Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-49/2024 16.02.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Rüstəm qızının iştirakı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər-borcalan Çələbiyeva Ruxsarə Bilal qızının vərəsələri Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki işə 16 fevral 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC (mətndə iddiaçı) cavabdehlər-borcalan Çələbiyeva Ruxsarə Bilal qızının vərəsələri Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 (mətndə cavabdehlər) qarşı cavabdehlərdən xx.xx.2019-cu il tarixli, BPM**********12 saylı kredit müqaviləsi üzrə 1533,7 manat əsas borcu, 25,57 manat faiz borcu olmaqla, cəmi 1559,27 manat kredit borcunun, ödənilmiş 35,6 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdehlərin iş materiallarında olan ünvanlarına uyğun olaraq ünvan 1ə bildirişlərinə cavab olaraq nümayəndəlik xx.xx.2024-cü il tarixli, 5-68-12/2-2/2024 saylı məktubla cavabdehlərin nümayəndəlikdə daimi qeydiyyatda olmasına baxmayaraq kənddə yaşamadıqlarını, bu səbəbdən bildirişlərin çatdırılmasının mümkün olmadığını bildirmişdir. İddiaçının nümayəndəsinin və iki cavabdehin iştirakı nəzərə alınmaqla məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 izahat verərək bildirdi ki, "xxxx" ASC-nin Oğuz şöbəsi ilə Çələbiyeva Ruxsarə Bilal qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli,BPM**********12 saylı kredit müqaviləsinə əsasən ona şəxsi istehlak məqsədilə illik 24 faizlə 37 ay müddətinə 2040 manat məbləğində nəğd kredit verilmişdir. X1 Bilal qızı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Oğuz rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 327 nömrəli məktubu və ona əlavə edilmiş elektron notariat informasiya sistemindən çıxarışla müəyyən edilmişdir ki, X2 Bilal qızının vərəsələri Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 adına vərəsəlik işi açılmış, miras əmlak DƏDRX-nin 9 saylı Qəbələ Regional Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə mərhumun adına verilmiş dövlət reyestrindən **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,4369 ha olan torpaq sahəsindən ibarətdir. Bankın Şəki filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Çələbiyeva Ruxsarə Bilal qızının vəfat etdiyi tarixə banka ödənilməmiş 1533,7 manat əsas borcu, 25,57 manat faiz olmaqla, cəmi 1559,27 manat borcu qalmışdır. Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 X2 Bilal qızından qalmış mirası qəbul etsələr də miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişlər. İddiaçı tərəf mübahisənin məhkəmədən kənar qaydada həlli üçün səy göstərsə də, cavabdehlər öz öhdəliklərini yerinə yetirməmişlər. Kredit öhdəlikləri qanuna uyğun olaraq borcalan tərəfindən, hazırki halda isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 1146, 1255 və 1306.1-ci maddələrinin tələbləri rəhbər tutulmaqla onun vərəsəsi tərəfindən yerinə yetirliməlidir. X2 Bilal qızının kredit borcu sığortalanmamış, ümumiyyətlə 2018-ci ilin aprel ayından sonra Bankdan verilən kredit borclarının sığortalanması prosesi dayandırılmış, habelə X2 Bilal qızının kredit borcu Bank tərəfindən bağışlanılmamışdır. İddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, anası 2020-ci ildə vəfat etdikdən sonra onun ölüm şəhadətnaməsini banka təqdim edəndə onlara baş ofisdən məlumat veriləcəyini söyləmişlər. 4 il ərzində heç bir məlumat verilməyib. Vaxtında məlumat verilsəydi, borcu indiyədək ödəyib qurtarardılar. Qanun tələb edirsə borcu qəbul edirlər, lakin birdəfəyə ödəmək imkanları yoxdur. Hissələrlə ödəməyə çalışacaqlar. Qanuni qərar çıxarılmasını xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında bacısı olan digər cavabdehin izahatını təsdiq etdi, əlavə olaraq bildirdi ki, bacıları və qardaşları işləmirlər, maddi imkanları aşağıdır. Buna görə borcu yalnız az-az hissələrlə ödəyə bilərlər. Qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, BPM**********12 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Oğuz şöbəsi tərəfindən Çələbiyeva Ruxsarə Bilal qızına şəxsi istehlak məqsədləri ilə 37 ay müddətinə illik 24 % dərəcəsi ilə 2040 manat məbləğində nəğd kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC-nin Oğuz şöbəsi tərəfindən Çələbiyeva Ruxsarə Bilal qızına şəxsi istehlak məqsədləri ilə 37 ay müddətinə illik 24 % dərəcəsi ilə verilmiş 2040 manat kredit borcunun (865,67 manat faiz əlavə olunmaqla) ödənişinin xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 78,6 manat, sonuncu ay 76,07 manat olmaqla xx.xx.2022-ci il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İş materiallarında olan ölüm haqqında AZ-İİ 092162 saylı şəhadətnamənin surətindən görünür ki, Çələbiyeva Ruxsarə Bilal qızı xx.xx.2020-ci il tarixdə ölmüş, bu barədə Oğuz rayon Xaçmaz kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 37 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon Notariat Ofisinin iş materiallarında olan, "xxxx" ASC-nin Zaqatala filialına ünvanlanmış xx.xx.2023-ci il tarixli, 327 saylı məktubundan və ona əlavə edilmiş elektron notariat informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə X2 Bilal qızının qanun üzrə vərəsələri Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 adına vərəsəlik işi açılmış, miras əmlak DƏDRX-nin 9 saylı Qəbələ Regional Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə mərhumun adına verilmiş dövlət reyestrindən **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,4369 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, PKİD/928 saylı xəbərdarlıqdan görünür ki, Çələbiyeva Ruxsarə Bilal qızının vərəsələri olan cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 miras passivinin qaytarılması ilə bağlı xəbərdarlıq edilmiş, kreditlə bağlı öhdəliklər tam yerinə yetirilmədiyi təqdirdə məsuliyyət daşıdığı barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışında öz əksini tapmış cədvəldən görünür ki, Çələbiyeva Ruxsarə Bilal qızına xx.xx.2019-cu il tarixdə 37 ay müddətinə, illik 24 faizlə verilmiş 2040 manat nəğd kreditin ödənişi 506,3 manat əsas, 444,14 manat faiz borcu hissəsində həyata keçirilmiş, o vəfat etdikdən sonra ödənilməmiş əsas borcu 1533,7 manat, faiz borcu 25,57 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. (739-cu maddə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023cü il tarixədək olan redaksiyada verilib.) Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, iş materialları ilə təsdiq edilir ki, xx.xx.2019-cu il tarixli, BPM**********12 saylı kredit müqaviləsinə əsasən Çələbiyeva Ruxsarə Bilal qızına 37 ay müddətinə, illik 24 %-lə 2040 manat nəğd kredit verilmiş, Çələbiyeva Ruxsarə Bilal qızı xx.xx.2020-ci il tarixdə ölmüş, Çələbiyeva Ruxsarə Bilal qızının banka nəğd kredit üzrə ödənilməmiş 1533,7 manat əsas, 25,57 manat faiz borcu qalmışdır. Bu, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışında öz əksini tapmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 onun vərəsəsi olaraq X2 Bilal qızından qalmış mirası notarial qaydada qəbul etmişlər, lakin xəbərdarlıq edilməsinə baxmayaraq mərhumdan qalan kredit borcunu ödəməmişlər, halbuki mülki qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 vərəsə olaraq miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə payına mütənasib surətdə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, nəqd kredit üzrə ödənilməmiş 1533,7 manat əsas, 25,57 manat faiz borcu, cəmi 1559,27 manat borc məbləği borclu-X2 Bilal qızının vərəsəsi olan cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehlərdən 35,6 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. X2 Bilal qızının vərəsələri-cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 xx.xx.2019-cu il tarixli, BPM**********12 saylı kredit müqaviləsi üzrə 1533,7 manat əsas borc, 25,57 manat faiz borcu, cəmi 1559,27 (bir min beş yüz əlli doqquz manat iyirmi yeddi qəpik) manat kredit borcu, 35,6 (otuz beş manat altmış qəpik) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-49/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-49/2024
16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver