Məhkəmə qərarları › İş №e-2(054)-382/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-382/2025

24.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-382/2025 24.07.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 12170,16 manat pulun və ödədiyi dövlət rüsumu məbləğinin alınaraq Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, Oğuz rayon məhkəməsinə, Cavabdeh və X10 qarşı, iddia ərizəsi ilə müraciət edərək məhkəmədən, cavabdehlərdən xx.xx.1998-ci il tarixdə vəfat etmiş əri X4 ona və övladına miras qalmış, Oğuz şəhəri, 20 Yanvar küçəsi, 12 ünvanında yerləşən evin hazırda mümkün bazar qiyməti olaraq dəyərləndirilən 100000 (bir yüz min) manatın, notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsində qeyd edilmiş məbləğin, yəni 18000000 manatın hazırki manata məzənnəsi olan 3000 manatın qanunsuz saxlanılmaqla ödənilmədiyi müddətə görə illik 5 faiz dərəcəsi ilə 21 ilə hesablanan 3300 manat məbləğində kompensasiyanın və 423 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ona ödənilməsinin təmin olunmasını xahiş etmişdir. İddiasınaa məhkəmədə (hakim Zeynalova Səadət Nazim qızının sədrliyi) 2(054)-23/2024 №-li iş olaraq baxılmış və iddia qismən təmin olunaraq xx.xx.2024-cü il tarixli qətnamə ilə cavabdehlərdən (Cavabdeh və X5) 15019,20 manat indeksasiya məbləğ və 3600 manat kompensasiya olmaqla, cəmi 18619,2 (on səkkiz min altı yüz on doqquz manat iyirmi qəpik) manat pulun və 145,86 (bir yüz qırx beş manat səksən altı qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin alınaraq ona verilməsinə qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermiş və apellyasiya instansiyasında (Şəki Apellyasiya Məhkəməsinin MK-sı (X1 (sədrlik edən və məruzəçi), X11 və X3 ibarət tərkibdə)) şikayətlərə 2(107)-1056/2024 №-li iş olaraq baxılaraq həm iddiaçı tərəf olan onun tərəfindən verilmiş, həm də cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək xx.xx.2024-cü il tarixli qətnamə ilə İş üzrə Oğuz Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(054)-23/2024 nömrəli qətnaməsinin qismən, iddianın cavabdeh X10 qarşı yönəlmiş hissəsində və iddianın Cavabdeh qarşı rədd edilmiş 12170,16 manat kompensasiya, cəmi 12170,16 manat pul və 36,50 manat ödənilmiş dövlət rüsumuna aid hissələrdə ləğv edilmiş və həmin hissələr üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin Cavabdeh 12170,16 manat kompensasiya, cəmi 12170,16 manat pul, 36,50 manat ödənilmiş dövlət rüsumunun tutulması hissələrində də təmin edilməsinə, Cavabdeh 12170,16 manat kompensasiya, cəmi 12170,16 manat pul, 36,50 manat ödənilmiş dövlət rüsumu da tutularaq İddiaçı ödənilməsinə, İddiaçı cavabdeh X10 qarşı evə görə 100000 manat, 3600 manatın 21 ilə hesablanan illik faiz dərəcəsi 5 olan kompensasiya və 423 manat dövlət rüsumu tələbinə dair iddiasının təmin edilməməsinə dair yeni qətnamə qət edilmişdir. Apellyasiya instansiyasının həmin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə də yenə də razışlaşmadıqları üçün kassasiya şikayəti verilmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-da (hakimlər X12 (məruzəçi hakim), X7 və X2 ibarət tərkibdə)) 2(102)-1156/2025 №-li iş olaraq baxılmış və iş üzrə yeni xx.xx.2025-ci il tarixli qərar qəbul edilmiş və həmin xx.xx.2025-ci il tarixli qərarla Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-1056/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh 12170,16 manat kompensasiya, cəmi 12170,16 manat pul, 36,50 manat ödənilmiş dövlət rüsumunun da tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirimədən saxlanılmışdır. Ali instansiya məhkəməsinin iş üzrə nəticəsi ona əsaslanmışdır ki, “... apellyasiya instansiyası işi iddiaçının mübahisələndirmədiyi hissədə də yoxlamış, nəticədə iddia tələbindən kənara çıxaraq Cavabdeh 12170,16 manat kompensasiya və 36,50 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsini qət etmişdir.” Ali instansiya məhkəməsi, Cavabdeh 12170,16 manat kompensasiyanın və 36,50 manat ödənilmiş dövlət rüsumunun tutulmamasını, onun bu barədə tələbinin olmaması ilə əlaqələndirmişdir. Lakin həmin iş üzrə məhkəmələrin müəyyən etdiyi faktdır ki, cavabdeh mülkiyyətinə keçirdiyi ona məxsus əmlaka görə ona ödəməli olduğu, lakin ödəmədiyi, əmlakın alğı-satqısına dair müqavilədə göstərilən məbləğin və həmin məbləğin vaxtında ödənilməməsi müddətə hesablanan kompensasiya məbləğinin aparılmış indeksasiyası olaraq: "xx.xx.2002-ci il tarixli, 164583 saylı müqaviləyə əsasən Cavabdeh satılmş fərdi yaşayış evinin müqavilə üzrə o zamankı dəyəri olan 18000000 manatın (köhnə) hazırki dövrə indeksasiyası (3600x417,20%=)15019,20 manat, "indeksasiya olunan 18000000 manatın 21 il üçün (2002- 2023) 5%-lə kompensasiya məbləği də (15019,20x5%=)750,96 manat (hər il), 750,96x21=)15770,16 manat (21 il müddətinə) müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə qəbul etdiyi yekun xx.xx.2025-ci il tarixli qərarına görə baxmayaraq ki, ona vurulan zərərin miqyası, ümumilikdə məhkəmənin müəyyən etdiyi fakta əsasən (15019,20 manat + 15770,16 manat) 30.790 (otuz min yeddi yüz doxsan) manat təşkil edib, iddia tələbinə əsaslanmaqla məhkəmənin müəyyən etdiyi həmin 30.790 manat pulun 12170,16 (on iki min yüz yetmiş manat on altı qəpik) manat hissəsinin cavabdehdən alınıb ona verilməsi təmin olunmamışdır. Mən məhz hazırkı iddiası ilə, yuxarıda istinad etdiyi, qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilmiş fakta, yəni cavabdehin ondan aldığı əmlakımın satış dəyərini vaxtında ona ödəməməsi səbəbindən ona vurulmuş maddi zərərin əvəzi olan haqqı olan 30.790 (otuz min yeddi yüz doxsan) manatın qalığı olaraq 12170,16 (on iki min yüz yetmiş manat on altı qəpik) manatın cavabdehdən alınıb ona ödənilməsini tələb edir. Proses iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi ərizələrində qeyd etmişdir ki, cavabdehin iddia tələbinə müddətin tətbiq edilməsi barədə ərizəsinə etirazı olaraq ərizənin əsassız olduğunu bildirir. Eyni zamanda həmin ərizədə bildirmişdir ki “Nə qədər insanlığını itirmiş olasan ki, onun, övladının haqqını yeyəsən, utanmadan belə ərizə də verəsən”. Məhkəməyə göndərdiyi sonuncu ərizədə qeyd etmişdir ki, daha öncəki xahiş ərizəsində bildirdiyi kimi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə onun iştirakı olmadan, təqdim etdiyi sübutların əsasında baxılmasını xahiş edir. O iddianı müdafiə edir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı onun mərhum qardaşı Habil Mabudovun arvadı olmuşdur. X20 1996-cı ildə Rusiyadan Azərbaycana gəlmiş və oğlu Samir üçün Oğuz şəhərində ev almışdır. Həmin vaxt Samirin hələ 18 yaşı tamam olmadığına görə evi qardaşı Habil Mabudovun adına rəsmiləşdirmişlər. Həmin ev ünvan 1 ünvanında yerləşən evdir. Ev habilin adına rəsmiləşdirilsə də, qardaşına məxsus olmamışdır. Qardaşı ölmüşdür. Özünün razılığı ilə dayısı qardaşının arvadı Tünzaləyə Bakıdan ev almışdır. Tünzalə özünə məxsus olmayan evin pulunu istəyir. Eyni zamanda hesab edir ki, iş üzrə iddia müddəti keçirilmişdir. Ona görə də qanunvericiliyə uyğun olaraq tələb üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş edir. İddia ərizəsinə etirazın dəlilləri İddiaya qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlər - Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(054)-23/2024 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və X10 qarşı “müqavilə üzrə pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, e- 2(054)-23/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh və X5 15019,20 manat indeksasiya məbləği və 3600 manat kompensasiya, cəmi 18619,2 (on səkkiz min altı yüz on doqquz manat iyirmi qəpik) manat pul və 145,86 (bir yüz qırx beş manat səksən altı qəpik) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddia tələbinin 84980,8 manat pul və 277,14 manat dövlət rüsumu hissəsində təmin edilməməsi qət edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(107)- 1056/2024 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayətləri qismən təmin edilmiş, Oğuz Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(054)-23/2024 nömrəli qətnaməsi qismən, iddianın cavabdeh X10 qarşı yönəlmiş hissəsində və iddianın Cavabdeh qarşı rədd edilmiş 12170,16 manat kompensasiya, cəmi 12170,16 manat pul və 36,50 manat ödənilmiş dövlət rüsumuna aid hissələrdə ləğv edilmiş, həmin hissələr üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi Cavabdeh 12170,16 manat kompensasiya, cəmi 12170,16 manat pul, 36,50 manat ödənilmiş dövlət rüsumunun tutulması hissələrində də təmin edilmiş, Cavabdeh 12170,16 manat kompensasiya, cəmi 12170,16 manat pul, 36,50 manat ödənilmiş dövlət rüsumunun da tutularaq İddiaçı ödənilməsi, İddiaçı cavabdeh X10 qarşı evə görə 100000 manat, 3600 manatın 21 ilə hesablanan illik faiz dərəcəsi 5 olan kompensasiya və 423 manat dövlət rüsumu tələbinə dair iddiasının təmin edilməməsini qət etmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1156/2025 saylı, xx.xx.2025-ci il il tarixli qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1056/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh 12170,16 manat kompensasiya, cəmi 12170,16 manat pul, 36,50 manat ödənilmiş dövlət rüsumunun da tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirimədən saxlanmışdır. -Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(054)-23/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçının verdiyi xx.xx.2000-ci il tarixli, 4-E-İ/56 saylı etibarnaməyə əsasən hərəkət edən X13 (satıcı) və Cavabdeh (alıcı) arasında bağlanmış həmin müqaviləyə əsasən ünvan 2 ünvanda 675 kv.m torpaq sahəsində yerləşən, vət. İddiaçı və X8 məxsus olan, 1974-cü ildə saman-kərpicdən tikilmiş, üstü şiferlə örtülmüş, 89,2 kv.m ümumi sahəsi, 59,3 kv.m yaşayış sahəsi, 29,9 kv.m köməkçi sahəsi olan üç otaqdan ibarət fərdi yaşayış evi 18000000 manata Cavabdeh satılmışdır. -**********28 nömrəli qəbzin surətlərindən görünür ki, məhkəməyə müraciət edilməsi üçün cəmi 142 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. -Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.. - Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - Maddə 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. - Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. -Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. -107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib, cavabdehin izahatını dinləyib belə hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçının verdiyi xx.xx.2000-ci il tarixli, 4-E-İ/56 saylı etibarnaməyə əsasən hərəkət edən X13 (satıcı) və Cavabdeh (alıcı) arasında bağlanmış həmin müqaviləyə əsasən ünvan 2 ünvanda 675 kv.m torpaq sahəsində yerləşən, vət. İddiaçı və X8 məxsus olan, 1974-cü ildə saman-kərpicdən tikilmiş, üstü şiferlə örtülmüş, 89,2 kv.m ümumi sahəsi, 59,3 kv.m yaşayış sahəsi, 29,9 kv.m köməkçi sahəsi olan üç otaqdan ibarət fərdi yaşayış evi 18000000 manata Cavabdeh satılmışdır. İddiaçı cavabdehlər Cavabdeh və X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək evə görə 100000 manat, 3600 manat məbləğində kompensasiya və 423 manat dövlət rüsumunun ödənilməsini xahiş etmişdir. İşə məhkəmədə baxan zaman tələb olunan məbləğin hesablanmasının qanunauyğun olubolmadığının müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş ekspert rəyi ilə “xx.xx.2002-ci il tarixli, 164583 saylı müqaviləyə əsasən Cavabdeh satılmş fərdi yaşayış evinin müqavilə üzrə o zamankı dəyəri olan 18000000 manatın (köhnə) hazırki dövrə indeksasiyası hansı məbləğdə müəyyən edilir?” sualına münasibətdə 3600x417,20%=15019,20 manat, “indeksasiya olunan 18000000 manatın 21 il üçün (2002- 2023) 5%-lə kompensasiya məbləği nə qədərdir?” sualına münasibətdə 15019,20x5%=750,96 manat (hər il), 750,96x21=15770,16 manat (21 il) müəyyən edildiyi bildirilmişdir. İddiaçıya 15019,20 manat indeksasiya məbləği və 3600 manat kompensasiya, cəmi 18619,2 (on səkkiz min altı yüz on doqquz manat iyirmi qəpik) manat pul və 145,86 (bir yüz qırx beş manat səksən altı qəpik) manat ödənilmiş dövlət rüsumunun ödənilməsi qərar alınmışdır. Göstərilən hallar Oğuz Rayon Məhkəməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnamələri və Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı hazırda ekspert rəyi ilə hesablanmış, lakin özünün tələb etmədiyi qalan kompensasiya məbləği olan 12170,16 manat pulu və dövlət rüsumu məbləğini tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir və iddia müddətinin tətbiq edilməsini xahiş edir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh alqı-satqı müqaviləsi əsasında iddiaçıdan mənzil almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında mənzilin alqı-satqı dəyərini də iddiaçıya ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh alqı-satqı müqaviləsi əsasında iddiaçıdan məzili almasına dair hüququndan istifadə etmiş, həmin mənzilin dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı alqı-satqı predmeti olmuş mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə kompensasiya məbləğinin ödənilməsi tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Lakin məhkəmə hesab edir ki, cavabdehdən kompensasiya məbləğinin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iddiaçı 12170,16 manat kompensasiya məbləğini tələb etsə də, ekspert rəyindən aydın olur ki, yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdur. Bu səbəbdən 18000000 manat 3600 manat kimi müəyyən olunur. 21 il üçün (2002-2023) 5%-lə kompensasiya məbləği 3600 manata münasibətdə deyil, indeksasiya olunmuş 15019,20 manata münasibətdə hesablanmışdır. Məhkəmə isə hesab edir ki, kompensasiya məbləği 15019,20 manata deyil, evin alqı satqı dəyəri olan18000000 manatın ekvivalenti olan 3600 manata münasibətdə hesablanmalıdır. Belə olan halda riyazi hesablamaya əsasən 3600 manatın illik 5 faizi 180 manat, bunun da 22 il 6 ay üçün (hazırki iddia ilə məhkəməyə müraciət edildiyi vaxta) cəmi məbləği 4050 manat təşkil edir. Cavabdehdən iddiaçının xeyrinə əvvəlki qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hazırki alqı-satqı müqaviləsi əsasında mənzilin dəyərinin ödənilməməsi ilə bağlı 3600 manat kompensasiya məbləği tutulduğundan məhkəmə hesab edir ki, hazırda 1 il 6 ay üçün 4050 manatın qalan hissəsi, yəni 450 manat (4050-3600=450 manat) ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə mülahizəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmə hazırda iddia tələbini qismən təmin edərək iddiaçıya son 1 il 6 ay üçün kompensasiya ödənilməsini müəyyən etdiyindən hazırki iş üzrə iddia müddəti keçməmişdir. Məhkəmə həmçinin iddianın 142,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. İddia qismən təmin edildiyindən ödənilmiş 142,0 manat məbləğində dövlət rüsumunun 5,0 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 137,0 manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 450 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 5 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 450,0 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 5,0 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar