Məhkəmə qərarları › İş №e-2(054)-406/2024

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-406/2024

07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-406/2024 07.08.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X4 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, iddiaçı “X6 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı cavabdehdən xx.xx.2023-cü il tarixli, 2023/4079 saylı kredit müqaviləsi üzrə kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında məhkəmə hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “X6 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı cavabdehdən xx.xx.2023-cü il tarixli, 2023/4079 saylı kredit müqaviləsi üzrə 10189,69 manat əsas, 2364,01 manat faiz, 2280 manat dəbbə pulu, cəmi 14833,70 manat kredit borcunun, bildirişin qeydə alınması üçün 51 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 690 manat və dövlət rüsumu kimi ödənilmiş 137 manat pulun iddiaçının xeyrinə tutulması, tələbin cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş- Abşeron rayonu, Masazır kəndi, Niyazi Əsgərov küçəsində yerləşən 17C saylı fərdi yaşayış evinə yönəldilməsi, göstərilən daşınmaz əmlakın açıq hərracdan satılması, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına iddiaçıya 14833,70 manat kredit borcunun, bildirişin qeydə alınması üçün 51 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 690 manat və dövlət rüsumu kimi ödənilmiş 137 manat pulun ödənilməsi tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə məhkəmənin elektron ünvanına daxil olmuş vəsatətlə məhkəmə hazırlıq iclasının iştirakı olmadan keçirilməsini və daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı ekspertiza təyin edilməsini xahiş etmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X6 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2023/4079 saylı kredit müqaviləsinə əsasən ona illik 32 faiz hesablamaq şərtilə 36 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi xx.xx.2023-cü il tarixli, 2023/4079İP saylı ipoteka müqaviləsi bağlanaraq cavabdehin mülkiyyətində olan, Abşeron rayonu, Masazır kəndi, Niyazi Əsgərov küçəsində yerləşən 17C saylı fərdi yaşayış evi (ümumi sahəsi 126 kv.m, torpaq sahəsinin ölçüsü 0,0177 ha ) ipoteka ilə yüklü edilmişdir. (sənədin reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il). "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin xx.xx.2024cü il tarixli arayışına əsasən sözügedən kredit müqaviləsi üzrə cavabdehin borcu 10189,69 manat əsas, 2364,01 manat faiz, 2280 manat dəbbə pulu, cəmi 14833,70 manat təşkil edir. Buna baxmayaraq cavabdeh tərəfindən kredit müqaviləsinin müddəaları pozularaq öhdəliklər icra edilmir. Mülki qanunvericiliyin normaları nəzərə alınmaqla iddianın təmin olunması xahiş edilmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, həqiqətən onunla “X6 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2023-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən o, kredit təşkilatından ev təmiri üçün 12000 manat kredit götürmüşdür. Belə ki, əvvəllər iki otaqlı mənzildə yaşamışdır. Sonralar evi satıb Masazırda ikimərtəbəli fərdi yaşayış evini satın almışdır. Evin təmirə ehtiyacı olduğundan həmin krediti götürmüş və 8 ay ayda 530 manat olmaqla ödəniş etmişdir. Sonra xəstələndiyindən ödəyə bilməmişdir. Oğlu və yoldaşı da xəstələnmişlər. İddiaçının əməkdaşlarına məlumat vermiş və ona bir qədər vaxt verilməsini xahiş etmişdir. Oğuz rayon Top kəndində olan evini satıb borci ödəməyi qərara almışdır. Evdə hazırda ailə yaşayır, buna görə də evin hərraca qoyulması mümkün deyil. Əsas və faiz borcuna etiraz etmir. Hesab edir ki, dəbbə pulu çox hesablanmışdır. İddiaçının ekspertiza təyin edilməsi barədə təklifinə etiraz etmir. Ona bir qədər müddət lazımdır ki, borcunu ödəsin. Qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının vəsatətinə uyğun olaraq xx.xx.2024-cü il tarixli qərardadla işin icraatı dayandırılmaqla ipotekaya qoyulmuş əmlakın likvid dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə ekspertizasının təyin edilməsini qərara almışdır. İddiaçının nümayəndəsi X2 iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması barədə xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada daxil olmuş vəsatətinə uyğun olaraq iş üzrə icraat təzələnmiş, məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi X3 xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada daxil olmuş ərizəsi ilə məhkəmə hazırlıq iclasının iştirakları olmadan keçirilməsini, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmiş, cavabdehin qeydiyyatda olduğu ünvana göndərilmiş məhkəmə bildirişi zərfin üzərinə əlavə edilmiş “F-20”-də “bu ünvanda yaşamır” qrafası işarələnməklə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-cu maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı “X6 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı cavabdehdən xx.xx.2023-cü il tarixli, 2023/4079 saylı kredit müqaviləsi üzrə kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən “X6 Kredit Təşkilatı” MMC tərəfindən Oğuz Rayon Məhkəməsinin adına ExpressPay vasitəsilə ödənilmiş 137 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar