Məhkəmə qərarları › İş №e-2(054)-482/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-482/2025

15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-482/2025 15.08.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlu, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İşin halları İddiaçı BOKT MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 907,6 manat əsas borcun, 41,55 manat faiz borcunun, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-2023-2024-ci illər üçün 216 manat, cəmi 1165,15 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 08 iyun 2019-cu il tarixli 80/0619-024 saylı Kredit(Restrukturizasiya) müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 1730,68(bir min yeddiyüz otuz manat altmış səkkiz qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2022-ci il tarixə olan hesablamalara görə iddiaçıya 907,60(doqquz yüz yeddi manat altmış qəpik) manat əsas kredit borcu, 41,55(qırx bir manatəlli beş qəpik) manat faiz borcu,cəmi 949,15(doqquz yüz qırx doqquz manat on beş qəpik) manat borcu təşkil edir. Cavabdeh dəfələrlə müraciət etməyimizə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmiş, BOKTa olan borcun könüllü ödənilməsi üçün təklif verilməmişdir. Cavabdeh 08 iyun 2019-cu il tarixli 80/0619-024 saylı Kredit(Restrukturizasiya) müqaviləsi üzrə son ödənişi xx.xx.2022-ci il tarixdə 60 manat ödəniş etmişdir. İddiaçı “Asel Kredit» BOKT MMC 2011-ci il tarixdən fəaliyyət göstərir. Azərbaycan Respublikasında yarandıqdan bu günə qədər özünə məxsus işguzar nüfüz və təsərrüfat imici əldə etmişdir. Cavabdeh X1 xx.xx.2022-ci il tarixdən başlayaraq iddiaçı “Asel Kredit» BOKT MMC-nə maddi ziyan vuraraq, onun yarandığı vaxtdan bu günə qədər şəffaf sahibkarlıq fəaliyyəti nəticəsində qazanmış olduğu təsərrüfat imicinə, işgüzar nüfuzuna xələl gətirən, və nəticə etibarı ilə iddiaçını birbaşa və dolayı şəkildə maddi və mənəvi ziyan çəkməyə məruz qoymuşdur. “Asel Kredit» BOKT MMC kredit fəaliyyəti ilə məşğuldur. Cavabdeh vaxtında ödəniş etsəydi, iddiaçı həmin məbləği yenə də kreditə verib fayda əldə edərdi. İddiaçı müştərilərlə müqaviləni illik 38% faiz hesablanmaqla bağlayır. Bundan əlavə iddiaçı öz fəaliyyəti nəticəsində Azərbaycan Respublikasının büdcəsinə gəlirindən 20% mənfəət vergisi ödəyir. Azərbaycan Respublikasının Mülki Qanunvericiliyinə əsasən Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. 2022-ci il üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 8%(səkkiz faiz) müəyyən etnişdir. 2023-ci il üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 9%(doqquz faiz) müəyyən etnişdir. 2024-ci il üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 7%(yeddi faiz) müəyyən etnişdir. Belə olan halda iddiaçı tərəfindən aparılan ilkin hesablamalara görə Cavabdeh ilə “Asel Kredit» BOKT MMC arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində: 2022-ci il üçün 72 manat(907*8%=72 manat),2023-ci il üçün 81 manat(907*9%=81 manat), 2024-ci il üçün 63 manat(907*7%=63 manat), cəmi 216(ikiyüz on altı) manat təşkil edir. Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 907,60(doqquz yüz yeddi manat altmış qəpik) manat əsas kredit borcu, 41,55(qırx bir manatəlli beş qəpik) manat faiz borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2022-2023-2024-ci illər üçün 216(ikiyüz on altı) manat,cəmi 1165,15(bir min bir yüz altmış beş manat on beş qəpik) manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 32 manat dövlət rüsumunun tutulması haqqında qətnamənin çıxarılmasını məhkəmədən xahiş edir. İddia ərizəsinə etirazın dəlilləri İş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabeh bildirişi xx.xx.2025-ci il tarixdə imza edərək qəbul etmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər - İddiaçı BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 80/0619-024 nömrəli kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı BOKT MMC arasında bağlanmış kredit müqaviləsi restruktruzasiya olunmuş, Müqaviləninin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh 5 il müddətinə illik 1 faiz hesablanmaqla 1730,68 manat krediti restrukturizasiya olunmuşdur. - Maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı BOKT MMC-yə 802,03 manat iddia qaldırılan günə vaxtı keçməmiş əsas borcu, 105,57 manat iddia qaldırılan günə vaxtı keçmiş əsas borcu olmaqla cəmi 907,6 manat əsas borcu, 1,06 manat iddia qaldırılan günə vaxtı keçməmiş faiz borcu, 40,49 manat iddia qaldırılan günə vaxtı keçmiş faiz borcu olmaqla cəmi 41,55 manat faiz borcu, cəmi 949,15 manat borcu yaranmışdır. - İddiaçı BOKT MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Qəbzlərdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman onun tərəfindən 32 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Maddə 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 194.4. Sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir.[253] 194.5. Adlı sənədli qiymətli kağız, habelə daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı ilə bağlı tələbin güzəşti həmin qiymətli kağızlar üzrə indossament yolu ilə həyata keçirilir. Maddə 739. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8.1.2. məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-1. mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.1. hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Maddə 284-5.2.cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Maddə 284-6.1. işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə, sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 80/0619-024 nömrəli kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı BOKT MMC arasında bağlanmış kredit müqaviləsi restruktruzasiya olunmuş, Müqaviləninin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh 5 il müddətinə illik 1 faiz hesablanmaqla 1730,68 manat kredititi restrukturizasiya olunmuşdur. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin iddiaçı “İddiaçı BOKT MMC-yə borcu yaranmışdır. İş üzrə İddiaçı BOKT MMC qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozaraq, müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməməsi səbəbindən iddiaçı məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Yəni, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin, sözügedən norma Mülki Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. “Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər” Məhkəmə qeyd edir ki, iddia tələbi Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-2023-2024-ci illər üçün tələb edilən məbləğə münasibətdə qismən təmin edilməlidir. İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021- 2022-2023-2024-ci illər üçün müəyyən edilən faiz məbləğini tələb etsə də, iş materiallarından görünür ki, cavabdehə ünvanlanmış bildirişlərdə yalnız gecikdirilmiş məbləğ tələb edildiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən faiz, müqavilənin icra müddətinin bitdiyi tarixdən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixədək hesablanmalıdır. Göründüyü kimi, müqavilənin icra müddətinin bitdiyi xx.xx.2024-cü il tarixdən iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2025-ci il tarixədək dövr 13 ay təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki cavabdeh tərəfindən əsas borcdan aparılmış ödənişlər nəzərə alındıqda Mərkəzi Bankın uçot dərəcəsi əsasında 5 faiz dərəcəsi ilə cavabdehə hesablanmalı olan faiz borcu həmin dövr üçün aşağıdakı kimi müəyyən olunur: 907,6 * 5 % / 12 x 13 ay = 49,16 manat; Belə olan halda məhkəmə hesab edir ki, gecikdirilmiş vaxt üçün cavabdehdən 49,16 manat faiz borcu tutularaq tutularaq İddiaçı BOKT MMC-yə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan 32 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı BOKT MMC-nin xeyrinə Cavabdeh 907,6 manat əsas borc, 41,55 manat faiz borcu, xx.xx.2024-cü il tarixdən iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2025-ci il tarixədək dövr üçün Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 49,16 manat faiz borcu və 32,0 manat dövlət rüsumu olmaqla, cəmi 1030,31 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 350-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 907,6 manat əsas borc, 41,55 manat faiz borcu, xx.xx.2024-cü il tarixdən iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2025-ci il tarixədək dövr üçün Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 49,16 manat faiz borcu və 32,0 manat dövlət rüsumu olmaqla, cəmi 1030,31 manat məbləğində pul alınaraq İddiaçı BOKT MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar