Məhkəmə qərarları › İş №e-2(054)-385/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-385/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-385/2024 01.08.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X5 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər-borcalan X4nın vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki işə 01 avqust 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC (mətndə iddiaçı) cavabdehlər-borcalan X4nın vərəsələri Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 (mətndə cavabdeh) qarşı cavabdehlərdən xx.xx.2020-ci il tarixli, BPM**********11 saylı kredit müqaviləsi üzrə 1616,24 manat əsas borc, 0,01 manat faiz borcu olmaqla, cəmi 1616,25 manat kredit borcunun, ödənilmiş 36,16 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. İddiaçının nümayəndəsi Nurlan Məmmədov məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə zəruri sübutların məhkəməyə təqdim olunduğunu bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. 03 iyul 2024-cü il tarixli məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, "xxxx" ASC-nin Şəki filialı ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********11 saylı kredit müqaviləsinə əsasən ona şəxsi istehlak məqsədilə illik 20 faizlə 19 ay müddətinə 2000 manat məbləğində nəğd kredit verilmişdir. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Oğuz rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 327 nömrəli məktubu və ona əlavə edilmiş elektron notariat informasiya sistemindən çıxarışla müəyyən edilmişdir ki, mərhum X4nın qanun üzrə vərəsələri Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 adına vərəsəlik işi açılmış, miras əmlak Oğuz şəhərində yerləşən 1,1499 ha torpaq sahəsindən ibarətdir. Bankın Şəki filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X4nın banka ödənilməmiş 1616,24 manat əsas borcu, 0,01 manat faiz borcu olmaqla, cəmi 1616,25 manat borcu qalmışdır. Cavabdehlər mərhum X2 qalmış mirası qəbul etsələr də miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişlər. İddiaçı tərəf mübahisənin məhkəmədən kənar qaydada həlli üçün səy göstərsə də, cavabdehlər öz öhdəliklərini yerinə yetirməmişlər. Kredit öhdəlikləri qanuna uyğun olaraq borcalan tərəfindən, hazırki halda isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 1146, 1255 və 1306.1-ci maddələrinin tələbləri rəhbər tutulmaqla onun vərəsələri tərəfindən yerinə yetirliməlidir. İddiaçının nümayəndəsi Nümayəndə2 həmin məhkəmə iclasında ölmüş şəxsin cavabdehlərin sırasından çıxarılmasına dair ərizə təqdim edərək məhkəmə araşdırması zamanı Cavabdeh3 xx.xx.2021-ci il tarixdə öldüyü müəyyən edildiyindən qanunauyğun olaraq onun cavabdehlər sırasından çıxarılmasını xahiş etmiş, həmçinin bildirmişdir ki, mərhum X4nın kredit borcunun sığorta şirkəti tərəfindən qarşılanıb-qarşılanmaması araşdırılmış, mərhumun kredit borcunun sığorta edilmədiyi müəyyən edilmişdir.Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 xx.xx.2020-ci il tarixli, BPM**********11 saylı kredit müqaviləsi üzrə 1616,24 manat əsas borc, 0,01 manat faiz borcu olmaqla, cəmi 1616,25 manat kredit borcunun, ödənilmiş 36,16 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarında Cavabdeh1 izahat verərək bildirmişdir ki, mərhum Həmayə Abbasova onun və cavabdehlər Cavabdeh2 və Cavabdeh4 anasıdır. Anası xx.xx.2020-ci il tarixdə iddiaçı bankdan 2000 manat məbləğində kredit götürüb. Anası xx.xx.2020-ci il tarixdə, atası xx.xx.2021-ci il tarixdə vəfat etmişlər. Anasının vəfatından sonra ölüm sənədlərini banka təqdim edəndə ona kreditin bağlandığı bildirilib. Borcun qaldığını bilsəydi, indiyədək hissələrlə ödəniş edərək borcu bağlaya bilərdi. Hazırda da tələb olunan məbləğə etiraz etmir. Ödənişi özü hissələrlə həyata keçirəcək. Rəsmi iş yeri olduğundan borcun əmək haqqından tutulmasını xahiş edir. Qanuni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, BPM**********11 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Şəki filialı tərəfindən X3 şəxsi istehlak məqsədləri ilə 19 ay müddətinə illik 20 % dərəcəsi ilə 2000 manat məbləğində nəğd kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC-nin Şəki filialı tərəfindən X3 şəxsi istehlak məqsədləri ilə 19 ay müddətinə illik 20 % dərəcəsi ilə verilmiş 2000 manat kredit borcunun (349,82 manat faiz əlavə olunmaqla) ödənişinin xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 123,68 manat, sonuncu ay 123,56 manat olmaqla xx.xx.2022-ci il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İş materiallarında olan ölüm haqqında AZ-İİ 065492 saylı şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə ölmüş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 793 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon Notariat Ofisinin iş materiallarında olan, "xxxx" ASC-nin Zaqatala filialına ünvanlanmış xx.xx.2023-ci il tarixli, 327 saylı məktubundan və ona əlavə edilmiş elektron notariat informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə mərhum X4nın qanun üzrə vərəsələri Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 adına vərəsəlik işi açılmış, miras əmlak Oğuz şəhərində 1,1499 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, PKİD/933 saylı xəbərdarlıqdan görünür ki, borcalan X4nın vərəsələri Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 miras passivinin qaytarılması ilə bağlı xəbərdarlıq edilmiş, kreditlə bağlı öhdəliklər tam yerinə yetirilmədiyi təqdirdə məsuliyyət daşıdıqları barədə məlumat verilmişdir. Oğuz rayon Qeydiyyat şöbəsinin iş materiallarında olan ölüm haqqında xx.xx.2024-cü il tarixli 31/12 saylı arayışından görünür ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixdə ölmüş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 177 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışında öz əksini tapmış cədvəldən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə 19 ay müddətinə, illik 20 faizlə verilmiş 2000 manat nəğd kreditin ödənişi 383,76 manat əsas, 132,25 manat faiz borcu hissəsində həyata keçirilmiş, onun ödənilməmiş əsas borcu 1616,24 manat, faiz borcu 0,01 manat, cəmi borcu 1616,25 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. (739-cu maddə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023cü il tarixədək olan redaksiyada verilib.) Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, iş materialları ilə təsdiq edilir ki, xx.xx.2020-ci il tarixli, BPM**********11 saylı kredit müqaviləsinə əsasən X3 19 ay müddətinə, illik 20 %-lə 2000 manat nəğd kredit verilmiş, X4 xx.xx.2020-ci il tarixdə ölmüş, X4nın banka nəğd kredit üzrə ödənilməmiş 1616,24 manat əsas, 0,01 manat faiz olmaqla, cəmi 1616,25 manat borcu qalmışdır. Bu, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışında öz əksini tapmışdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 onun vərəsəsi olaraq mərhum X2 qalmış mirası notarial qaydada qəbul etmişlər, lakin onlara xəbərdarlıq edilməsinə baxmayaraq mərhumdan qalan kredit borcunu ödəməmişlər, halbuki mülki qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlər vərəsə olaraq miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə payına mütənasib surətdə borclu kimi tam ödəməyə borcludurlar.Vərəsə Cavabdeh3 xx.xx.2021-ci ildə ölmüş, iddiaçı iddia ərizəsində onu cavabdeh qismində göstərsə də, xx.xx.2024-cü il tarixli ərizəsi ilə mərhum Cavabdeh3 cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, nəqd kredit üzrə ödənilməmiş 1616,24 manat əsas, 0,01 manat faiz borcu mərhum X4nın vərəsələri olan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehlərdən 36,16 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Mərhum X4nın vərəsələri-cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 xx.xx.2020-ci il tarixli, BPM**********11 saylı kredit müqaviləsi üzrə 1616,24 manat əsas borc, 0,01 manat faiz borcu olmaqla, cəmi 1616,25 (bir min altı yüz on altı manat iyirmi beş qəpik) manat kredit borcu, 36,16 (otuz altı manat on altı qəpik) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar