Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-408/2023 10.08.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi və kredit borcu tələbinə dair mülki işə 10 avqust 2023-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 017A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən həmin kredit müqaviləsi üzrə 2511,2 manat əsas kredit borcu, 213,17 manat faiz, 87,37 manat cərimə, cəmi 2811,74 manat borcun və 48,12 manat dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi X1 xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş elektron ərizəsi ilə məhkəmə baxışının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 017A********** saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, aylıq 1,6667 faiz dərəcəsi ilə 3000 manat kredit verilmişdir. Müqaviləyə əlavə edilmiş ödəniş planına əsasən 3000 manat əsas kredit və 682 manat faiz məbləğinin ödənişinin ayda 154 manat, sonuncu ay isə 140 manat olmaqla xx.xx.2024-cü il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə ödənişləri dəfələrlə yubatmış, kredit və faizləri banka tam olaraq qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 488,8 manat ödəmiş, onun 2511,2 manat əsas borcu qalmışdır. Onun xx.xx.2023-cü il tarixə hesablanmış faiz borcu 213,17 manat, 174 gün gecikməyə əsasən hesablanmış cərimə borcu 87,37 manat təşkil edir. Kredit alan müqavilə üzrə öhdəliklərini pozduqda bank müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizləri və krediti vaxtından əvvəl ödəməyi borcalandan tələb etmək hüququna malikdir. Qeyd olunanları nəzərə almaqla Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 017A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən kredit müqaviləsi üzrə 2511,2 manat əsas kredit borcu, 213,17 manat faiz, 87,37 manat cərimə, cəmi 2811,74 manat borcun və 48,12 manat dövlət rüsumunun tutulması tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul edərək bildirmişdir ki, həqiqətən xx.xx.2022-ci il tarixdə iddia ərizəsində göstərilmiş müqavilə üzrə qeyd edilən kredit məbləğini götürmüşdür. Həmin müqaviləyə əsasən ayda 154 manat ödəniş etməli olsa da, 9 ay əvvəl işdən çıxdığından kredit borcunun ödənişini davam etdirə bilməmişdir. Müqavilə üzrə tələb edilən əsas, faiz və cərimə borcunu qəbul edir, söz verir ki, tezliklə yeni işə başlayaraq həmin pulun hissələrlə ödənilməsini təmin edəcək. İddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli, 017A********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC Cavabdeh 48 ay müddətinə maksimum 28 faiz dərəcəsi ilə 30000 manat dəyərində istehlak krediti xətti açmış, həmin kredit xəttinə uyğun olaraq ona aylıq 1,6667 % dərəcəsi ilə 24 ay müddətinə 3000 AZN məbləğində kredit vermişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 017A********** saylı kredit müqaviləsinə əlavə ödəniş planından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə aylıq 1,6667 faiz dərəcəsi ilə verilmiş 3000 manat əsas və 682 manat faiz kredit ödənişinin xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 154 manat, sonuncu ay 140 manat olmaqla xx.xx.2024-cü il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri ilə bağlı cavabdehə məlumat verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 017A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə iddiaçıya 2511,2 manat əsas, 213,17 manat faiz, 87,37 manat cərimə, cəmi 2811,74 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən ... öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 017A********** saylı kredit müqaviləsi üzrə 2511,2 manat əsas, 213,17 manat faiz, 87,37 manat cərimə, cəmi 2811,74 manat kredit borcu yaranmış, xəbərdarlıq edilməsinə baxmayaraq borclu tərəfindən həmin borcun ödənilməsi təmin olunmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 017A********** saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehdən sözügedən kredit müqaviləsi üzrə 2511,2 manat əsas, 213,17 manat faiz, 87,37 manat cərimə, cəmi 2811,74 manat kredit borcu tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehdən ödənilmiş 48,12 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 017A********** saylı kredit müqaviləsi ləğv edilsin, Cavabdeh həmin kredit müqaviləsi üzrə 2511,2 manat əsas, 213,17 manat faiz, 87,37 manat cərimə, cəmi 2811,74 (iki min səkkiz yüz on bir manat yetmiş dörd qəpik) manat kredit borcu və 48,12 (qırx səkkiz manat on iki qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-408/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-408/2023
10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver