Məhkəmə qərarları › İş №e-2(054)-416/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-416/2023

09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-416/2023 09.08.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə 09 avqust 2023-cü il tarixdə Oğuz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC (mətndə iddiaçı) Cavabdeh (mətndə cavabdeh) qarşı xx.xx.2022-ci il tarixli, RGTK8781187A168 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4967,79 AZN əsas, 675,72 AZN faiz, cəmi 5643,51 AZN vəsaitin və 76,44 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsi, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə məhkəməyə daxil olmuş ərizələri ilə bütün zəruri hesab edilən sənədlərin məhkəməyə təqdim edildiyini nəzərə alaraq mülki işə bütün məhkəmə iclaslarında iddiaçı tərəfin iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə cavabdehə göndərilmiş məhkəmə bildirişi zərfin üzərinə əlavə edilmiş “F-20”-də “köçüb” qrafası işarələnməklə məhkəməyə geri qaytarılmış, onun ünvanı üzrə ünvan 1 cavab olaraq nümayəndəlik xx.xx.2023-cü il tarixli, 5-68-15/1- 30/2023 saylı məktubla Cavabdeh və ailə üzvlərinin nümayəndəlik ərazisində yaşamadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185-ci maddələrinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK8781187A168 saylı kredit müqaviləsinə əsasən borcalana illik 27,84 % dərəcəsi ilə 56 ay müddətinə gündəlik tələbat məqsədilə 4967,79 AZN məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə uyğun olaraq cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Bank tərəfindən borcalana dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilsə də, öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. Qeyd olunanlara və mülki qanunvericiliyə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli, RGTK8781187A168 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4967,79 AZN əsas, 675,72 AZN faiz, cəmi 5643,51 AZN vəsaitin və 76,44 manat dövlət rüsumunun tutularaq İddiaçıASC-yə ödənilməsi xahiş olunmuşdur. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli, RGTK8781187A168 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh 56 ay müddətinə, gündəlik tələbat məqsədilə illik 27,84 % -lə 4967,79 AZN məbləğində kredit vermişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, RGTK8781187A168 saylı kredit müqaviləsinə əlavədən (ödəniş cədvəli) görünür ki, borcalan Cavabdeh 56 ay müddətinə illik 27,84 %-lə verilmiş kreditin ödənişinin-4967,79 AZN əsas, 3963,88 AZN faiz, cəmi 8931,67 AZN məbləğin xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 159,37 AZN, sonuncu ay 166,32 AZN olmaqla xx.xx.2027-ci il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli, 16/17893 saylı bildirişin surətindən görünür ki, götürülmüş kreditlə bağlı öhdəliklərin tam yerinə yetirilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 15/3366 saylı maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya xx.xx.2023-cü il tarixə xx.xx.2022-ci il tarixli, RGTK8781187A168 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4967,79 AZN əsas, 675,72 AZN faiz, cəmi 5643,51 AZN borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh iddiaçıya xx.xx.2023-cü il tarixə xx.xx.2022-ci il tarixli, RGTK8781187A168 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4967,79 AZN əsas, 675,72 AZN faiz, cəmi 5643,51 AZN borcu yaranmış, xəbərdarlıq edilsə də, həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehdən 76,44 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, RGTK8781187A168 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4967,79 AZN əsas, 675,72 AZN faiz, cəmi 5643,51 AZN (beş min altı yüz qırx üç manat əlli bir qəpik) AZN vəsait və 76,44 (yetmiş altı manat qırx dörd qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar