Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-400/2022 05.10.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 7642,32 manat əsas borc, 1500,77 manat faiz borcu - cəmi 9143,09 manat borc və 111,43 manat dövlət rüsumu məbləğinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi ərizədə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 22 % dərəcəsi ilə 60 ay müddətinə 7642,32 manat məbləğində kredit verilmişdir. Cavabdehə müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 12.670,58 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin ödənişi qaydalarına riayət etməmişdir. Hazırda cavabdehin iddiaçıya 7642,32 manat əsas borc, 1500,77 manat faiz borcu - cəmi 9143,09 manat borcu vardır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmiş, onunla iddiaçı arasında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtinə əsasən həmin müqavilənin müddəaları borcalan tərəfindən yerinə yetirilmədikdə, borcverən müqavilə üzrə öhdəliklərin vaxtından əvvəl icra edilməsini tələb edə bilər. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 111,43 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı 7642,32 manat əsas borc, 1500,77 manat faiz borcu - cəmi 9143,09 manat borc və 111,43 manat dövlət rüsumu məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb edir. Cavabdeh iddia tələbinə etirazı olmadığını bildirdi və məhkəmə baxış iclasında izahat verərək göstərdi ki, hazırda daimi iş yeri olmadığına görə maddi imkansızlıq üzündən kredit borcunun ödənilməsini gecikdirmişdir. İddiaçıya olan borcu tədricən ödəyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul ediməsini və növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı cavabdehin izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsi, kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli, xx.xx.2021-ci il tarixli kassa məxaric orderi, xx.xx.2022-ci il tarixli bildiriş, xx.xx.2022-ci il tarixli maliyyə arayışı və xx.xx.2022-ci il tarixli mədaxil qəbzi ilə müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 22 % dərəcəsi ilə 60 ay müddətinə 7642,32 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin, kredit üzrə əsas borcu və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdehə müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 12.670,58 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməli olması ilə bağlı ödəniş cədvəli təqdim edilmişdir. Cavabdeh onunla iddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini icra etmədiyi üçün kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə ona xəbərdarlıq edilmiş, əks halda, məhkəməyə müraciət ediləcəyi izah edilmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmiş bə bununla bağlı 111,43 manat dövlət rüsumu ödəmişdir. Hazırda iddiaçı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 7642,32 manat əsas borc, 1500,77 manat faiz borcu - cəmi 9143,09 manat borc və 111,43 manat dövlət rüsumu tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi kredit müqaviləsinə və həmin müqaviləyə əlavə edilmiş digər sənədlərə istinad edir. Cavabdeh iddia tələbinə etirazı olmadığını bildirir və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan tərəfindən kredit müqaviləsinin şərtləri pozulduqda kreditor müqavilə üzrə borcların vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc (kredit) müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 7642,32 manat əsas borc və 1500,77 manat faiz borcu tutulmasına dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 111,43 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 7642,32 manat əsas borc, 1500,77 manat faiz borcu və 111,43 manat dövlət rüsumu - cəmi 9254,52 manat tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(054)-400/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-400/2022
05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver