək istifadə edilməsi üçün bərpa olunan kredit xətti açılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün Cavabdeh2 ilə həmin tarixdə Z- **********01944184 saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqavilələrinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, banka olan borcunu tam qaytarmamışdır.Bank tərəfindən borcalana dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilsə də, öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. Qeyd olunanlara və mülki qanunvericiliyə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli, **********01944184 saylı kredit kartı müqaviləsinə əsasən 3123,83 AZN əsas, 240,86 AZN faiz, cəmi 3364,69 AZN borcun və 53,65 manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçıASC-yə ödənilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə2 izahat verərək bildirdi ki, cavabdeh oğludur. Hərbiçi işləyir. Elvinin xx.xx.2019-cu il tarixdə İddiaçı ASC ilə bağladığı “Birkart” müqaviləsinə əsasən ona xx.xx.2022-ci il tarixədək olan müddətdə 300 AZN kredit xətti açılmışdır. Kredit götürdükdən sonra onun xəstəliyi səbəbli oğlunun maddi vəziyyəti pisləşmişdir. Elvin iddia ərizəsi ilə tələb edilən kredit məbləğini qəbul edir, lakin borcunu birdəfəyə ödəmək imkanı yoxdur, mümkün olan tez zamanda hissələrlə ödənilməsini təmin edəcək. Bundan əlavə cavabdeh kimi dəvət edilmiş Cavabdeh2 hər hansı məbləğin tutulmasını istəmirlər, çünki borc Elvinindir və o özü də borcun ödənilməsini təmin edəcək. Qanunauyğun qərar çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə hazırlıq iclasında izahat verərək bildirmişdir ki, həqiqətən xx.xx.2019-cu ildə Cavabdeh1 iddiaçı ilə bağladığı kredit kartı müqaviləsi üzrə zaminlik müqaviləsini imzalamışdır. Bunu yoldaşlıq məqsədilə etmişdir, tələb olunan məbləğdən istifadə etməyib, ödəmək də onun borcu deyil. Cavabdeh1 hərbiçi işləyir və 2000 manat əmək haqqı alır. Borcunu ödəməyə gücü çatır. Cavabdehin nümayəndəsi olan atası Nümayəndə2 oğlunun borcunun ödənilməsi zamanı ondan heç bir məbləğin tutulmayacağına dair verdiyi sözü qəbul edir və ona inanır.Qeyd etdiklərinin nəzərə alınmasını və qanunauyğun qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan xx.xx.2019-cu il tarixli, **********01944184 saylı kredit kartına dair müqavilədən görünür ki, İddiaçı ASC Cavabdeh1 xx.xx.2022-ci il tarixədək 300 AZN məbləğində bərpa olunan kredit xətti açmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli, Z-**********01944184 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borcalanın bank qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli, 16/5204 saylı bildirişin surətindən görünür ki, götürülmüş kreditlə bağlı öhdəliklərin tam yerinə yetirilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 15/2689 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçıya xx.xx.2023-cü il tarixə xx.xx.2019-cu il tarixli, **********01944184 saylı kredit kartı müqaviləsinə əsasən 3123,83 AZN əsas, 240,86 AZN faiz, cəmi 3364,69 AZN borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 və Cavabdeh2 iddiaçıya xx.xx.2023-cü il tarixə xx.xx.2019-cu il tarixli, **********01944184 saylı kredit kartı müqaviləsinə əsasən 3123,83 AZN əsas, 240,86 AZN faiz, cəmi 3364,69 AZN borcu yaranmış, xəbərdarlıq edilsə də, həmin borcun ödənilməsi cavabdehlər tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehlərdən 53,65 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli, **********01944184 saylı kredit kartı müqaviləsinə əsasən 3123,83 AZN əsas, 240,86 AZN faiz, cəmi 3364,69 AZN (üç min üç yüz altmış dörd manat altmış doqquz qəpik) AZN və 53,65 (əlli üç manat altmış beş qəpik) manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-376/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-376/2023
24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver