Məhkəmə qərarları › İş №e-2(054)-449/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-449/2023

04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-449/2023 04.09.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X6 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə 04 sentyabr 2023-cü il tarixdə Oğuz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (mətndə iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (mətndə cavabdehlər) qarşı kredit müqaviləsi üzrə 1201,75 ABŞ dolları əsas kredit borcu, 672,68 ABŞ dolları faiz borcu, 2021,05 ABŞ dolları cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən müqavilə müddətinin bitmə tarixinə əsasən hesablanmış 179,86 ABŞ dolları faiz borcu, cəmi 4075,34 ABŞ dolları borc və 89,29 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən borcluya illik 31% olmaqla 20 ay müddətinə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı məqsədilə həmin tarixdə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə müddəti xx.xx.2016cı il tarixdə bitsə də, borclu kreditin ödənişini tam və vaxtında həyata keçirməmişdir. Borclunun müraciətinə əsasən xx.xx.2017-ci il tarixli, 01 saylı sazişlə xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə qalıq məbləğ 3884,87 ABŞ dolları kredit (2205,13 dollar əsas borc, 1059,67 dollar faiz, 620,07 dollar cərimə) restrukturizasiya edilmiş, həmin tarixdə zaminlik müqaviləsi üzrə əlavə sazişlə Cavabdeh1 öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir. Saziş üzrə öhdəliklərin yerinə yetirilməsinin son tarixi xx.xx.2020-ci il olmaqla kredit borcuna illik 10 faiz ödənilməsi qəbul edilmişdir. Cavabdehlər müəyyən edilmiş müddətdə kredit borcunu ödəməmiş, öhdəlik yerinə yetirilmədiyindən onların İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə 1201,75 ABŞ dolları əsas kredit borcu, 672,68 ABŞ dolları faiz borcu, 2021,05 ABŞ dolları cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən müqavilə müddətinin bitmə tarixinə əsasən hesablanmış 179,86 ABŞ dolları faiz borcu, cəmi 4075,34 ABŞ dolları borcu yaranmışdır. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2017-ci il tarixli, 49 saylı qərarı ilə İddiaçı ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-3194/2017 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. xx.xx.2023-cü il tarixə yaranmış 4075,34 ABŞ dolları borcun və 89,29 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçıASC-yə ödənilməsinə dair iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə hazırlıq iclasında izahat verərək bildirmişdir ki, 4000 ABŞ dolları məbləğində kredit borcunu 2015-ci ildə götürmüş, müəyyən ödənişlər etmişdir. Banka müraciət etmiş, ona güzəştlə bağlı müddətin bitdiyini demişlər. Güzəştlə bağlı müraciət etmək lazım olduğu barədə əvvəllər məlumatı olmayıb.Tələb edilən əsas və faiz borcunu krediti götürdüyü məzənnə ilə, yəni 1,05 manat hesabı ilə ödəməyi qəbul edir, cərimə borcunu qəti olaraq qəbul etmir. İddianın izahatına uyğun olaraq qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 şəxsi istehlak məqsədilə 20 ay müddətinə, illik 31 faizlə 4000 USD məbləğində kredit verilmişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixdə 20 ay müddətinə illik 31 faizlə verilmiş 4000 USD əsas, 1173,55 USD faiz, cəmi 5173,55 USD kredit borcunun ödəniişinin xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay 258,68 USD, sonuncu ay 258,63 USD olmaqla xx.xx.2016cı il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2015-ci il tarixli, 1/32/80486113 saylı kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 orderdə göstərilən 4000 USD məbləği aldığına dair imza etmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli, 390010346/ZM saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 zamin olaraq xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borclunun öz öhdəliklərini tamamilə və ya hissələrlə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan xx.xx.2017-ci il tarixli, 01 saylı Sazişin surətindən görünür ki, borclu Cavabdeh2 xx.xx.2015ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə restrukturizasiya edilmiş borcu 3884,87 ABŞ dolları (2205,13 dollar əsas borc, 1059,67 dollar faiz, 620,07 dollar cərimə) təşkil edir. Həmin borcun ödənilməsi üçün son müddət xx.xx.2020-ci il olmaqla kredit borcuna illik 10 faiz ödənilməsi şərtləşdirilmişdir. İşdə olan zaminlik müqaviləsinə xx.xx.2017-ci il tarixli Sazişin surətindən görünür ki, Cavabdeh1 zamin olaraq həmin sazişi imzalamaqla müvafiq öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, **********476 saylı bildirişdən görünür ki, götürülmüş kreditlə bağlı borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə X3 və Cavabdeh1 xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, **********500 saylı maliyyə arayışından görünür ki, LPO İddiaçı ASC ilə X4 arasında xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə cavabdehin iddiaçıya 1201,75 ABŞdolları əsas kredit borcu, 672,68 ABŞ dolları faiz borcu, 2021,05 ABŞ dolları cərimə, müqavilə müddətinin bitmə tarixinə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 179.86 ABŞ dolları faiz borcu, ümumilikdə 4075,34 ABŞ dolları borcu yaranmışdır. Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının işdə olan xx.xx.2017-ci il tarixli, 2-1(103)-3194/2017 saylı qərarının surətindən görünür ki, İddiaçı ASC məcburi ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu həmin tarixdən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan əzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditorun gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğu nəticəsinə gəlmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, cavabdehlər X2 və Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli sazişə əsasən iddiaçıya xx.xx.2023-cü il tarixə 1201,75 ABŞ dolları əsas, 672,68 ABŞ dolları faiz borcu, 2021,05 ABŞ dolları cərimə, 5 faizlə olan borcu 179,86 ABŞ dolları olmaqla, cəmi 4075,34 ABŞ dolları borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərdən müştərək qaydada 1201,75 ABŞ dolları əsas borc, 672,68 ABŞ dolları faiz borcu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditin bitmə müddətindən sonra 5 faizlə hesablanmış 179,86 ABŞ dolları faiz borcu, cəmi 2054,29 ABŞ dolları kredit borcunun iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməli, 2021,05 ABŞ dolları cərimə borcu hissəsində aşağıdakılara əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddiaçının tələb etdiyi 2021,05 ABŞ dolları cərimənin (dəbbə pulu) əsas borca münasibətdə hədsiz yüksək olmasını nəzərə almaqla hesab edir ki, iddia tələbinin həmin hissədə qismən, yəni 200 ABŞ dolları məbləğində təmin edilməsi mümkün və ədalətlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikası MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İstinad olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən təmin edilmiş məbləğə uyğun olaraq cavabdehlərdən 89,29 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlər X1 və Cavabdeh1 1201,75 ABŞ dolları əsas borc, 672,68 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə (dəbbə pulu), Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən müqavilə müddətinin bitmə tarixinə əsasən hesablanmış 179,86 ABŞ dolları faiz borcu, cəmi 2254,29 (iki min iki yüz əlli dörd dollar iyirmi doqquz sent) ABŞ dolları kredit borcu və 89,29 (səksən doqquz manat iyirmi doqquz qəpik) manat dövlət rüsumu alınaraq ləğv prosesində olan İddiaçı ASC -nin xeyrinə ödənilsin. İddia tələbi 1821.05 ABŞ dolları cərimə borcu hissəsində təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar