Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-399/2024 14.08.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X5 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qızının iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə 14 avqust 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı (iddiaçı) cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 (cavabdehlər) qarşı cavabdehlərdən 4858,17 manat əsas borcun, 1914,07 manat faiz borcunun, cəmi 6772,24 manat borc məbləğinin və dövlət rüsumu kimi ödənilmiş 88 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank Olmayan Kredit Təskilatına kecmisdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Hüseynov Məhəmməd Səfər oğluna qarşı 6772,24 manat məbləğində problemli borcu üzrə tələb hüququ da 28 avqust 2017-ci il tarixli S-FK-SHE-107 saylı təhvil-təslim Akti əsasında “Aqrarkredit" QSC Bank Olmayan Kredit Təskilatına verilmisdir. “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Şəki filialı ilə borclu Hüseynov Məhəmməd Səfər oğlu arasında bağlanmis 13 avqust 2014-cü il tarixli 2-R1L5 saylı kredit müqaviləsinə əsasən Hüseynov Məhəmməd Səfər oğluna 60 ay müddətinə illik 25%-lə 5300,0 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Şəki filialı ilə zaminlər Cavabdeh2 və Cavabdeh1 arasında 13 avqust 2014-cü tarixli zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən borcalan Hüseynov Məhəmməd Səfər oğlu qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olsa da müqavilənin şərtlərinə əməl etməmişdir. Buna görə də xx.xx.2019-cu il tarixdə 6772,24 manat borcun ödənilməsi tələbi ilə Hüseynov Məhəmməd Səfər oğluna, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə məhkəməyə təqdim edilmiş ərizəyə uyğun olaraq həmin tarixli, 2(054)-223/2019 saylı qərardadla iddia ərizəsi baxılmamış saxlanılmış, sənədlər geri qaytarılmışdır. xx.xx.2015-ci il tarixli, AZ-İ 745537 saylı ölüm haqqında şəhadətnaməyə əsasən borclunun xx.xx.2015-ci il tarixdə vəfat etdiyi məlum olmuşdur. Oğuz rayon İHB Oğuz şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 10-0/102 saylı arayışına əsasən Cavabdeh3 (Məhəmməd) oğlunun Hüseynov Məhəmməd Səfər oğlunun vərəsəsi olduğu müəyyən edilmişdir. Ona mərhumdan qalan borcun ödənilməsi ilə bağlı ödənişin aparılması üçün bildiriş göndərilsə də, Anar Hüseynov tərəfindən ödəniş aparılmamışdır. İddianın təmin edilməsini, cavabdehlərdən müştərək qaydada 4858,17 manat əsas borcun, 1914,07 manat faiz borcunun, cəmi 6772,24 manat borc məbləğinin və dövlət rüsumu kimi ödənilmiş 88 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 (Məhəmməd) oğlu izahat verərək bildirmişdir ki, atası Hüseynov Məhəmməd Səfər oğlunun aldığı kreditin müddətindən 10 ildən çox keçib. Atası krediti ödəyə bilmədiyindən xx.xx.2015-ci ildə özünü asmaqla intihar edib. Atasının intiharından təxminən 4 il sonra atasına və zaminlərə qarşı iddiaçı tərəfindən borcun tutulması üçün məhkəməyə müraciət edilib. Həmin vaxt borclunun ailə üzvləri tərəfindən məhkəməyə bütün sənədlər təqdim edilib. xx.xx.2019-cu ildə iddia ərizəsi baxılmamış saxlanılıb. Bundan sonra məhkəməyə müraciət edilməyib. Artıq kreditin tələb edilmə müddəti keçib. İddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, iş yoldaşı olduğuna görə mərhum Məhəmməd Hüseynova zamin durub, müqaviləyə imza edib. Krediti ödəmək üçün maddi imkanı yoxdur, kasıb adamdır. İddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, həqiqətən mərhum Məhəmməd Hüseynovun "xxxx" ASC-dən götürdüyü kreditlə bağlı 13 avqust 2014-cü tarixli zaminlik müqaviləsinə imza etmişdir. Məhəmməd Hüseynov 2015-ci ildə intihar etmişdir. Bundan sonra iddiaçı tərəfindən 2019-cu ildə mərhuma və zaminlərə qarşı kredit borcunun ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilib. Məhkəmə iclasında iştirak etməsə də onda olan məlumata əsasən həmin vaxt işə mahiyyəti üzrə baxılmayıb. Hesab edir ki, iddia müddəti ötürülmüşdür, buna görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 24-xx.xx.2014-SM72-R1L5 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Hüseynov Məhəmməd Səfər oğluna 60 ay müddətinə, illik 25 faiz ödəmək şərtilə 5300 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 24-xx.xx.2014-SM72-R1L5 saylı kredit müqaviləsinə əlavə ödəniş cədvəlindən görünür ki, Hüseynov Məhəmməd Səfər oğluna 60 ay müddətinə illik 25 faizlə verilmiş 5300 manat əsas (4031,60 manat faiz əlavə edilməklə) kredit məbləğinin ödənişinin xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay 155,60 manat, sonuncu ay 151,20 olmaqla xx.xx.2019-cu il tarixdə başa çatdırılması nəzərdə tutulmuş, tərəflər cədvəli imzalamışlar. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 24-xx.xx.2014-SM72-R1L5 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 24-xx.xx.2014- SM72-R1L5 saylı kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilənədək borcalan ilə birlikdə kredit təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 1157 və 1158 saylı bildirişlərdən görünür ki, xx.xx.2014-cü il tarixli, 24-xx.xx.2014-SM72-R1L5 saylı kredit müqaviləsi üzrə 6772,24 manat kredit borcunun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh2 və Cavabdeh1 məlumat verilmişdir. İş materiallarında olan ölüm haqqında AZ-İ 745537 saylı şəhadətnamənin surətindən görünür ki, Hüseynov Məhəmməd Səfər oğlu xx.xx.2015-ci il tarixdə mexaniki asfiksiya səbəbli ölmüş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 48 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon İHB Oğuz şəhər İƏD üzrə nümayəndəliyinin iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 10-0/102 saylı arayışından görünür ki, İddiaçı Səhmdar Kredit Təşkilatı Şəki filialının xx.xx.2019-cu il tarixli, 1004 saylı sorğusuna cavab olaraq xx.xx.1982-ci il təvəllüdlü X1 Hüseynov Məhəmməd Səfər oğlunun ailə üzvü olduğu bildirilmişdir. Hüseynov Məhəmməd Səfər oğlunun kredit borcunun xx.xx.2022-ci il tarixə olan vəziyyəti barədə iş materiallarında olan məlumatdan görünür ki, xx.xx.2014-cü il tarixdə verilmiş 5300 manat kredit borcu üzrə 441,83 manat əsas borcdan ödəniş edilmiş, qeyd edilən tarixə borclunun vaxtı keçmiş 4858,17 manat əsas, 1914,07 manat faiz borcu olmaqla, cəmi 6772,24 manat iddia məbləği müəyyən edilmişdir. Oğuz Rayon Məhkəməsinin iş materiallarına əlavə edilmiş 2(054)-223/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadının surətindən görünür ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Hüseynov Məhəmməd Səfər oğluna, Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən 4858,17 manat əsas borcun, 1914,07 manat faiz borcunun, cəmi 6772,24 manat borc məbləğinin və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi iddiaçının nümayəndəsi X2 xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən baxılmamış saxlanılmışdır. Qərardad tərəflərə göndərilmiş, nümayəndə Camal Rəhimovun iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuş ərizəsinə əsasən həmin tarixli məktubla sənədlərin xx.xx.2019-cu il tarixdə İddiaçı QSC BOKT-yə qaytarıldığı bildirilmişdir. Həmin iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, iddia tələbinin əsası "xxxx" ASC ilə Hüseynov Məhəmməd Səfər oğlu arasında bağlanmış xx.xx.2004-cü il tarixli, SM72-R1L5 saylı kredit müqaviləsinə əsasən Məhəmməd Hüseynova 60 ay müddətinə, illik 25 faizlə verilmiş 5300 manat kreditin ödənilməməsi nəticəsində yaranmış borcun mərhum Məhəmməd Hüseynovdan və müqavilə üzrə zaminlər Cavabdeh1 və Cavabdeh2 tutulmasından ibarətdir. Həmin iş materiallarına da əlavə edilmiş ölüm haqqında AZ-İ 745537 saylı şəhadətnamənin surətindən göründüyü kimi Məhəmməd Hüseynov xx.xx.2015-ci il tarixdə mexaniki asfiksiya nəticəsində ölmüş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 48 nömrə ilə qeyd edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (Təşkilat) Şəki filialı tərəfindən X3 sədrinin birinci müavininə, Problemli kreditlərlə iş departamentinin müdirinə ünvanlanmış xx.xx.2018-ci il tarixli, 2016 saylı məktubundan görünür ki, xx.xx.2015-ci ildə Məhəmməd Hüseynovun öldüyü məlum olmuş, borcla bağlı son ödəniş xx.xx.2015-ci ildə aparılmışdır. Son ödəniş müddətinə baxmayaraq "xxxx" ASC-nin Şəki filialı tərəfindən borc tələbi üçün məhkəməyə müraciət edilməmişdir. Borc tələbinin Təşkilata keçməsi ilə əlaqədar borcluya xx.xx.2018-ci ildə 1559 saylı bildiriş göndərilmiş, bildiriş xx.xx.2018-ci ildə ailə üzvləri tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən ... öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin hüquq münasibətləri yaranan vaxt qüvvədə olmuş 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biri olduğundan məhkəmə həmin məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinin tərəflərin diqqətinə çatdırılmasını zəruri hesab edir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir.Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarının məzmunundan göründüyü kimi, yeni və ya əvvəlki Mülki Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinin tətbiq edilməsinin yeganə meyarı hüquq münasibətlərinin yaranması tarixidir. Qərarda həmçinin qeyd edilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyin yoxlanması çətin və qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Beləliklə iş materialları ilə təsdiq edilir ki, "xxxx" ilə Hüseynov Məhəmməd Səfər oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 24-xx.xx.2014-SM72-R1L5 saylı kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 25 faizlə 5300 manat məbləğində kredit verilmiş, kredit üzrə öhdəliklərin təminatı məqsədilə həmin vaxt Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqavilələri imzalanmışdır. Hüseynov Məhəmməd Səfər oğlu qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olsa da müqavilənin şərtlərinə əməl etməmişdir. Borclunun xx.xx.2022-ci il tarixə 4858,17 manat əsas, 1914,07 manat faiz borcu olmaqla cəmi 6772,24 manat borcunun olduğu müəyyən edilmişdir. “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank Olmayan Kredit Təskilatına kecmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Hüseynov Məhəmməd Səfər oğluna qarşı 6772,24 manat məbləğində problemli borc üzrə tələb hüququ da 28 avqust 2017-ci il tarixli S-FK-SHE-107 saylı təhvil-təslim Akti əsasında “Aqrarkredit" QSC Bank Olmayan Kredit Təskilatına verilmisdir. Təşkilatın Şəki filialının İdarə Heyətinə və digər orqana ünvanlanmış, iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 2016 saylı məktubundan göründüyü kimi borcalanın 2015-ci ilin ortalarında öldüyü barədə məlumat aidiyyəti üzrə göndərilmişdir. İş materialları ilə borclunun xx.xx.2015-ci ildə mexaniki asfiksiya nəticəsində öldüyü müəyyən edilmişdir. Ödəniş cədvəlinə əsasən kredit borcunun son ödənilmə tarixi xx.xx.2019-cu il tarix müəyyən edilmiş, əsas borclunun öldüyü barədə məlumat iddiaçıya 2018-ci ilin sentyabr ayında məlum olsa da, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli, 3-7/237 saylı iddia ərizəsi ilə cavabdeh kimi mərhum Məhəmməd Hüseynova, zaminlər Cavabdeh2 və Cavabdeh1 qarşı 6772,24 manat kredit borcunun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, həmin ərizə xx.xx.2019-cu il tarixdə icraata götürülmüşdür.(2(054)-223/2019 saylı iş) İddiaçı tərəfindən təqdim edilmiş ərizəyə əsasən xx.xx.2019-cu il tarixli qərardadla iddia ərizəsi baxılmamış saxlanmışdır.Həmin tarixdən sonra mərhum Hüseynov Məhəmməd Səfər oğlunun qalıq 6772,24 manat kredit borcu tələbi ilə hazırki cavabdehlərə qarşı məhkəməyə müraciət 2024-cü ilin 17 may tarixində elektron qaydada edilmişdir. Məhkəmə qeyd edilənlərə qiymət verərək bildirir ki, iddia müddətinin hesablanması və tətbiqi Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda sadalanan normaları ilə müəyyən edilir. Həmin normalara əsasən hazırki iş üzrə borcalan mərhum Məhəmməd Hüseynovun kredit borcu tələbi üzrə məhkəməyə xx.xx.2022-ci il tarixədək müraciət etməli olsa da, göründüyü kimi iddiaçı həmin tarixdən 1 il 9 ay sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırma nəticəsində müəyyən edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlər tərəfindən iddia müddətinin tətbiqi haqqında verilmiş ərizələrə əsasən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 88 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən 4858,17 manat əsas borcun, 1914,07 manat faiz borcunun, cəmi 6772,24 manat borc məbləğinin və dövlət rüsumu kimi ödənilmiş 88 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-399/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-399/2024
14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver