Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-405/2024 12.08.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X10 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər-borcalan X4 vərəsələri Cavabdeh1 və Cavabdeh2 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki işə 12 avqust 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC (mətndə iddiaçı) cavabdehlər-borcalan X4 vərəsələri Cavabdeh1 və Cavabdeh2 (mətndə cavabdehlər) qarşı cavabdehlərdən xx.xx.2019-cu il tarixli, BPM**********92 saylı kredit müqaviləsi üzrə 2871,53 manat əsas borc, 0,0 manat faiz borcu, cəmi 2871,53 manat kredit borcunun, ödənilmiş 48,71 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, "xxxx" ASC-nin Oğuz şöbəsi ilə X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********92 saylı kredit müqaviləsinə əsasən ona şəxsi istehlak məqsədilə illik 20 faizlə 48 ay müddətinə 3110 manat məbləğində nəğd kredit verilmişdir. X2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4983 nömrəli məktubu, qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnamə və Oğuz rayon İHB Oğuz şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 10-0/328 saylı məktubu ilə müəyyən edilmişdir ki, X1 vərəsələri Cavabdeh1 və Cavabdeh2 olmaqla qanun üzrə vərəsəlik haqqında 474 saylı, xx.xx.2021-ci il tarixli şəhadətnaməyə əsasən miras əmlak Oğuz şəhərində 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin, habelə 0,70 ha torpaq sahəsinin mərhuma aid hissəsindən ibarətdir. Bankın Şəki filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X4 vəfat etdiyi tarixə banka ödənilməmiş 2871,53 manat əsas borcu, 0,0 manat faiz borcu, cəmi 2871,53 manat borcu qalmışdır. Cavabdehlər mərhum X3 qalmış mirası qəbul etsələr də miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişlər. İddiaçı tərəf mübahisənin məhkəmədən kənar qaydada həlli üçün səy göstərsə də, cavabdehlər öz öhdəliklərini yerinə yetirməmişlər. Kredit öhdəlikləri qanuna uyğun olaraq borcalan tərəfindən, hazırki halda isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 1146, 1255 və 1306.1-ci maddələrinin tələbləri rəhbər tutulmaqla onun vərəsələri tərəfindən yerinə yetirliməlidir. Cavabdehlərdən xx.xx.2019-cu il tarixli, BPM**********92 saylı kredit müqaviləsi üzrə 2871,53 manat əsas borc, 0,00 manat faiz borcu, cəmi 2871,53 manat kredit borcunun, ödənilmiş 48,71 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, BPM**********92 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Oğuz şöbəsi tərəfindən X5 şəxsi istehlak məqsədləri ilə 48 ay müddətinə illik 20 % dərəcəsi ilə 3110 manat məbləğində nəğd kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC-nin Oğuz şöbəsi tərəfindən X5 şəxsi istehlak məqsədləri ilə 48 ay müddətinə illik 20 % dərəcəsi ilə verilmiş 3110 manat kredit borcunun (1431,11 manat faiz əlavə olunmaqla) ödənişinin xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 94,70 manat, sonuncu ay 90,21 manat olmaqla xx.xx.2023-cü il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İş materiallarında olan ölüm haqqında AZ-İİ 065411 saylı şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə ölmüş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 21 nömrə ilə qeyd edilmişdir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin iş materiallarında olan xx.xx.2023cü il tarixli, 4983 nömrəli məktubu, qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnamə və Oğuz rayon İHB Oğuz şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 10-0/328 saylı məktubundan görünür ki, X1 vərəsələri Cavabdeh1 və Cavabdeh2 olmaqla qanun üzrə vərəsəlik haqqında 474 saylı, xx.xx.2021-ci il tarixli şəhadətnaməyə əsasən miras əmlak Oğuz şəhərində 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin, habelə 0,70 ha torpaq sahəsinin mərhuma aid hissəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, PKİD/1268 saylı və xx.xx.2024-cü il tarixli, 6-2- 22/2-7569 saylı xəbərdarlıqlardan görünür ki, borcalan X4 vərəsələri Cavabdeh1 və Cavabdeh2 miras passivinin qaytarılması ilə bağlı xəbərdarlıq edilmiş, kreditlə bağlı öhdəliklər tam yerinə yetirilmədiyi təqdirdə məsuliyyət daşıdıqları barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışında öz əksini tapmış cədvəldən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə 48 ay müddətinə, illik 20 faizlə verilmiş 3110 manat nəğd kreditin ödənişi 238,47 manat əsas, 240,26 manat faiz borcu hissəsində həyata keçirilmiş, onun ödənilməmiş əsas borcu 2871,53 manat, faiz borcu 0,00 manat, cəmi borcu 2871,53 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. (739-cu maddə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixədək olan redaksiyada verilib.) Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, iş materialları ilə təsdiq edilir ki, xx.xx.2019-cu il tarixli, BPM**********92 saylı kredit müqaviləsinə əsasən X5 48 ay müddətinə, illik 20 %-lə 3110 manat nəğd kredit verilmiş, X6 xx.xx.2020-ci il tarixdə ölmüş, X4 banka nəğd kredit üzrə ödənilməmiş 2871,53 manat əsas, 0,00 manat faiz olmaqla, cəmi 2871,53 manat borcu qalmışdır. Bu, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışında öz əksini tapmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun vərəsəsi olaraq mərhum X3 qalmış mirası notarial qaydada qəbul etmişlər, lakin onlara xəbərdarlıq edilməsinə baxmayaraq mərhumdan qalan kredit borcunu ödəməmişlər, halbuki mülki qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlər vərəsə olaraq miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə payına mütənasib surətdə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, nəqd kredit üzrə ödənilməmiş 2871,53 manat əsas, 0,00 manat faiz borcu, cəmi 2871,53 manat məbləğ borclu-X1 vərəsələri olan cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehlərdən 48,71 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. X1 vərəsələri-cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli, BPM**********92 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 2871,53 manat əsas borc, 0,00 manat faiz borcu, cəmi 2871,53 (iki min səkkiz yüz yetmiş bir manat əlli üç qəpik) manat kredit borcu, 48,71 (qırx səkkiz manat yetmiş bir qəpik) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-405/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-405/2024
12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver