Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-380/2022 26.09.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək iddiaçı ilə X3 Fərman oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********86 nömrəli kredit müqaviləsi üzrə 1553,46 manat əsas borc, 35,54 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı məbləğinin X3 Fərman oğlunun vərəsələri Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Həmidov Fərrux Fərman oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********86 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Həmidov Fərrux Fərman oğluna istehlak məqsədi ilə 60 ay müddətinə illik 24 % dərəcəsi ilə 2200 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəli əsasında Həmidov Fərrux Fərman oğlu müqavilə ilə müəyyən edilmiş müddətdə 3796,75 manat əsas borc və faiz borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Həmidov Fərrux Fərman oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Həmidov Fərrux Fərman oğlunun vəfatından sonra onun arvadı və uşaqları - hazırki iş üzrə cavabdehlər X3 Fərman oğlundan qalan miras əmlakı qanun üzrə vərəsələr kimi qəbul etmişlər. xx.xx.2019-cu il tarixli BPM**********86 nömrəli kredit müqaviləsi üzrə aylıq ödənişlər gecikdirilmişdir. Hazırda həmin kredit müqaviləsi üzrə iddiaçıya 1553,46 manat əsas borcu qalmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər tam şəkildə icra edilmədiyinə görə iddiaçının X3 Fərman oğlunun vərəsəsinə qarşı tələb irəli sürmək hüququ yaranmışdır. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq onlar kredit müqaviləsi üzrə borcun ödənilməsini təmin etməmiş, X3 Fərman oğlu ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişlər. Kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 35,54 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. İddiaçı hazırda 1553,46 manat əsas borc, 35,54 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı məbləğinin cavabdehlərdən birgə qaydada tutulmasını tələb edir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə ərizə göndərərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclaslarının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. Cavabdeh1 məhkəmə baxış iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə hazırlıq iclasında izahat verərək göstərmişdir ki, Həmidov Fərrux Fərman oğlu onun atası olmuşdur. Həmidov Fərrux Fərman oğlu ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Həmidov Fərrux Fərman oğluna 2200 manat məbləğində kredit verilmişdir. X4 Fərman oğlu kredit müqaviləsi bağlanandan cəmi bir neçə ay sonra xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra kredit müqaviləsi üzrə aylıq ödənişlərdə gecikmələr olmuşdur. Atası və onun ailə üzvlərinin birgə mülkiyyətində torpaq sahəsi olmuş, atasının vəfatından sonra o və digər cavabdehlər ondan qalan miras əmlakı qanun üzrə vərəsələr kimi qəbul etmişlər. Bundan sonra onlar birgə mülkiyyətdə olan torpaq sahəsini rəsmi alqı-satqı müqaviləsinə əsasən digər şəxsə satmışlar. O, bacısı X1 etibarnamə vermiş və alqı-satqı müqaviləsinə də onun əvəzinə bacısı imza etmişdir. Torpaq sahəsinin satılmasına görə bacısı ona 500 manat pul vermişdir. Mərhum atasının kredit borcu üzrə 1553,46 manat əsas borc hissə-hissə ödəniləcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının həmin cavabdehlərin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli BPM**********86 nömrəli kredit müqaviləsi, həmin kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəli, xx.xx.2019-cu il tarixli məxaric orderi, xx.xx.2019-cu il tarixli AZ-İİ 047626 nömrəli ölüm haqqında şəhadətnamə, Oğuz rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 570 nömrəli sorğuya cavab məktubu, xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi və ona əlavə edilmiş sənədlər, xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu, xx.xx.2022-ci il tarixli maliyyə arayışı və xx.xx.2022-ci il tarixli mədaxil qəbzi ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, iddiaçı ilə Həmidov Fərrux Fərman oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********86 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Həmidov Fərrux Fərman oğluna istehlak məqsədi ilə 60 ay müddətinə illik 24 % dərəcəsi ilə 2200 manat məbləğində kredit verilmişdir. Həmidov Fərrux Fərman oğluna müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 3796,75 manat əsas borc və faiz borcunu ödəməli olması ilə bağlı ödəniş cədvəli təqdim edilmişdir. Həmidov Fərrux Fərman oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Həmidov Fərrux Fərman oğlunun vəfatından sonra onun arvadı və uşaqları - hazırki iş üzrə cavabdehlər X3 Fərman oğlundan qalan miras əmlakı qanun üzrə vərəsələr kimi qəbul etmişlər. Miras əmlak X3 Fərman oğlunun vərəsələri - hazırki iş üzrə cavabdehlər tərəfindən xx.xx.2021-ci il tarixdə satılmışdır. xx.xx.2019-cu il tarixli BPM**********86 nömrəli kredit müqaviləsi üzrə aylıq ödənişlər gecikdirilmiş, hazırda həmin kredit müqaviləsi üzrə iddiaçıya 1553,46 manat əsas borcu qalmışdır. xx.xx.2019-cu il tarixli BPM**********86 nömrəli kredit müqaviləsi üzrə öhdəliklər tam şəkildə icra edilmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 35,54 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. İddiaçı hazırda 1553,46 manat əsas borc, 35,54 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı məbləğinin cavabdehlərdən birgə qaydada tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi kredit müqaviləsi və ona əlavə edilmiş sənədlərə, həmçinin, Oğuz rayon Notariat Ofisinin sorğuya cavab məktubuna, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə, miras əmlaka dair alqı-satqı müqaviləsinə istinad edir. Cavabdeh1 1553,46 manat əsas borcun hissə-hissə ödəniləcəyini bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Digər cavabdehlər məhkəməyə gəlməmiş və iddia tələbinə hər hansı etiraz bildirməmişlər. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən əgər borclulardan birinin ödəniş qabiliyyəti olmazsa, ona düşən pay ödəniş qabiliyyətli bütün digər borclular arasında mütənasib surətdə bölüşdürülür. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, Həmidov Fərrux Fərman oğlu vəfat etdikdən sonra xx.xx.2019-cu il tarixli BPM**********86 nömrəli kredit müqaviləsi üzrə onunla iddiaçı arasında mövcud olmuş hüquq münasibətləri hüquq varisliyinə yol verir. İş materiallarından da görünür ki, Həmidov Fərrux Fərman oğlunun vəfatından sonra ondan qalan miras əmlakı onun arvadı və uşaqları - hazırki iş üzrə cavabdehlər qəbul etmişlər. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli BPM**********86 nömrəli kredit müqaviləsi üzrə Həmidov Fərrux Fərman oğlunun iddiaçının qarşısında mövcud olmuş öhdəliklərinə görə onun vəfatından sonra həmin öhdəliklərin icrası vəzifəsi hazırki iş üzrə cavabdehlərin üzərinə düşür. İddiaçı ilə X3 Fərman oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********86 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərin mülki məsuliyyətinin həddləri ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan alqı-satqı müqaviləsindən görünür ki, X3 Fərman oğlundan miras qalan torpaq sahəsinin də daxil olduğu cəmi 3,8828 hektar torpaq sahəsində X3 Fərman oğlunun 2/6 hissə, digər mülkiyyətçilərin, yəni hazırki iş üzrə cavabdehlərin hər birinin isə 1/6 hissədən ibarət payları olmuşdur. Qeyd olunan torpaq sahəsi ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi olmaqla, həmin torpaq sahəsi ümumilikdə 5000 manata satılmışdır. Belə olan halda, X3 Fərman oğlundan miras qalan torpaq sahəsinin ölçüsü 1,29426 hektar, dəyəri isə 1666,66 manat, digər mülkiyyətçilərin, yəni hazırki iş üzrə cavabdehlərin hər birinin miras əmlakdan əldə etdikləri gəlirin miqdarı isə 416,66 manat miqdarında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İş materiallarından görünür ki, ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində X3 Fərman oğluna məxsus olmuş və ondan miras qalan torpaq sahəsindən əldə olunan vəsait cəmi 1666,66 manat miqdarında müəyyən edilməklə, bu məbləğ hazırda cavabdehlərdən tələb olunan məbləğdən daha artıqdır. Yəni, X3 Fərman oğlundan qalan miras aktivi onun miras passivindən çoxdur. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehlər miras qoyanın, yəni X3 Fərman oğlunun borclarına görə tam həcmdə məsuliyyət daşıyırlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Həmidov Fərrux Fərman oğlu ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********86 saylı kredit müqaviləsi üzrə öhdəliklərə görə hazırki iş üzrə cavabdehlər bilavasitə maddi məsuliyyət daşıdıqları üçün həmin kredit müqaviləsi üzrə 1553,46 manat əsas borc da bilavasitə cavabdehlərdən birgə borclu kimi tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 35,54 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı məbləği də cavabdehlərdən birgə borclu kimi tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. X3 Fərman oğlu ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********86 nömrəli kredit müqaviləsi üzrə iddiaçının xeyrinə 1553,46 manat əsas borc, 35,54 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı - cəmi 1589 manat cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 birgə qaydada tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(054)-380/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-380/2022
26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver