Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-50/2024 16.02.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh-borcalan Aydınov Mehrab Əhməd oğlunun vərəsəsi Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki işə 16 fevral 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC (mətndə iddiaçı) cavabdeh-mərhum borcalan Aydınov Mehrab Əhməd oğlunun vərəsəsi Cavabdeh (mətndə cavabdeh) qarşı ondan nəğd kredit üzrə 1215,03 manat əsas borcun, ödənilmiş 32,15 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 izahat verərək bildirdi ki, "xxxx" ASC-nin Oğuz şöbəsi ilə Aydınov Mehrab Əhməd oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********20 saylı kredit müqaviləsinə əsasən ona illik 24 faizlə 23 ay müddətinə 2060 manat məbləğində nəğd kredit verilmişdir. X2 Əhməd oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Oğuz rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 327 nömrəli məktubu və ona əlavə edilmiş elektron notariat informasiya sistemindən çıxarışla müəyyən edilmişdir ki, X3 Əhməd oğlunun qanun üzrə vərəsəsi Cavabdeh adına vərəsəlik işi açılmış, miras əmlak DTXK-nin Oğuz rayon şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə Aydınov Mehrab Əhməd oğluna verilmiş JN 581 Kod 40501004 olan dövlət aktına əsasən Oğuz şəhərində yerləşən 0,664 ha torpaq sahəsindən ibarətdir. Bankın Şəki filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Aydınov Mehrab Əhməd oğlunun vəfat etdiyi tarixə banka nəğd kredit üzrə ödənilməmiş 1215,03 manat əsas borcu qalmışdır. Cavabdeh X3 Əhməd oğlundan qalmış mirası qəbul etsə də miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişdir. İddiaçı tərəf mübahisənin məhkəmədən kənar qaydada həlli üçün səy göstərsə də, cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Kredit öhdəlikləri qanuna uyğun olaraq borcalan tərəfindən, hazırki halda isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 1146, 1255 və 1306.1-ci maddələrinin tələbləri rəhbər tutulmaqla onun vərəsəsi tərəfindən yerinə yetirliməlidir. X3 Əhməd oğlunun kredit borcu sığortalanmamış, ümumiyyətlə 2018-ci ilin aprel ayından sonra Bankdan verilən kredit borclarının sığortalanması prosesi dayandırılmış, habelə X3 Əhməd oğlunun kredit borcu Bank tərəfindən bağışlanılmamışdır. İddia ərizəsi ilə tələb olunan kredit borcu məbləğinin ödənilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, mərhum atası 2020-cı ildə qeyd edilən krediti götürmüş, lakin 2021-ci ildə vəfat etdiyindən kredit borcu tam olaraq ödənilməmişdir. Atasının vəfatından sonra sistemdə adı çıxmadığından borcun ödənilməsini dayandırmışdır. Borcu qəbul edir, üzərinə düşən vəzifəni yerinə yetirərək tələb olunan borcu ödəyəcəkdir. İddianın qəbul edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, BPM**********20 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Şəki filialı tərəfindən Aydınov Mehrab Əhməd oğluna şəxsi istehlak məqsədləri ilə 23 ay müddətinə illik 24 % dərəcəsi ilə 2060 manat məbləğində nəğd kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC-nin Şəki filialı tərəfindən Aydınov Mehrab Əhməd oğluna şəxsi istehlak məqsədləri ilə 23 ay müddətinə illik 24 % dərəcəsi ilə verilmiş 2060 manat kredit borcunun (529,7 manat faiz əlavə olunmaqla) ödənişinin xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 112,73 manat, sonuncu ay 110,3 manat olmaqla xx.xx.2022-ci il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İş materiallarında olan ölüm haqqında AZ-İİ 146668 saylı şəhadətnamənin surətindən görünür ki, Aydınov Mehrab Əhməd oğlu xx.xx.2021-ci il tarixdə ölmüş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 13 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon Notariat Ofisinin iş materiallarında olan, "xxxx" ASC-nin Zaqatala filialına ünvanlanmış xx.xx.2023-ci il tarixli, 327 saylı məktubundan və ona əlavə edilmiş elektron notariat informasiya sistemindən çıxarışdan görünür ki, X3 Əhməd oğlunun qanun üzrə vərəsəsi Cavabdeh adına vərəsəlik işi açılmış, miras əmlak DTXK-nin Oğuz rayon şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə Aydınov Mehrab Əhməd oğluna verilmiş JN 581 saylı Kod 40501004 olan dövlət aktına əsasən Oğuz şəhərində yerləşən 0,664 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, PKİD/931 saylı xəbərdarlıqdan görünür ki, Aydınov Mehrab Əhməd oğlunun vərəsəsi olan Cavabdeh miras passivinin qaytarılması ilə bağlı xəbərdarlıq edilmiş, kreditlə bağlı öhdəliklər tam yerinə yetirilmədiyi təqdirdə məsuliyyət daşıdığı barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışında öz əksini tapmış cədvəldən görünür ki, Aydınov Mehrab Əhməd oğluna xx.xx.2020-ci il tarixdə 23 ay müddətinə, illik 24 faizlə verilmiş 2060 manat nəğd kreditin ödənişi 844,97 manat əsas, 348,33 manat faiz borcu hissəsində həyata keçirilmiş, o xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra ödənilməmiş əsas borcu 1215,03 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. (739-cu maddə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023cü il tarixədək olan redaksiyada verilib.) Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, iş materialları ilə təsdiq edilir ki, xx.xx.2020-ci il tarixli, BPM**********20 saylı kredit müqaviləsinə əsasən Aydınov Mehrab Əhməd oğluna 23 ay müddətinə, illik 24 %-lə 2060 manat nəğd kredit verilmiş, Aydınov Mehrab Əhməd oğlu xx.xx.2021-ci il tarixdə ölmüş, Aydınov Mehrab Əhməd oğlunun vəfat etdiyi tarixə banka nəğd kredit üzrə ödənilməmiş 1215,03 manat əsas borcu qalmışdır. Cavabdeh onun vərəsəsi olaraq X3 Əhməd oğlundan qalmış mirası notarial qaydada qəbul etmişdir, lakin ona xəbərdarlıq edilməsinə baxmayaraq mərhumdan qalan kredit borcunu ödəməmişdir, halbuki mülki qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh vərəsə olaraq miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə payına mütənasib surətdə borclu kimi tam ödəməyə borcludur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, nəqd kredit üzrə ödənilməmiş 1215,03 manat əsas borc borclu-X3 Əhməd oğlunun vərəsəsi olan cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehdən 32,15 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. X3 Əhməd oğlunun vərəsəsi-Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********20 saylı kredit müqaviləsi üzrə 1215,03 manat əsas borc (bir min iki yüz on beş manat üç qəpik) manat borc, 32,15 (otuz iki manat on beş qəpik) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-50/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-50/2024
16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver