Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-397/2024 16.09.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X14 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, cavabdehlər Cavabdeh1, X3 və X15 oğlunun iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1, X5 və X7 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə 16 sentyabr 2024-cü il tarixdə Oğuz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (mətndə iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (mətndə cavabdehlər) qarşı kredit müqaviləsi üzrə 248,73 ABŞ dolları əsas kredit borcu, 71,76 ABŞ dolları faiz borcu, 801,36 ABŞ dolları cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən müqavilə müddətinin bitmə tarixinə əsasən hesablanmış 30,09 ABŞ dolları faiz borcu, cəmi 1151,94 ABŞ dolları kredit borcu və 39,59 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın məbləğinə uyğun olaraq mülki iş sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş, cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilmişdir. Cavabdeh2 xx.xx.2019-cu il tarixdə öldüyü müəyyən edildiyindən xx.xx.2024-cü il tarixli qərardadla işə iddia icraatı qaydasında baxılması qərara alınmış, bu barədə iddiaçıya və Cavabdeh1 məhkəmə bildirişləri göndərilmişdir. İddiaçının nümayəndəsi X12 tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Qəbələ Regional “ASAN xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2024-cü il tarixli, 2735 saylı cavab məktubuna uyğun olaraq iddia ərizəsində qeyd edilən borc məbləğinin mərhum Cavabdeh2 vərəsələri Cavabdeh1, X2 və X4 tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh1 şifahi, məhkəmə iclasında iştirak edən digər şəxslər X3 və X6 yazılı razılığı nəzərə alınmaqla hər üç şəxs mərhumun vərəsəsi olaraq cavabdeh qismində məhkəmə icraatına cəlb edilmişlər. İddiaçının digər nümayəndəsi X1 işə iştirakı olmadan baxılması barədə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi, həmçinin cavabdehlərin razılığı nəzərə alınmaqla məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən borcluya şəxsi istehlak məqsədilə illik 33 % olmaqla 24 ay müddətinə 2600 USD məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borcun ödənilməsinin təminatı olaraq Cavabdeh1 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Borcverənlə borcalan arasında bağlanmış xx.xx.2015-ci il tarixli 01 saylı Əlavə sazişə əsasən kreditin qalıq məbləği 2230,33 USD müəyyən edilmiş, kreditin müddəti xx.xx.2017-ci il təyin edilmişdir. Buna uyğun olaraq zaminlə də həmin tarixdə eyni şərtlərlə əlavə saziş imzalanmışdır. Kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 02 saylı əlavə sazişə əsasən borcverənlə borcalan arasında restrukturizasiya edilmiş kredit öhdəliyinin qalıq məbləğinin 1 USD=1,40 AZN əsas götürülməklə 1569,53 USD, kreditin müddətinin xx.xx.2021-ci il tarixədək müəyyən edilməsi barədə razılıq əldə edilmiş, həmin tarixdə zaminlə də eyni məzmunlu saziş imzalanmışdır. Müqavilə müddəti xx.xx.2021-ci il tarixdə bitsə də, borclu və zamin kreditin ödənişini tam və vaxtında həyata keçirməmişlər. Beləliklə kredit müqaviləsi üzrə cavabdehlərin 248,73 ABŞ dolları əsas kredit borcu, 71,76 ABŞ dolları faiz borcu, 801,36 ABŞ dolları cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən müqavilə müddətinin bitmə tarixinə əsasən hesablanmış 30,09 ABŞ dolları faiz borcu, cəmi 1151,94 ABŞ dolları kredit borcu borcu yaranmışdır. xx.xx.2024-cü il tarixdə əsas borclu və zaminə bildiriş göndərilərək borcun ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2017-ci il tarixli, 49 saylı qərarı ilə İddiaçı ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-3194/2017 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İddiaçının nümayəndəsinin xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən xx.xx.2024-cü il tarixə yaranmış 1151,94 ABŞ dolları borcun və 39,59 manat dövlət rüsumunun mərhum Cavabdeh2 vərəsələri olan cavabdehlərdən tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə dair iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh1 məhkəmə iclasında mərhum Cavabdeh2 əri, digər cavabdehlərin övladları olduğunu, özünün işləmədiyini və təqaüd almadığını, cərimə məbləğini çıxmaqla tələb edilən qalan borcu qəbul etdiyini bildirdi, qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında digər cavabdehlər X9 və X10 Cavabdeh1 izahatını təsdiq edərək cərimə məbləğini qəbul etmədiklərini, qalan borcu ödəyəcəklərini bildirib qanuni qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə cavabdehləri dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 24 ay müddətinə, illik 33 faizlə, şəxsi istehlak məqsədilə 2600 USD məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli, 210006746/ZM saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilənədək borcalan ilə birlikdə kredit təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşdə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixdə 24 ay müddətə illik 33 faizlə verilmiş 2600 USD əsas, 987,26 USD faiz kredit borcunun ödənişinin xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay 149,47 USD, sonuncu ay 149,45 USD olmaqla xx.xx.2016-cı il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2014-cü il tarixli, 1/39/72424201 saylı kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 orderdə göstərilən 2600 USD məbləği aldığına dair imza etmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli, 01 saylı Əlavə sazişdən görünür ki, kreditor ilə borcalan arasında razılığa əsasən 2600 USD kredit borcunun qalıq məbləği 2230,33 USD, kreditin son müddəti xx.xx.2017-ci il müəyyən edilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli, 01 saylı Əlavə sazişə əsasən tərtib edilmiş və imzalanmış ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 qalıq 2230 USD əsas, 1060 USD faiz kredit borcunun ödənişinin xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay 111 USD, sonuncu ay 71 USD olmaqla xx.xx.2017-ci il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2014-cü il tarixli, 210006746/ZM saylı zaminlik müqaviləsinə xx.xx.2015-ci il tarixli, 01 saylı Əlavə sazişdən görünür ki, zamin Cavabdeh1 əsas borclunun həmin sazişlə müəyyən edilən öhdəlikləri tam yerinə yetirilənədək borcalan ilə birlikdə kredit təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə sazişdən görünür ki, kreditor ilə borcalan arasında restrukturizasiya edilmiş kredit öhdəliyinin qalıq məbləği 1 USD=1,40 AZN əsas götürülməklə 1569,53 USD, kreditin müddəti xx.xx.2021-ci il müəyyən edilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə sazişə əsasən tərtib edilmiş və imzalanmış ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 qalıq 1569,53 USD əsas, 269,6 USD faiz kredit borcunun ödənişinin xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay 38,32 USD, sonuncu ay 38,09 USD olmaqla xx.xx.2022-ci il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2014-cü il tarixli, 210006746/ZM saylı zaminlik müqaviləsinə xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə sazişdən görünür ki, zamin Cavabdeh1 əsas borclunun həmin sazişlə müəyyən edilən öhdəlikləri tam yerinə yetirilənədək borcalan ilə birlikdə kredit təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli, **********904 saylı bildirişdən görünür ki, götürülmüş kreditlə bağlı borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə borclulara xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, **********271 saylı maliyyə arayışından görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə borcalanın iddiaçıya 248,73 ABŞ dolları əsas kredit borcu, 71,76 ABŞ dolları faiz borcu, 801,36 ABŞ dolları cərimə, müqavilə müddətinin bitmə tarixinə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 30,09 ABŞ dolları faiz borcu, ümumilikdə 1151,94 ABŞ dolları borcu yaranmışdır. Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının işdə olan xx.xx.2017-ci il tarixli, 2-1(103)-3194/2017 saylı qərarının surətindən görünür ki, İddiaçı ASC məcburi ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu həmin tarixdən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İşdə olan ölüm haqqında AZ-İİ 404632 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə ölmüş, bu barədə Oğuz rayon Yaqublu kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 06 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin ləğv prosesində olan İddiaçı ASC-yə ünvanlanmış, işdə olan xx.xx.2024-cü il tarixli, 2935 saylı cavab məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh2 adına xx.xx.2022-ci il tarixli, 589 reyestr nömrə ilə açılmış vərəsəlik işi üzrə Cavabdeh1, X7 və X5 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan əzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin hüquq münasibətləri yaranan vaxt qüvvədə olmuş 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditorun gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğu nəticəsinə gəlmişdir. Beləliklə, iş materialları ilə təsdiq edilir ki, xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 24 ay müddətinə, illik 33 %-lə 2600 USD nəğd kredit verilmiş, həmin müqavilə üzrə imzalanmış xx.xx.2015-ci il tarixli 01 saylı və xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə sazişlərə əsasən kreditin qalıq məbləği restrukturizasiya olunaraq ödənilmə müddəti uzadılmışdır. Cavabdeh2 xx.xx.2019-cu il tarixdə ölmüş, onun banka nəğd kredit üzrə ödənilməmiş 248,73 ABŞ dolları əsas kredit borcu, 71,76 ABŞ dolları faiz borcu, 801,36 ABŞ dolları cərimə, müqavilə müddətinin bitmə tarixinə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 30,09 ABŞ dolları faiz borcu, ümumilikdə 1151,94 ABŞ dolları borcu qalmışdır. Cavabdeh2 ölümü barədə məlumat mülki iş xx.xx.2024-cü ildə icraata götürüldükdən sonra məhkəmə tərəfindən müəyyən edilmiş, məhkəmə icraatı gedişində hazırki cavabdehlər Cavabdeh1, X8 və X3 mərhumun vərəsəsi olaraq mərhum Cavabdeh2 qalmış mirası notarial qaydada qəbul etdikləri müəyyən edildiyindən iddiaçının nümayəndəsinin ərizəsi əsasında hər üç şəxs cavabdeh qismində məhkəmə icraatına cəlb edilmişlər. Mülki qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlər vərəsə olaraq miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə payına mütənasib surətdə borclu kimi tam ödəməyə borcludurlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas, faiz və müqavilə müddətinin bitmə tarixinə gecikdirilmiş vaxt üçün illik beş faiz hissəsində təmin olunmalı, nəqd kredit üzrə ödənilməmiş 248,73 ABŞ dolları əsas kredit borcu, 71,76 ABŞ dolları faiz borcu, müqavilə müddətinin bitmə tarixinə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 30,09 ABŞ dolları faiz borcu borclu-mərhum Cavabdeh2 vərəsəsi olan cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddiaçının tələb etdiyi 801,36 ABŞ dolları cərimə (dəbbə) pulunun 248,73 ABŞ dolları əsas borca münasibətdə hədsiz yüksək olmasını nəzərə almaqla hesab edir ki, iddia tələbinin həmin hissədə qismən, yəni 20 ABŞ dolları miqdarında təmin edilməsi mümkün və ədalətlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikası MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İstinad olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən təmin edilmiş məbləğə uyğun olaraq cavabdehlərdən ödənilmiş 39,59 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, X2 və X4 iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə mərhum Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 248,73 ABŞ dolları əsas borc, 71,76 ABŞ dolları faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən müqavilə müddətinin bitmə tarixinə əsasən hesablanmış 30,09 ABŞ dolları faiz borcu və 20 ABŞ dolları cərimə, cəmi 370,58 (üç yüz yetmiş dollar əlli səkkiz sent) ABŞ dolları milli manat ekvivalentində kredit borcu və 39,59 (otuz doqquz manat əlli doqquz qəpik) manat dövlət rüsumu alınaraq ləğv prosesində olan İddiaçı ASC -nin xeyrinə ödənilsin. İddia tələbi 781,36 ABŞ dolları cərimə borcu hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-397/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-397/2024
16.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver