Məhkəmə qərarları › İş №e-2(054)-4/2023

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-4/2023

17.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-4/2023 17.03.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh, üçüncü şəxs "xxxx" ASC-yə qarşı cavabdehdən vurulmuş maddi zərərin tutulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X2 (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehdən avtomobilə dəymiş zərərlə bağlı 1850 manat məbləğində pulun və 38 manat dövlət rüsumunun tutulması barədə qətnamə çxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia həcminin artırılması barədə elektron ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən ona dəymiş 3700 manat ziyan məbləğinin və 57 manat dövlət rüsumunun (38+19) tutulmasını xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə xx.xx.2022-ci il tarixdə "xxxx" ASC iş üzrə cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında tərəflərin izahatı və iş materialları nəzərə alınmaqla xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2005-ci il istehsalı olan “KİA- RİO” markalı, ** RL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin müəyyən edilməsi üçün məhkəmə-iqtisadi ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmış, mülki iş materialları ekspertizanın keçirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Mülki iş xx.xx.2023-cü il tarixli, 9/8416 saylı ekspert rəyi əlavə edilməklə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, üçüncü şəxs "xxxx" ASC nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək bildirdi ki, cavabdehin vəsatəti əsasında keçirilmiş ekspertiza ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi avtomobilə dəymiş zərərin məbləği 7655 manat müəyyən edilmişdir.Həmin məbləğ nəzərə alınmaqla hazırda cavabdehdən tələbi 2655 manat təşkil edir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasından sonra Cavabdeh ilə öz aralarında könüllü razılığa gəlmişlər. Cavabdeh ona avtomobilin təmir-bərpa xərci ilə bağlı 600 manat təklif etmiş, həmin təklifi qəbul etmişdir. Üçüncü şəxsə qarşı ayrıca tələblə məhkəməyə müraciət edəcək. Cavabdehlə könüllü razılığını nəzərə alaraq iddia tələbinin baxılmamış saxlanmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh ərizə təqdim edərək iddiaçının izahatını təsdiq etdi, onunla avtomobilin təmir-bərpa xərci ilə bağlı 600 manat məbləğdə könüllü razılığa gəldiyini, işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini və iddianın baxılmamış saxlanmasına etirazının olmadığını bildirdi. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Bundan əlavə məhkəmə aşağıda göstərilənlərə hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-iqtisadi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8416 saylı ekspert rəyi məhkəməyə daxil olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat olmuşdur. Məhkəmə hesab edir ki, işin yuxarıda qeyd olunmuş hallarına uyğun olaraq 100 manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh, üçüncü şəxs "xxxx" ASC-yə qarşı cavabdehdən vurulmuş maddi zərərin tutulması tələbinə dair iddiası baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İş üzrə aparılmış tədqiqatın dəyəri olan 100 manat məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci Cavabdeh tutulub dövlət büdcəsinə (SAP (XİİS) hesabı X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, AZ34CTRE******************** ödənilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar