Məhkəmə qərarları › İş №e-2(054)-383/2025

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-383/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-383/2025 19.06.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair işə məhkəmənin binasında hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. Tərərflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə cavabdehlə yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll olunmasına dair tərəflər arasında razılıq əldə edildiyi bildirilmiş, iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması xahiş edilmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-cu maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etdiyinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzi görünür ki, Oğuz Rayon Məhkəməsinə müraciət edilməsi üçün iddiaçı tərəfindən 108,72 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından Oğuz Rayon Məhkəməsinə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 108,72 manat məbləğində pul tam şəkildə iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən ödənilmiş 108,72 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar