Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-395/2022 30.09.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Оğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 268066-1-28509 nömrəli kredit müqaviləsi üzrə 6835,91 manat əsas borc, 540,04 manat faiz borcu, 231,45 manat cərimə - cəmi 7607,40 manat borc və 96,07 manat dövlət rüsumu məbləğinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərdiyi ərizədə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 268066-1-28509 nömrəli “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nə əsasən iddiaçı tərəfindən cavabdehə istehlak məqsədilə illik 23,90 % dərəcəsi ilə 60 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə əsas borcu və faiz borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin ödənişi qaydalarına riayət etməmişdir. Hazırda cavabdehin iddiaçıya 6835,91 manat əsas borc, 540,04 manat faiz borcu, 231,45 manat cərimə - cəmi 7607,40 manat borcu vardır. Cavabdehə rəsmi xəbərdarlıq edilsə də, o, borcun ödənilməsini təmin etməmiş, onunla iddiaçı arasında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 96,07 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cəmi 7607,40 manat borc və 96,07 manat dövlət rüsumu məbləğinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş, kreditin alınması üçün ərizə-anket, xx.xx.2021-ci il tarixli 268066-1-28509 nömrəli kredit müqaviləsi, xx.xx.2021ci il tarixli ödəniş cədvəli, xx.xx.2022-ci il tarixli pretenziya məktubu, xx.xx.2022-ci il tarixli maliyyə arayışı və hesabdan çıxarış, xx.xx.2022-ci il tarixli mədaxil qəbzi ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nə əsasən iddiaçı tərəfindən cavabdehə istehlak məqsədilə illik 23,90 % dərəcəsi ilə 60 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 12.065,72 manat əsas borcu və faiz borcunu tam şəkildə ödəməsi olması ilə əlaqədar ödəniş cədvəli təqdim edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etmədiyinə görə borcun ödənilməsi ondan tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyəti barədə ona xəbərdarlıq edilmiş, əks halda, məhkəməyə müraciət ediləcəyi izah edilmişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 96,07 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı xx.xx.2021-ci il tarixli 268066-1-28509 nömrəli kredit müqaviləsi üzrə 6835,91 manat əsas borc, 540,04 manat faiz borcu, 231,45 manat cərimə - cəmi 7607,40 manat borc və 96,07 manat dövlət rüsumu məbləğinin cavabdehdən tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinə və həmin müqaviləyə əlavə edilmiş digər sənədlərə istinad edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və iddia tələbinə münasibətini bildirməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nin 5.1.2-ci maddəsinə əsasən bu müqavilədə nəzərdə tutulan hallarda və qaydada müqaviləni ləğv edirr və kreditin dərhal qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2021-ciil tarixli 268066-1-28509 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 6835,91 manat əsas borc və 540,04 manat faiz borcunun tutulmasına dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx.xx.2021-ci il tarixli 268066-1-28509 nömrəli kredit müqaviləsi üzrə 231,45 manat cərimə həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablanmışdır və yüksək məbləğ deyildir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2021-ciil tarixli 268066-1-28509 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 231,45 manat cərimə məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 96,07 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 268066-1-28509 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 6835,91 manat əsas borc, 540,04 manat faiz borcu, 231,45 manat cərimə və 96,07 manat dövlət rüsumu - cəmi 7703,47 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(054)-395/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-395/2022
30.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver