Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-457/2022 02.11.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəşidzadə Dərya Təngiz qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı QSC BOKT ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli RA-031 güzəştli borc müqaviləsi üzrə 222,14 manat əsas borc, 2,39 manat faiz borcu - cəmi 224,55 manat borc və 30,00 manat dövlət rüsumu məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı QSC BOKT-na ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə Cavabdeh1 müraciəti əsasında onunla iddiaçı arasında xx.xx.2020-ci il tarixli RA-031 güzəştli borc müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə cavabdehin vaxtı keçmiş 232,75 manat məbləğində borcun ödənilmə müddəti güzəştli kredit müqaviləsi imzalandığı tarixdən illik 1 % heesablanmaqla 5 il müddətədək uzadılmışdır. Cavabdeh1 müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 239,86 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli Z-1 (RA-031) nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 güzəştli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda, digər Cavabdeh2 onunla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin cədvəl üzrə ödənişi qaydalarına riayət etməyərək borcun ödənilməsini gecikdirmişdir. Hazırda Cavabdeh1 xx.xx.2020-ci il tarixli RA-031 güzəştli borc müqaviləsi üzrə iddiaçıya 222,14 manat əsas borc, 2,39 manat faiz borcu - cəmi 224,55 manat borcu vardır. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq onlar borcun ödənilməsini təmin etməmiş, onlarla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlikləri icra etməmişlər. Cavabdeh1 güzəştli borc müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30,00 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı 222,14 manat əsas borc, 2,39 manat faiz borcu - cəmi 224,55 manat borc və 30,00 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən birgə qaydada tutulmasını tələb edir. İddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 iddia tələbinə etirazı olmadığını bildirdi və məhkəmə baxışı iclasında izahat verərək göstərdi ki, güzəştli borc müqaviləsi bağlandıqdan sonra bir müddət kreditin aylıq ödənişləri həyata keçirilmiş, lakin sonradan maddi imkansızlıq üzündən aylıq ödənişlər gecikdirilmişdir. O, yaxın vaxtlarda kredit borcunun qalan hissəsini ödəməyə çalışacaqdır. Digər cavabdeh də onun anasıdır. Qeyd etdiklərinə əsasən onun və digər cavabdehin maddi vəziyyəti nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Digər Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Cavabdeh2 məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli RA-031 güzəştli borc müqaviləsi, həmin müqaviləyə əlavə edilən ödəniş cədvəli, xx.xx.2020-ci il tarixli Z-1 (RA-031) nömrəli zaminlik müqaviləsi, xx.xx.2022-ci il tarixli bildirişlər, xx.xx.2022-ci il tarixli məlumat cədvəli, xx.xx.2022-ci il tarixli mədaxil qəbzi ilə müəyyən edildi ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə Cavabdeh1 müraciəti əsasında onunla İddiaçı QSC arasında xx.xx.2020-ci il tarixli RA-031 nömrəli güzəştli borc müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə cavabdehin vaxtı keçmiş 232,75 manat məbləğində borcun ödənilmə müddəti güzəştli kredit müqaviləsi imzalandığı tarixdən illik 1 % heesablanmaqla 5 il müddətədək uzadılmışdır. Cavabdeh1 müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 239,86 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməli olması ilə bağlı ödəniş cədvəli təqdim edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin cədvəl üzrə ödənişi qaydalarına tam şəkildə riayət etməmişdir. Cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 30,00 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda 222,14 manat əsas borc, 2,39 manat faiz borcu - cəmi 224,55 manat borc, həmçinin, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən birgə qaydada tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsasları kimi kredit və zaminlik müqavilələrinə, həmin müqavilələrə əlavə edilmiş sənədlərə istinad edir. Cavabdeh1 iddia tələbinə etiraz etməmiş, maddi imkansızlıq üzündən aylıq ödənişlərin gecikdirildiyini, borcun bildirmişdir. Digər cavabdeh isə məhkəməyə gəlməmiş, iddia tələbinin mahiyyətinə dair məhkəməyə hər hansı etiraz, vəsatət və ya digər dəlil təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdırıb işdə iştirak edən şəxslərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Hazırki vəziyyətdə iş üzrə Cavabdeh1 xx.xx.2020-ci il tarixli RA-031 güzəştli borc müqaviləsini imzaladığını və müqavilənin şərtlərini qəbul etdiyini inkar etmədiyinə, digər Cavabdeh2 isə iddia tələbinin mahiyyətinə dair məhkəməyə hər hansı etiraz, vəsatət və ya digər dəlil təqdim etmədiyinə görə məhkəmə iddiaçının cavabdehlərə qarşı olan hazırki iddia tələbinin əsaslandırıldığı halları sübut kimi qəbul edir və iddiaçının dəlillərinə əsaslanaraq iddia tələbini sübuta yetirilmiş hesab edir. Həmin əsaslara görə, həmçinin, xx.xx.2020-ci il tarixli RA-031 nömrəli kredit və xx.xx.2020-ci il tarixli Z-1 (RA-031) nömrəli zaminlik müqavilələrinin şərtlərinə, habelə, işin yuxarıda qeyd edilən faktiki hallarına əsaslanaraq məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini yerinə yetirməməsinə görə cavabdehlər iddiaçının qarşısında birgə maddi məsuliyyət daşıyırlar. Qeyd olunanlara, kredit və zaminlik müqaviləsinin şərtlərinə və işin yuxarıda göstərilən faktiki hallarına əsaslanaraq məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında və işin faktiki halları ilə əlaqəli şəkildə qiymət verərək qərara gəlir ki, xx.xx.2020-ci il tarixli RA- 031 güzəştli borc müqaviləsi üzrə 222,14 manat əsas borc, 2,39 manat faiz borcu - cəmi 224,55 manat borc məbləği cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumu məbləği də cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə xx.xx.2020-ci il tarixli RA-031 güzəştli borc müqaviləsi üzrə 222,14 manat əsas borc, 2,39 manat faiz borcu və 30,00 manat dövlət rüsumu - cəmi 254,55 manat birgə qaydada tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(054)-457/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-457/2022
02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver